MÖVZU 6.4
MS Word mətn redaktorunda düsturların yazılışı və cədvəllərlə işləmə qaydaları
Plan:
MS Word mətn redaktorunda düsturların yazılışı
2. MS Word mətn redaktorunda cədvəllərlə işləmə qaydaları
MS Word mətn redaktorunda sadə düsturların yazılmasını adi hərflər və «Формат» menyusunun «Шрифты» əmrinin açılan pəncərəsindəki «Видоизменеия» effeklərindən olan sətirüstü və sətiraltı rejimləri vasitəsilə yazmaq olar. Lakin ümumiyyətlə, düsturların yazılması üçün xüsusi redaktorun imkanlarından istifadə edilir. Bu məqsədlə «Вставка» menyusunun «Объект» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədən «Тип объекта» oblastından Microsoft Equation( və ya alətlər panelindən ) redaktoru seçilir. Seçmədən sonra adətən ekranda xüsusi sahə, yəni düsturun yerləşəcəyi sahə və əmrin verilməsi ilə bərabər ekrana xüsusi, bu redaktora aid alətlər paneli verilir. Panel alətlərinin hər birinin seçilməsi, hər hansı yazılışa uyğun müxtəlif variantları təklif edir. Yazılacaq düstura uyğun olaraq yazılışda istifadə ediləcək yunan hərfləri, müxtəlif şəkilli indekslər və üstlər, münasibət işarələri, məntiqi işarələr, cəmlərin və hasillərin müxtəlif variantları, müəyyən, qeyri-müəyyən və əyrixətli inteqrallar, matrislər və ardıcıllıqların yazılışı, kəsrlər və s. seçilə bilər. Qeyd edək ki, düstur yazılışı rejimində adətən probel işarəsini ekrana vermək olmur. Açılan pəncərənin menyuları redaktorun işini tənzimləməyə imkan verir. Belə ki, MS Equation-a aid olan menyuların bəzilərinin əmrləri digər proqram vasitələri ilə eyni olsa da fərqli olanlar da var. Bunlar «Стиль» və «Размер» menyularıdır. Birinci menyunun əmrləri ilə müxtəlif tipli daxil edilən işarə və ifadələrin yazılış üslubları təyin olunur. İkinci menyu isə daxil edilən simvol və işarələrin ölçülərinin müəyyənləşdirilməsinə imkan verir. Qeyd edək ki, bu təyinetmədə hər iki menyunun «Определитель» əmrinin xüsusi əhəmiyyəti vardır. Belə ki, həmin əmr verildikdən sonra açılan pəncərədəki sahələrin məzmunu istifadəçi istəyi və tələbata uyğun olaraq dəyişdirilə və lazımi effektlər əldə oluna bilər.
Qeyd edək ki, düstur sənədə xüsusi obyekt kimi əlavə olunur. İş qurtardıqdan sonra yenidən Word redaktorunun işçi pəncərəsinə qayıdılır. Əgər düsturda hansısa dəyişikliyin aparılması lazım gələrsə, düstur olan obyekt aktivləşdirilir və kontekst menyunun əmrlərindən uyğun olanı seçilərək lazımı düzəlişlər, əlavələr və ya hansısa elementin dəyişdirilməsi həyata keçirilir.
MS Word mətn redaktorunda digər obyektlərlə yanaşı cədvəllərin tərtibi və onlardan istifadə edilməsi imkanları da mövcuddur. Cədvəllərin yaradılması iki üsulla: alətlərin köməyi ilə (qələm, pozan və s.) və əmrlərlə yerinə yetirilə bilər. Birinci halda adətən «Таблица» menusunun «Нарисовать таблицу» əmri verilir. Ekrana əgər yoxdursa alətlər paneli gəlir. Paneldəki qələmdən istifadə etməklə cədvəl xətlərinin tipi, qalınlığı, rəngi seçilərək ekranda cədvəlin ümumi konturu, daha sonra sətir və sütunlar çəkilir. Cədvəlin hər hansı xəttinin silinməsi məqsədilə paneldəki pozandan istifadə edilir.
İkinci halda cədvəlin ekrana əlavəsi üçün həmin menyunun «Вставить» əmrinin «Таблица» bəndi seçilir. Əmr verildikdən sonra ekranda açılan yeni pəncərədəki uyğun sahələrdə sütun və sətirlərin sayı, sütunların eninə uyğun parametrlər, dəyişməyən en, daxil ediləcək məzmuna görə en, pəncərənin aktiv hissəsinin görə en variantlarından biri verilir. Parametrlərə uyğun cədvəl kursor duran mövqeyə əlavə edilir.
Cədvəl xanalarına yazılar daxil edilərkən yazıların xanada üfiqi yerləşməsi adi sənəd yazılarında olduğu kimi həyata keçirilir. Lakin yazıların şaquli yerləşməsini müəyyənləşdirmək üçün yerləşməsinin «Таблица» menusunun «Свойства таблицы» əmrindən istifadə etmək lazımdır. Bu əmrin «Ячейка» bəndində verilən parametrlərlə yazının xanada yerləşməsini təyin etmək olar. Qeyd edək ki, menyunun bu əmrindən həm də sətir və sütunların da dəqiq ölçülərini vermək mümkündür.
Cədvəlin sətir və sütunlarının ölçülərinin nizamlanması üçün kursotu lazımi sərhəd xəttinin üzərinə qoymaq, ikitərəfli ox şəkli alındıqdan sonra düyməni basılı saxlayaraq xətti hərəkət etdirməklə lazımi ölçünü əldə etmək olar.
Cədvələ yeni sətir, sütun, xana əlavə etmək üçün «Таблица» menyusunun «Вставить» əmrinin uyğun bəndlərindən istifadə etmək lazımdır. Qeyd edək ki, xana əlavə edildikdə sürüşdürülmə istiqaməti də soruşulur.
Cədvəlin və onun elementləri olan sətir, sütun və xananın silinməsi «Таблица» menyusunun «Удалить» əmrinin uyğun bəndləri vasitəsilə həyata keçirilir. Əlbəttə, ləğv etmə seçmə olmadıqda kursorun içərisində durduğu cədvələ, sətirə, sütuna və ya xanaya aid edilir. Əgər bir neçə elementin ləğvi və ya ölçülərinin dəyişdirilməsi nəzərdə tutularsa, onda onları seçmək lazımdır. Bu adi mətn seçildiyi kimi də həyata keçirilə bilər, ya da menyunun «Выделить» əmrinin bəndlərinə uyğun da həyata keçirilə bilər.
Əgər cədvəlin bir neçə xanasını birləşdirmək lazımdırsa onda birləşdiriləcək xanalar seçildikdən sonra «Таблица» menyusunun «Объединить ячейки» əmrini veririk. Əgər bir xananın bölünməsi gərək olarsa, həmin xanada kursoru yerləşdirərək menyunun «Разбить ячейки» əmrini veririk. Əmr verildikdən sonra xananın bölünəcəyi sətir və sütunların sayı verilir və əmr yerinə yetrilir.
Cədvəlin özünü də bölmək olar. Bu məqsədlə cədvəl daxilində kursoru yerləşdirərək «Таблица» menyusunun «Разбить таблицу» əmrini veririk. Cədvəlləri birləşdirmək üçün isə onlar arasındakı məsafənin seçilərək ləğvi kifayətdir.
Cədvəlin formatlaşdırılmasının mövcud cədvəl formalarından hər hansı birinə uyğun yerinə yetirilməsi üçün menyunun «Автоформат» menyusundan istifadə edilir. Əmrin verilməsindən sonra ekranda müxtəlif formatda olan cədvəllərin variantları verilir. İstifadəçi istəyinə uyğun variantı seçir, onun dəyişəcək və dəyişməz qalacaq parametrlərini müəyyənləşdirərək yerinə yetirmə verilir.
Cədvəl sütunlarını və sətirlərini ölçülərinə görə eyniləşdirilməsi məqsədilə «Таблица» menyusunun «Автоподбор» əmrindən istifadə edilir. Bu əmrin variantlarına görə eyniləşdirmə məzmuna, aktiv pəncərənin eninə, qeyd olunmuş enə, seçilmiş elementlərin ümumi ölçülərinin elementlərin sayına bölünməsi ilə alınacaq.
Menyunun «Загаловки» əmri ilə adətən seçilmiş sətir və ya sütun (adətən birinci sətir və ya birinci sütun) başlıqlar sətri və ya başlıqlar sütunu kimi qəbul edilir. Bunun mahiyyəti ondan ibarətdir ki, menyunun əmrlərindən istifadə edərək seçmə, müəyyən hesablamaların aparılması və digər uyğun əməliyyatlarda başlıqlar nəzərə alınmır.
«Таблица» menyusunun «Переобразовать» əmrinin köməyi ilə seçilmiş cədvəli mətnə və seçilmiş mətni təyin olunmuş şərtlərlə cədvələ çevirmək mümkündür.
Menyunun « Сортировка» əmri cədvəlin daxilindəki verilənlərin seçilməsini və ya çeşidlənməsini həyata keçirir. Belə ki, əgər cədvəl məlumatları hərflərdən ibarətdirsə, onlar ya əlifba sırası, ya da əks sıra ilə düzülür, əgər məlumatlar rəqəmlərdən ibarətdirsə onda məlumatlar artma və ya azalma sırası ilə düzüləcək. Əmr verildikdən sonra əvvəlcə seçmə aparılacaq sütun müəyyən edilir, daha sonra seçmə obyektinin mətn və ya ədəd olduğu müəyyənləşdirilir və nəhayət seçmə əlaməti (artma və ya azalma) verilir. Qeyd edək ki, bu seçmə ardıcıl bir necə sütuna görə də aparıla bilər. Lakin şərtlərin hər biri əvvəlkini inkar etməməlidir.
Əslində Word mətn redaktorunda sənədə əlavə olunan cədvəllər hesablanan cədvəllər olmurlar. Lakin bəzən cədvəllərdə bəzi sadə hesabatların aparılması tələbatı yaranır. Bu məqsədlə menyunun «Формула» əmrindən istifadə edilir. Əvvəlcə nəticə yerləşdiriləcək xana müəyyənləşdirilir. Bu adətən ya sonuncu sətrin, ya da sonuncu sütunun xanası olur. Sonra əmr verilir. Açılan pəncərədə istifadə ediləcək funksiya «Вставить функцию» sahəsində verilən variantlar içərisindən seçilir. Nəticənin adətən ədəd olduğunu nəzərə alaraq «Формат числа» sahəsindən ədədin formatı müəyyənləşdirilir. Bundan sonra «Формула» sahəsində “=” işarəsindən sonra yazılmış funksiyanın arqumenti göstərilir. Əməliyyatları əksəriyyəti cədvəl diapazonları üçün aparıldığından burada adətən xanalar diapazonu göstərilir. Məsələn, C1:C6 və ya B1: D1. qeyd edək ki, diapazonların göstərilməsində sütunların fikrən latın hərfləri ilə əlifba sırası ilə nömrələndiyi, sətirlərin isə rəqəmlərlə ardıcıl olaraq nömrələndiyi nəzərdə tutulmalıdır.
İstifadə edilən funksiyalara gəldikdə, burada makimumun, minimumun tapılması, diapazonda elementlərin sayı, ədədin yuvarlaqlaşdırılması, cəmin hasilin hesablanması, mütləq qiymətin və tam hissənin, qalıq hissənin verilməsi və s. funksiyalar vardır.
Cədvəldə cədvəl torunun ekranda görünüb-görünməməsinin «Таблица» menyusunun «Отображать сетку» əmri ilə yerinə yetirmək olar. Lakin qeyd edək ki, bu məqsədə nail olmaq üçün, daha döğrusu cədvəl torunun ekranda görünməməsi üçün onun xətlərinin, yəni çərçivə xətlərinin əvvəlcədən seçilərək rəngsizləşdirilməsini həyata keçirmək lazımdır. Bu halda cədvəl xətləri böz rəngdə olacaq. Belə halda cədvəl torunun ekranda görünməməsini təmin etmək olar. Bütün bu qeyd olunanların həyata keçirilməsi üçün menyunun «Свойства таблицы» əmri verilərkən açılan pəncərədəki «Границы и заливки» əmrindən istifadə etmək lazımdır.
Qeyd edək ki, «Свойства таблицы» əmrini verərkən açılan pəncərənin aşağısında olan «Параметры» əmri vasitəsilə cədvəl daxilində xanalarda işlək sahələrin, verilənlər sahələrinin cədvəl xanalarının kənarlarına görə yerləşməsini də müəyyənləşdirmək mümkündür.
Dostları ilə paylaş: |