Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 406,25 Kb.
səhifə69/69
tarix23.11.2022
ölçüsü406,25 Kb.
#70001
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   69
referat 1776

- Arxivdə faylları testdən keçirmək (Протестировать файлы в архиве). Bu əmr arxivi idarə rejimində yerinə yetirilir və arxivdəki qeyd olunmuş faylları testdən keçirir.
- Arxiv şərhinin əlavə olunması (Добавить архивный комментарий). Əmr arxivi idarə rejimində yerinə yetirilir və arxivə şərh daxil edilməsini təmin edir. Əmr yerinə yetirildikdə açılan pəncərədə şərhin mətnini daxil edib OK düyməsini sıxmaq ləzımdır.
- Bərpa üçün informasiyanın əlavə edilməsi (Добавить информацию для востановления). Bu əmr arxivi idarə rejimində yerinə yetirilir və arxivə bərpa üçün informasiya daxil edir.
- Arxivdə dəyişikləri qadağa etmək (Заблокировать архив). Bu əmr arxivə ixtiyari dəyişiklikləri qadağan edir.
- SFX arxivinə çevirmək (Преобразовать архив в SFX). Bu əmr arxivi SFX arxivinə çevirir.
- Arxiv haqqında informasiya (Информация об архиве). Bu əmri yerinə yetirdikdə arxiv həqqında informasiya pəncərəsi açılır.
Tarixcə (История) menyusu- Bu menyu tarixcəni təmizləmək (Очистить историю) üçündür. Əvvəllər yaradılmış arxivlərin tərkibinə baxışı təmin edən arxivlər siyahısından ibarətdir. Tarixcəni təmizləmək əmri bu siyahını təmizləyir.
Seçilmiş (Избранное) menyusu- Bu menyu qovluqdakı fayl və arxivlərin siyahısını əks etdirir. Ondan sonra açılmış cari qovluğu və ya arxivi siyahıya daxil etmək üçün menyunun Seçilmişə əlavə etmək (Добавить в избранное) əmrini yerinə yetirmək kifayətdir. Seçilmişi nizamlamaq əmri isə siyahıdakı qovluq və ya arxivləri ləğv və adını redaktə etmək, siyahıya açılmış qovluğu və arxivi əlavə etmək, siyahının strukturunu dəyişmək imkanı verir. Bunun üçün növbəti pəncərədə müvafiq olaraq Ləğv etmək (Удалить), Redaktə etmək (правка), Əlavə etmək (Добавить), Yuxarı (Вверх), Aşağı (Вниз) düymələrindən birini sıxmaq lazımdır.
Parametrlər (Параметры) menyusu- Müəyyən olunma (Установки). Əmri yerinə yetirdikdə açımış çox bölməli dialoq pəncərəsində proqramın əlavə parametrlərini, məsələn: arxiv formatını, avtomatik olaraq arxivin yerləşəcəyi qovluğu müəyyən etmək olar.
Protokola baxış (Просмотр протокола). Bu əmri yerinə yetirdikdə rar.loq protokol faylı açılır.
Protokolun təmizlənməsi (Очистить протокола). Protokol faylını təmizləyir.
? menyusu- Menyu proqramla işləmək qaydaları və proqram haqqında məlumat almağa xidmət edir. O aşağıdakı əmrlərdən ibarətdir.
Məzmun (Содержание). Əmr proqramla işləmək qaydalarına mövzular üzrə baxışı təmin edir.
Proqram haqqında (О программе). Bu əmri yerinə yetirdikdə açılan pəncərədə proqram haqqında informasiya əks olunur.

Yüklə 406,25 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin