Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 12 Informasiya təhlükəsizliyinin təmini və arxivləşdirmə üsulları



Yüklə 406,25 Kb.
səhifə61/69
tarix23.11.2022
ölçüsü406,25 Kb.
#70001
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   69
referat 1776

MÖVZU 12
Informasiya təhlükəsizliyinin təmini və arxivləşdirmə üsulları
Plan:

  1. İnformasiya təhlükəsizliyi məsələləri, informaiya təhdidlərinin təsnifatı

  2. İnformasiya təhlükəsizliyi tədbirləri və onların təsnifatı, informasiya təhlükəsizliyinin təminin müasir üsulları

  3. Kompüter viruslarından mühafizə üsulları

  4. İnformasiyanın arxivləşdirilməsi

Kütləvi kompüterləşmə, ən yeni İT-nın tətbiqi və inkişafı təhsil, biznes, sənaye istehsalı və elmi tədqiqatlar sahəsində irəliyə doğru hiss olunan sıçrayışa gətirib çıxarmışdır. Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuş­dur. Bu cəmiyyətdə informasiya ən mühüm resurs və başlıca amil olmuşdur. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən müəyyən asılılıq qazanır.  əsrdə vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasi­yanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması milli təhlükəsizliyin təmin olunması sistemində informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.


İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını aşağıdakı səbəblər şərtləndirir:

  • Müasir kompüterlərin hesablama gücünün kəskin artması və bununla eyni zamanda onların istismarının sadələşməsi;

  • Kompüterlərin və digər avtomatlaşdırma vasitələrinin köməyi ilə toplanan, saxla­nan və emal edilən informasiyanın həcminin kəskin artması;

  • Hesablama resurslarına və verilənlər massivinə bilavasitə girişi olan istifadəçilər dairəsinin kəskin genişlənməsi;

  • Hətta minimal təhlükəsizlik tələblərinə cavab verməyən proqram vasitələrinin coşqun inkişafı;

  • Şəbəkə texnologiyalarının hər yerdə yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;

  • İnformasiya emalı sisteminin təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal Internet şəbəkəsinin inkişafı

İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastruk­turun müdafiəliliyi nəzərdə tutulur.
İnformasiyanın müdafiəsi – informasiyanın təhlükəsizliyinin təmin olunma­sına yönəlmiş tədbirlər kompleksidir. Praktika bu informasiyanın və verilənlərin daxil edilməsi, saxlanılması və ötürülməsi üçün istifadə edilən resursların tamlığını əlyetən­liyinin və ola bilsin ki, məxfiliyinin himayə edilməsi deməkdir.
İnformasiyanın müdafiəsinin məqsədi istehlakçı üçün informasiyanın tamlığı, əlyetənliyi və məxfiliyinin pozulması səbəbindən (idarəetmədə) itkilərin minimuma endirilməsidir.

Yüklə 406,25 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin