Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan


Marketinqdə istifadə edilən əsas anlayışlar



Yüklə 1,17 Mb.
səhifə2/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   2   3   4   5   6   7   8   9   ...   92
C fakepathMühazir l r - texniki marketinq

1.2 Marketinqdə istifadə edilən əsas anlayışlar.

Marketinqdə istifadə edilən əsas anlayışlara aşağıdakılar aid­dir.



  1. Ehtiyac insanın yaşaması və fəaliyyət göstərməsi üçün nəyinsə çatış­madığını hiss etməsi, duymasıdır. Ehtiyac maddi ehtiyaclara (məsələn, yeməyə, paltara, isti­li­yə və s. olan ehtiyaclar) və mənəvi ehtiyaclara (mə­sələn, ünsiyyətə, biliyə və özünü təs­diqə olan ehtiyaclar) bölünürlər. Mar­ketinqdə əsas diqqət maddi ehtiyaclara yö­nə­lir. Ehtiyaclar insanın təbiəti ilə bağlıdır.

  2. Tələbat insanın dünyagörüşünə, şəxsiyyətinə, həyat tərzinə və s. xüsusiyyət­lərinə uyğun olaraq spesifik forma alan və ödənilməsi zəruri olan ehtiyaclardır. İnsanlar qeyd edilən xüsu­siyyətlərdən asılı olaraq özlərinin ehtiyaclarını müxtəlif məhsullara tələbata transformasiya edirlər. Məsələn, bir qrup insan özünün yeməyə olan ehtiyacını bir fincan kofe, digər qrup insanlar isə müəyyən xörəklərlə təmin edə bilirlər.

  3. Tələbə 2 cür tərif vermək olar. 1) alıcılıq qabiliyyəti olan tələbatlar və ya 2) tələbatın ödənil­məsi üçün həyata keçirilən konkret fəaliyyətdir. Tələbə verilən ikinci tərif onunla əlaqədardır ki, insanlar özlə­rinin tələbatını yalnız əvəzinə nə isə ödədiyi məh­sullar hesabına de­yil, həm də təbiət tərəfindən hazır şəkildə ve­rilən məhsullar hesabına da ödəyə bi­lir. Məsələn, insan suya olan tələbatını bulaqdan su içməklə və ya yeməyə olan tə­lə­batını ov ovlamaqla da ödəyə bilər.

  4. Məhsul təbiət tə­rəfindən hazır şəkildə verilən və (və ya) insan əməyilə yara­dılan və istehlakçının hər hansı tə­ləbatını ödəmək məqsədilə bazara tək­lif edilən bütün pred­metlərdir, mad­di nemətlərdir.

  5. Sövdələşmə ən azı iki tərəfin marağını və onlar arasında saziş şərt­lə­rini, onun realizasiya vaxtını və yerini nəzərdə tutan ticarət əməliyyatıdır

  6. Mübadilə bazar subyektləri tərəfindən bazara təklif edilən məh­sul­la­rın (xid­mət­lərin) mül­kiyyət və ya sərəncam vermək hüququnun dəyiş­dirilməsi üçün zəruri olan sövdələşmənin həya­ta keçirilməsi prosesidir.

  7. 7) Bazar hər hansı bir tələbatını ödəmək və ya problemini həll etmək məqsədilə məhsul alan alıcıların və həmin tələbatı ödəmək (problemi həll etmək) üçün bazara məhsul təklif edən satıcıların (istehsalçıların və ya vasi­təçilərin) məcmusu və ya məhsulların mübadiləsinin və ya sövdələşməsinin həyata keçirildiyi yer, məkandır.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin