Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan


MÖVZU 15.Beynəlxalq marketinqin mahiyyəti və vəzifələri



Yüklə 1,17 Mb.
səhifə89/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   84   85   86   87   88   89   90   91   92
C fakepathMühazir l r - texniki marketinq

MÖVZU 15.Beynəlxalq marketinqin mahiyyəti və vəzifələri

Plan:



  1. Beynəlxalq marketinqin məzmunu və əsas anlayış­ları

  2. Beynəlxalq marketinqin mahiyyəti və xüsusiyyətləri

  3. Beynəlxalq marketinqin funksiyaları və prinsipləri



  • 1.Beynəlxalq marketinqin məzmunu və əsas anlayış­ları

  • Beynəlxalq marketinq (international marketinq) anlayış­larına keçməmişdən əvvəl qısaca olaraq ümumiyyətlə marke­tinqin özünün mahiyyətinin nədən ibarət olmasını nəzərdən ke­çirək.

  • Marketinq (ingilis sözüdür, market-bazar) anlayışı ilk dəfə olaraq ABŞ-da 20-ci əsrin 30-cu illərində meydana gəlmişdir və Azərbaycan dilinə adekvat hərfi tərcümədə “bazarda fəaliyyət” deməkdir.

  • Bu gün marketinq insan həyatının bütün tərəflərinə elə möhkəm daxil olmuşdur ki, ondan istifadə etmədən keçinmək mümkün deyil. Hazırda elə bir televiziya kanalı, radio efiri, in­ternet, qəzet və jurnal tapmaq olmaz ki, orada müxtəlif elan­lara, reklamlara, təbliğata, ictimai rəy sorğusuna rast gəlinmə­sin. Mal satarkən, iş axtararkən, xeyriyyə tədbirləri keçirərkən, xəstəliyi mualicə etdirmək istəyərkən, ideyanı, ayrı-ayrı yerləri, seçkili vəzifələrə namizədləri təbliğ edərkən biz marketinqlə qarşılaşır və ya onunla məşğul oluruq.

  • Qısaca desək, marketinqin başlıca vəzifəsi ondan ibarətdir ki, istehsalçı elə məhsul istehsal etməlidir ki, o ehtiyacları və tələbatları ödəyə bilsin, onların satışı əvvəlcədən təmin olun­muş olsun, “məhsul özü-özünü sata bilsin”, beləliklə də müəs­sisənin əvvəlcədən planlaşdırdığı rentabellik səviyyəsi təmin olunsun və nəzərdə tutulan qədər mənfəət əldə edilsin.

  • Marketinq hələ lap qədim zamanlardan insan cəmiyyəti­nin bütün sahələrində istifadə olunmuşdur. Müasir marketinqin və onun hərtərəfli tədqiqatlarının həyata keçirilməsi XX əsrin 60-cı illərinin əvvəllərində başlanmışdır.

  • “Marketinq – bizim hazırlaya biləcəyimiz şeylərin satıl­ması deyil, sata biləcəklərimizin yaradılmasıdır”.

  • “Marketinq – bu istehlakçının əmtəə və xidmətlərə olan tələbatının müəyyənləşdirilməsi, mənfəət əldə edilməsi üçün onun satışının motivasiyası və son istehlakçılara çatdırılması prosesidir”.

  • Deyilənləri nəzərə alaraq beynəlxalq marketinqə belə bir tərif vermək olar: beynəlxalq marketinq – xarici ölkə bazarla­rında mövcud və potensial alıcıların artan tələbatlarını ödəyə biləcək əmtəə və xidmətlərin mənfəətlə satışı məqsədilə həmin bazarlara çıxarılması və istehlakçılara çatdırılması üzrə həyata keəirilən fəaliyyətdir.

  • İstər “ev” marketinqinin, istərsə də beynəlxalq marketin­qin əsas anlayışları eynidir Ehtiyac – insanın nəyinsə çatışmadığını hiss etməsidir. O elə bir hissdir ki, ətraf mühitin və insanın daxili aləminin təsi­rindən asılı olaraq insan beyninin oyuqlarını işə salaraq təhlil aparır və insana hansı zəruri şeyinsə çatışmadığını duydurur.

  • Tələbat – insanın şəxsiyyəti və mədəni səviyyəsinə müva­fiq olaraq özünəməxsus formaya düşmüş ehtiyacıdır.

  • Beynəlxalq marketinq nöqteyi-nəzərindən tələbata belə tə­rif vermək olar:

  • Tələbat – xarici ölkə istehlakçılarının şəxsiyyəti, mədəni səviyyəsi və öz ölkəsində möcud olan sosial iqtisadi vəziyyətə uyğun olaraq formalaşmış ehtiyacıdır.

  • Tələb bazarın vacib kateqoriyasıdır. O, bazara təqdim olunmuş və pulla təmin edilmiş tələbatdır. İnsan ehtiyac və tələbatlarının ödənilməsi üçün əmtəələr mövcud olmalıdır.

  • Əmtəə – bazarda alınıb satılan hər şeydir.

  • Mülkiyyət formasından və idarəetmə metodlarından asılı olmayaraq firma və müəssisələrdə istehsal olunan bütün məh­sullar əmtəədir və bunlar müəssisəyə və onun işçi heyətinə la­zım olan digər məhsullara dəyişdirilmək üçün hazırlanırlar.

  • Əmtəələr iki qrupa bölünür:

  • - maddi – cismi nemətlər;

  • - xidmətlər.

  • Maddi – cismi nemətlərə qida, paltar, mənzil, maşın, ava­danlıq, material, bina və tikililər, cihazlar və s. daxildir. Xid­mətlərə – nəqliyyat, səhiyyə, elm, təhsil, mədəniyyət, kommu­nal-məişət xidməti, reklam, təbliğat, ticarət, iaşə və s. daxildir.

  • Mübadilə – ehtiyac və tələbatları ödəyə biləcək obyektin kimdənsə alınması əvəzində ona hər hansı başqa bir obyektin verilməsidir.

  • Bazar - əmtəə mübadiləsi olmadan müasir iqtisadiyyat fəaliyyət göstərə bilməz.

  • Beynəlxalq mübadilənin baş verməsi üçün aşağıdakı qar­şılıqlı əlaqəli müəyyən hərəkətlərin yerinə yetirilməsi zəruridir:

  • alıcı tapılmalıdır;

  • onunla sövdələşmə, yəni əmtəə, onun miqdarı, key­fiyyəti, qiyməti, göndərilmə vaxtı razılaşdırılmış müqavilə bağlanılmalıdır;

  • müqavilə şərtləri yeriən yetirilməlidir, göndərilmə üçün əm­təə hazırlanmalı, istehsalçıya çatdırılmalı, göndərilmiş əmtəə üçün haqq-hesab aparılmalıdır.
  • Sövdələşmə – mal-material dəyərlilərinin iki tərəf arasında kommersiya əsasında həyata keçirilən mübadiləsidir.



  • Sövdələşmənin reallaşdırılmasının başdıca şərti bir tərəfin digər tərəfə hər hansı bir maddi obyekti verib, ondan digər bir obyekti almasıdır.

  • Əhatə dairəsindən asılı olaran sövdələşmələr bir ölkə hüdudlarında (milli sövdələşmələr) və müxtəlif ölkələr arasında həyata keçirilə bilər.

  • Milli sövdələşmələr – bir ölkə daxilində müxtəlif tərəflər arasında əmtəə və xidmətlərin kommersiya mübadiləsinin həy­a­ta keçirilməsi məqsədilə bağlanmış sazişlərdir.

  • Beynəlxalq sövdələşmələr – tərəflər arasında razılaşdırıl­mış şərtlərə uyğun olaraq müəyyən edilmiş kəmiyyət və key­fiyyətdə əmtəə göndərilməsi və yaxud xidmət göstərilməsi üçün müxtəlif ölkələrdə yerləşən iki və ya bir neçə tərəf arasında bağlanmış sazişdir (müqavilədir).

  • Sövdələşmənin həyata keçirilməsi aşağıdakı şərtlərə əməl olunmasını tələb edir:



  1. Dəyər əhəmiyyətli ən azı iki obyektin olmasını;

  2. Sövdələşmənin yerinə yetirilməsinin razılaşdırılmış şərtlərinin olmasını;

  3. Sövdələşmə şərtlərinin yerinə yetirilməsinin razılaşdı­rılmış vaxtının və yerinin olmasını.
  • Bunlardan əlavə, beynəlxalq marketinq fəaliyyətində bey­nəlxalq qarşılıqlı sövdələşmələrdən də geniş istifadə olunur. Bütün beynəlxalq qarşılıqlı sövdələşmələr iki qrupa bölünür:





  1. Ticarəti (kompensasiyası) qarşılıqlı əvəz etmə sövdə­ləşmələri;

  2. Sənaye (kompensasiyası) qarşılıqlı əvəz etmə sövdə­ləşmələri.
  • Ticarət kompensasiyası sövdələşmələri – adətən bir-biri ilə üzvi əlaqəsi olmayan, tamamilə müxtəlif əmtəələrin mübadilə olunması məqsədilə həyata keçirilən az məbləğli qısa əmə­liyyatlardır.



  • Sənaye kompensasiya sövdələşmələri – sənaye avadanlıq­ları və ya hazır fabriklərin satılmasını özündə birləşdirən böyük məbləğli sövdələşmələrdir.



  • Yüklə 1,17 Mb.

    Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin