Mövzu №1. Məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyətinin məzmunu və mahiyyəti. Plan: 1



Yüklə 20,79 Kb.
səhifə1/2
tarix28.04.2023
ölçüsü20,79 Kb.
#104223
  1   2
Mövzu -1


Mövzu №1. Məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyətinin məzmunu və mahiyyəti.
Plan:
1. Əmək tərbiyəsinin əsas məqsədi
2. Məktəbəqədər yaş­­lı uşaq­ların əmək fəaliyyətinin mahiyyəti.
3. Əmək tərbiyəsinin əsas vəzifələri

Əmək insanın məqsədyönlü fəaliyyəti olub onun sosial-iqtisadi,fiziki və mənəvi tələbatlarının ödənilməsində ən başlıca vasitədir.İnsanın məhz əmək fəaliyyəti üçün yaranması barədə müdriklərin dəyərli fikirləri bütün dövrlərdə öz təsir imkanlarını saxlaması həmin məntiqin təsdiqi kimi dəyərləndirilməlidir.


Məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyəti təlim, tərbiyə və psixoloji inkişafı özündə ehtiva edir.
Uşaqların əmək təlimi və əmək tərbiyəsi anlayışlarının bib-birindən fərqli funksiyalar daşıması ilə mahiyyətini izah etmək olar.
“Əmək təlimi” uşaqların bu sahəyə hazırlığı prosesində tərbiyəçinin rəhbərliyi altında nəzəri və praktik məsələlərinə aid bilik, bacarıq və vərdişlərlə silahlanmalarını ifadə edir.Bura əsasən özünəxidmət,təbiətdə əmək,təsərrüfat-məişət əməyi, əl əməyi ilə bağlı məşğələ nümunələri daxildir.
Əmək tərbiyəsi uşaqların əməyə, əmək adamlarına, əmək alətlərinə, əməyin nəticəsinə düzgün münasibət formalaşdırmaq, onların psixoloji cəhətdən əməyə hazırlamaq deməkdir. Demək, əmək təlimi uşaqların bilik, bacarıq və vərdişlərlə silahlandırmaq, əmək tərbiyəsi isə əməyə münasibət forçalaşdırmaq məqsədini izləyir. Məktəbəqədər yaşlı uşaqların bütün qabiliyyətləri müvafiq fəaliyyət prosesində formalaşır. Uşaqların fəaliyyəti zehni və fiziki olmaqla iki istiqamətə ayrılır.Psixoloqlar sübut etmişlər ki, zehni fəaliyyət insanda əvvəlcə fiziki hərəkətlər şəklində təzahür edir. Daha sonra bunun əsasında daxili fəaliyyət baş vermiş olur. Belə fiziki hərəkətin daxili plana keçməsi interiorizasiya adlanır. Hərəkətin şüurda götür-qoy edilməsi,icranın isə bundan sonra başlanması zehni fəaliyyətin xarici plana keçməsidir. Buna elmdə eksteriorizasiya deyilir. Uşaqlarda əmək fəaliyyəti zamanı fəaliyyətin məqsədi və nəticəsinin əvvəlcə dərk olunması kimi psixoloji inkişaf formalaşır.Uşaq fəaliyyəti oyun, təlim və əmək növlərinə bölünür.Qeyd olunan fəaliyyət növlərinin hər birinin özünəməxsus xüsusiyyətləri vardır.Əmək uşaq fəaliyyətinin elə bir növüdür ki, nəticədə hər hansı məhsul əldə edilməlidir. Məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyəti planlı, məqsədyönlü şəkildə həyata keçirilir. Məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyətinda əmək tərbiyəsinin əxlaqi və praktik məqsədləri həyata keçirilir. Əxlaqi məqsəd dedikdə uşaqların psixoloji cəhətdən əməyə hazırlığıdır.Uşaqların praktik baxımdan əməyə hazırlığı onların materiallar, alətlərlə tanış olmaları istifadə etməyə aid ilkin bacarıqlara yiyələnmələri ilə yanaşı fiziki qüvvələrinin inkişaf etdirməlidirlər.
Məktəbəqədər yaşlı uşaqların əməyinə verilən tələblər uşaqların zehni və fiziki inkişafına uyğun olmalı, zehni və fiziki qüvvələrin vəhdətdə tətbiqinə şərait yaratmalıdır.
Əmək uşağın təlim-tərbiyə məqsədlərini həyata keçirmək vasitəsi olmalıdır. Əmək prosesində uşaq gördüyü işin faydasını şüurlu surətdə dərk etməlidir. Əmək uşaqlar üçün yorucu və cansıxıcı olmalıdır.Uşaqlar əməyə həvəslə qoşulmalıdırlar. Uşaq əməyin məqsədini və nəticələrinin əvvəlcədən dərk etməlidir.
Əməyin uşağın zehni və fiziki inkişafına uyğunluğunun təlimdə gözlənilməsi son dərəcə vacibdir. Bu o deməkdir ki,uşaq işlətdiyi alət, icra etdiyi fiziki iş onun yaşına, boyuna, fiziki gücünə, zehni inkişaf səviyyəsinə uyğun gəlməlidir. Eyni zamanda uşağın qazanmış olduğu informasiya, nəzəri biliklər əmək prosesində tətbiq olunmalı, həyati bacarıqlar qazanmalıdır. Əmək fəaliyyəti zamanı uşaq hərtərəfli inkişaf etməlidir.Yəni, müxtəlif təlim məşğələlərində qazanmış olduğu bilikləri əmək fəaliyyətində öz tətbiqini bacarmalıdır. Əmək fəaliyyətinın digər məşğələnin təlim nəticələri ilə sıx əlaqədə olmasını tərbiyəçi daim diqqətdə saxlamalıdır. Məlum həqiqətdir ki, məktəbəqədər yaşlı uşaq üçün oyun əsas fəaliyyətdir. Digər tərəfdən hər bir uşağın məktəbəqədər yaşdan əməkdə iştirakı onun mənəvi cəhətini dərk etməyə səbəb olur. Buna görə də təlim-tərbiyə işi elə qurulmalıdır ki, uşağın oyuna olan marağı itmədən onda əməklə məşğul olmaq tələbatı formalaşmış olsun.
Bu baxımdan işin aşağıdakı ardıcıllıqla sadədən mürəkkəbə istiqamətləndirməklə planmlaşdırmaqla qruplaşdırmaq olar.
I - ● Yaşlıların əməyinə müsbət münasibət tərbiyəsi;
● Fiziki imkanları daxilində yaşlılara kömək göstərmək səyi;
● Əməyin nəticələrinə maraq göstərmək.
Qeyd olunan keyfiyyətlər uşaqlarda həyatda əməyin vacibliyi,yaşlıların əməyə münasibəti, onun ictimai xarakteri, yaxşı işləməyin, ətrafdakılara qayğıkeş, diqqətli münasibət bəsləməyin nə demək olduğu haqqında əxlaqi məfhumları formalaşdırır.
II - ● Əmək vərdişlərinin formalaşdırılması;
● Uşaqların təkmilləşdirilməsi;
● Əmək fəaliyyətinin məzmunun genişləndirilməsi;
● Kifayət qədər cəld işləmək bacarığına yiyələnmək.
Uşaqlarda hər hansı əmək vərdişlərinin tərbiyəsi onun şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Çünki bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesi bütövlükdə iradə, inadkarlıq və məqsədyönlülük tələblərini aşkar edir. Kiçik qruplarda uşaqlarda müəyyən vərdişin qazanılması didaktik tələb kimi qarşıya qoyulursa,uşaq yaşa olduqca məsələlər müəyyən qədər mürəkkəbləşdirilir. Burada işin keyfiyyətinə,özünütəşkilə işgüzarlıq, məharət göstərmək, əmək alətləri, lazımi qaydada saxlaya bilmək bacarığına verilən tələblər artılır.
III - ● Əməkdə səy göstərmək adətinin;
● Məsuliyyət hissinin;
● Qənaətçiliyin;
● Əməkdə iştirak etməyə hazırlığın tərbiyəsi kimi şəxsi keyfiyyətlərin formalaşmasına görülən işlər yönəldilir.
IV - ● Uşağın özünün və ümumi işin təşkili vərdişlərinin tərbiyəsi məsələləri həyata keçirilir;
● Hər şeyi qabaqcadan hazırlamaq;
● İşin ardıcıllığının planlaşdırmaq.
V - Əmək tərbiyəsi prosesində uşaqlar arasında müsbət qarşılıqlı münasibətlərin formalaşdırılması ilə bağlı işlər.
Əmək tərbiyəsi ilə bağlı təcrübələr göstərir ki, uşaqda əməksevərliyini elementləri lap erkən yaşlarında formalaşmağa başlayır.Uşaqlarda müstəqillik, fəallıq, oyunun ideyasına, əmək tapşırıqlarını yerinə yetirməsinə təşəbbüskar münasibət ilk dəfə meydana çıxdıqda yaşlılar onlara lazımi şərait yaratmalıdırlar.
Ailədə uşağın əmək tərbiyəsinin qayğısına qalmaq, iki yaşdan başlayaraq özünəxidmətlə bağlı sadə vərdişlərə onların alışdırılması onlar üçün mühüm olan cəhətlərə diqqət göstərmək lazımdır:

Yüklə 20,79 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin