1.Əmək prosesində istifadə olunan üsullar uşaqları fəaliyyətə cəlb etməlidir;
2.Uşaqlar əmək fəaliyyətində həm də əylənməlidir;
3.Uşaqlar gördükləri işlərdə dərin bir məna duymalıdırlar.
Onlar şüurlar olaraq dərk etməlidirlər ki, əməyin nəticəsi özünə, ailəsinə, dostlarına, ailəyə, uşaq bağçasına faydalıdır. Uşaqlar əmək fəaliyyəti zamanı insana xas olan bütün mənəvi zənginlikləri qazanmaq imkanı qazanırlar.
Xalq pedaqogikasında deyilir:
1. “İstəyirsən bol çörək,al əlinə bel,kürək”.
2. “İş insanın cövhəridir”.
3. “Əkiblər yemişik,əkək yesinlər”.
Həyatını uşaqların ailə tərbiyəsinə həsr etmiş A.S.Makarenka yazırdı: “Valideynlər birinci növbədə yadda saxlamalıdırlar ki, sizin uşağınız əmək üzərində qurulmuş cəmiyyətin üzvü olacaqdır. Demək onun bu cəmiyyətdəki əhəmiyyəti, onun bir vətəndaş kimi qiyməti yalnız ictimai əməkdə necə iştirak edə bilməsindən, bu əməyə nə dərəcədə hazır olmasından asılı olacaqdır. Onun maddı həyat səviyyəsi və rifah həyatı da bundan asılı olacaqdır”.
R.D.Uşinski isə yazırdı: “Əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzünə işıq saçan müqəddəs şamdır,onu söndürəsiniz,yer zülmətə çevrilər”. “Əməklə məşğul olmayan bir adam həqiqi xoşbəxtlik ləzzətinin nə olduğunu heç vaxt duya bilməz” deyən H.Heyne müdriklik nümayiş etdirmişdir.
Demək düzgün təşkil olunan əmək uşağın şəxsi keyfiyyətlərinə təsir göstərmək imkanına malik olub, eyni zamanda onun gələcək həyat yolunun müəyyənləşdirilməsində əvəzsiz rol oynayır. Uşağın fizioloji inkişafında fiziki əməyin faydası genişdir (əzələlərin,qan damarlarının və sinir sisteminin normal fəaliyyətində tənəffüsün tənzimlənməsində və s.).
Hər hansı bir əməkdə əl ilə ağlın gücü üzvü surətdə birləşir ifadəsi pedaqoji-psixoloji məna kəsb edir. Əmək fəaliyyətinə yalnız insana məxsus davranış növü kimi baxmaq lazımdır. Öz təbiəti etibari ilə ictimai xarakter daşıyan əmək cəmiyyətin tələbatlarından asılıdır. Həmin tələbatlar onu (əməyi) formalaşdırır, müəyyənləşdirir, istiqamətləndirir və tənzim edir. Uşaqların əmək fəaliyyətində pedaqoji təsir imkanlaırna məruz qalması onların hər tərəfli imkişafına səbəb olur. Onlar maddi və mənəvi ehtiyaclarının kimlər tərəfindən təmin olunması barədə düşünərək əməyin insana məxsusluğunu anlayırlar.
V.A.Suxomlinski “Ürəyini uşaqlara verirəm” əsərində maraqlı bir səhnəni belə təsvir edir. “Uşaqlar məktəb yeməkxanasında nahar edirlər. Onlar nahardan sonra qabları yuyub getmək istəyirlər. Bu vaxt V.A.Suxomlinski uşaqlara deyir:-Uşaqlar, gözləyin yeməkxanadan çıxmayın yarım saat da stolların arxasında oturun.Düşünək, görək bu gün istifadə etdiyimiz bu şeylər hardandır? Burada, yeməkxanada ixtiyarımıza verilimiş bütün bunlar haradan əmələ gəlir? Uşaqlar yediklərinin hamısının sayırlar: çörək, ət, kartof, süd, yağ, yumurta.Yeməklər bu yaxınlarda təzə kərpicdən tikilmiş peçdə bişirilib. Peçi kömürlə yandırırlar, kömürü şaxtadan gətiriblər. Biz stolların arxasında stullarda oturmuşuq. Stollar və stullar metal borucuqlardan və plastik kütlədən hazırlanmışdır.
- Hamısını dediniz?-deyə Suxomlinski soruşdu.
- Bəli hamısını.
- Diqqətlə baxın,bəzi şeylər nəzərdən qaçıb.
Küncdə soyuducu var. O elektrik enerjisi olmadan işləyəbilməz. Divarda platonlar var, onlarda elektrik lampaları yanır.
Uşaqlar heyrətlə belə bir həqiqəti aşkar edirlər ki,elektrik olmasa evdə yaşamaq,məktəbdə oxumaq çətin olardı.Belə isə onda bu şeylər haradan əmələ gəlmişdir?....Bununla uşaqlar ictimai istehsala, qarşılıqlı əmək münasibətlərinin mürəkkəb aləminə səyahət etmiş olur.
Zəruri ədəbiyyatlar: A.Həsənov “Məktəbəqədər pedaqogika”, Bakı 2000
Y.İ.Həsənova, R.C.Hacıyeva “Məktəbəqədər yaşlı uşağın əməkdə tərbiyəsi” Bakı,1989
V.Q.Neçayeva. Məktəbəqədər yaşlı uşağın əməyinin xüsusiyyətləri. Bakı,1989