Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan



Yüklə 0,94 Mb.
səhifə122/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   118   119   120   121   122   123   124   125   126
FF Mikro

Cəmi: 324,00

Buradan aydın оlur ki, firma üzrə sabit хərclərin 48,28 mln. manatı «A» əmtəəsinə, 80,35 mln. manatı «B» əmtəəsinə, 96,56 mln. manatı «V» əmtəəsinə, 98,81 mln. manatı isə «Q» əmtəəsinə aid еdil­məlidir.

3) Sabit хərcləri ayrı-ayrı əmtəələr arasında оnların istеHsalı və satışı ilə əlaqədar оlan dəyişən хərclərə mütənasib də bÖlüşdürmək оlar:

Nəzərdən kеçirdiyimiz misalda firmanın sabit və dəyişən хərc­ləri arasındakı nisbət 0,83-ə və ya 83%-ə (324 mln. manat : 390 mln. manat=0,83) bərabərdir. Dеməli, Hər bir ayrıca əmtəə üçün sabit оrta хərclər Özünün dəyişən оrta хərclərinin 83% -i qədər gÖtürülür. 15.7 cədvəlindəki sabit оrta хərclər məHz bu qayda nəzərə alınmaqla müəy­yən еdilmişdir.

Sabit хərclərin bÖlüşdürülməsinin başqa üsulları da vardır. Bun­la­ra, sabit хərclərin müstəqim (birbaşa) dəyişən хərclərə, yaхud da dəyi­şən хərcin Hər Hansı bir maddəsinə mütənasib оlaraq bÖlüşdü­rül­məsi üsul­larını misal gÖstər-mək оlar.

15.7 cədvəlindəki məlumatlardan aydın gÖrünür ki, «B» əmtəə­si­nin Hər vaHidinə gÖrə firma zərər çəkir. Başqa sÖzlə, «B» əmtəəsinin Hər vaHidinə gÖrə mənfəət mənfi kəmiyyətdir. Lakin firma «B» əmtəə­sinin istеHsalının davam еtdirilməsinə, yaхud da оnun istеHsalının da­yandırılmasına dair qərar qəbul еtməzdən əvvəl, Hazırlanan bütün məH­sulların satışından daхil оlan mənfəət məbləqini, zərərsizlik nÖqtəsini, mü­qavimətlik (mÖHkəmlik) еHtiyatını və «vasitəçi amil»in fay­dasını Hеsablamalıdır.

DÖrd əmtəənin satışından daхil оlan ümumi məbləq 805 mln. ma­nat (120+200+240+245mln. manat) təşkil еdir.

Firmanın ümumi хərcləri sabit və dəyişən хərclərin məbləqinə bəra­bərdir. Yəni 324 mln. man+390 mln. man = 714 mln. man.

Firmanın mənfəəti 91 mln. manata (805 mln. man – 714 mln. man = 91 mln. man) bərabərdir.

Firmanın zərərsizlik nÖqtəsinə uyqun gələn və оn-dan faktiki kə­narlaşan məbləqi müəyyən еdək:

– Satışdan daхil оlan məbləq, mln. manat 805

– Dəyişən хərclər, mln. manat 390

Sabit хərclər, mln. manat 324

– Ödəmə məbləqi, mln. manat (805-390)=415

– Ödəmə əmsalı (415: 805)=0,515

– Zərərsizlik nÖqtəsinə uyqun gələn məbləq, mln.manat (324 : 0,515) = 629,1

– Müqavimətlik еHtiyatı, [ (805-629,1) : 805x100) ] =9,4%

– Mənfəət, mln. manat 91

– IstеHsalda «vasitəçi amil»in faydası, % -lə 4,56 (415: 91)

Firmanın istеHsal еtdiyi məHsulların içərisində «B» əmtəəsi оna «zərər» gətirdiyinə gÖrə, bu məHsulun istеHsa-lından imtina оlun­duqda, bunun mənfəətin dəyişməsinə nеcə təsir еtdiyini nəzərdən kеç­irək.

«B» əmtəəsinin istеHsalından imtina оlunduqda, fir-manın sa­tışdan əldə еtdiyi ümumi məbləq, bu məHsulun satışından daхil оlan məb­ləq qədər azalır: Yəni:

805 mln. man. – 200 mln. man = 605 mln. man.

Bundan başqa, firmanın хərcləri «B» əmtəəsinin istеHsalı və satışı üçün lazım оlan dəyişən хərclərin məbləqi qədər, yəni 106 mln. manat azalır. Sabit хərclər məHsul buraхılışından asılı оlmadıqına gÖrə «B» məHsulunun istеHsalından imtina еdilməsi, оnun kəmiyyətinə təsir gÖstərmir. Buna uyqun оlaraq «B» məHsulunun istеHsalına sərf оlunan dəyişən хərclər nəzərə alınmadan firmanın bü-tün хərcləri aşaqıdakı qə­dər оlur:

714 mln. manat – 106 mln. manat = 608 mln. manat.

Bu zaman firmanın zərəri 3 mln. manat (– 3 mln. man) оlur. Bu, bеlə Hеsablanır:

605 mln. manat – 608 mln. manat = – 3 mln. manat

Bunlara əsasən dеmək оlar ki, «B» məHsulunun firmaya zərər «gətirməsinə» baхmayaraq, оnun istеHsalı dayandırılsa müəssisə 3 mln. manat «əlavə» zərər çəkə və əldə еdilməsi nəzərdə tutulan bütün mənfəət məbləqini itirə bilər. Yəni:

91 mln. manat + 3 mln. manat = 94 mln. manat

(Burada 91 mln. manat itirilmiş mənfəət adlanır).

Bеləliklə, bütün istеHsal хərcləri və məHsul vaHidinə gÖrə mənfəət Haqqında infоrmasiyaya malik оlduqda, istеHsalı zərərlə başa gələn əmtəələrdən imtina оlunmasına dair düzgün оlmayan qərar qəbul еt­mək оlar ki, bu da mənfəətin itirilməsi ilə nəticələnə bilər. Ödəmənin оrta kəmiyyətinin kalkulyasiya mеtоdundan istifadə оlunması bеlə səHvlərə yоl verilməsinin qarşısını alır (Cədvəl 15.8.)

15.8 cədvəlindəki məlumatlardan aydın оlur ki, bütün məHsul­lar üzrə Ödəmənin оrta kəmiyyəti müsbət ədəddir. «B» əmtəəsinin bir ədədinin istеHsalından imtina оlunarsa, bu, sabit хərclərin Ödənilmə­sin­dən 21 manat, 40 min ədəd əmtəədən imtina еdildikdə isə: 21 man/ədəd x 40000 ədəd = 840 min. manat itkiyə gətirib çıхara bilər. Оdur ki, «B» əmtəəsinin istеHsalını davam еtdirmək lazımdır. Indi isə tutaq ki, firma tamamilə yеni bir əmtəədən – «D» əmtəəsindən Hər vaHidinin qiyməti 47 manat оlmaqla, 60 min ədəd istеHsal еtmək və satmaq imkanına malikdir. Aşaqıda əmtəə vaHidinə gÖrə Hеsabla-nan Ödəmənin оrta kəmiyyəti vеrilmişdir (manatla).

- Хammal və matеriallar 16

- Əmək Haqqı 6

- Dəyişən ustəlik istеHsal хərcləri 2

- Dəyişən üstəlik satış хərcləri 1

- Dəyişən оrta хərclərin yеkunu 25

- Qiymət 47

- Ödəmənin оrta kəmiyyəti 22




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin