Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan



Yüklə 0,94 Mb.
səhifə27/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   23   24   25   26   27   28   29   30   ...   126
FF Mikro

«Yeni əmtəələr» dedikdə möv­cud əmtəələrin yaxşılaşdırıl-mış variantları nəzərdə tutulur.

Yenilikçilik istehsalçıdan çox böyük məsuliyyət və risk tələb edir. Çünki yeni əmtəələr istehlakçıların xoşuna gəlmədikdə reallaş­dı­rıl­mamış qalır və firma böyük məbləğ-də zərər çəkir. Aparılmış tədqi­qat­lar göstərir ki, yeni əmtəələrin istehlak malları bazarında 40%-i, səna­ye təyinatlı əmtəələr bazarında 20%-i, xidmətlər bazarında isə təqri­bən 18%-i uğursuzluqla nəticələnir. Geniş istehlak mallarının uğur­suzluğu daha acınacaqlı nəticələrə gətirib çıxarır. Ona görə yeni əmtəələrin istehsalına başlamazdan əvvəl istehsalçı, necə deyərlər, düşünüb-daşın­malı, yüz ölçüb bir biçməlidir ki, sonra peşimanlıq çək­məsin. Yeni əmtə­ələrin uğursuzluğa düçar olmasının isə bir neçə səbəbi vardır. Bunlar ondan ibarətdir ki, bəzən ideyanın özlüyün-də yaxşı olma­sına baxmaya­raq bazarın tutumu düzgün qiymətləndirilmir, əmtəənin mövqeyi ba­zarda düzgün müəy-yən edilmir, pis reklam­laşdırılır, yeni əmtəələrin işlənib ha-zırlanmasına nəzərdə tutul­duğundan qat-qat çox xərc çəki-lir, rəqiblərin cavab zərbəsi göz­lənildiyindən güclü olur və s.

Firmaların qiymətqoyma probleminə yanaşmaları əmtəələrin həyat dövrünün mərhələlərə bölünməsi ilə sıx surətdə bağlıdır. Əmtəə­lərin bazara çıxarılması mərhələsi daha məsuliyyətli hesab olunur və qarşıya ciddi tələblər qoyulur. Ona görə də həqiqətən yeni olan əmtəə­lərə qiymət qoyulmasını bir-birindən fərqləndirmək lazım­dır. Yeni əm­təə­ləri bazara çıxaran firmalar iki strategiya ilə üzləşir və bunlardan birini seçməlidirlər. Bunlardan biri obrazlı ifadə ilə desək «qaymağın yığılması», digəri isə «bazara əsaslı surətdə daxil olmaq və öz mövqe­yini qoruyub saxlamaq» strategiyasıdır.

Birinci strategiyanın mahiyyəti ondan ibarətdir ki, yeni əmtəə istehsal edən firmalar ilk vaxtlar həmin əmtəəyə yüksək qiymət qoyur və bununla da daha çox mənfəət əldə etməyə cəhd göstərirlər. Burada məqsəd ondan ibarətdir ki, yeni malları bazarın bütün seqmentləri deyil, yalnız bəzi seqmentləri qəbul edə bilsin. Firmalar bir müddətdən sonra qiymətləri aşağı salmaqla özlərinə daha çox müştəri cəlb edirlər. Çünki qiymətlərin aşağı salınması firmaların guya öz mənfəətlərinin bir hissəsindən imtina etməklə adamlarda onların qayğısına qalmaq psixo­logiyası aşılayır. Belə hərə-kət edən firmalar bununla da bazarın ən yük­sək maliyyə «qaymağı»nı götürürlər.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin