Qiymətlər, həmçinin qapalı sövdələşmələr əsasında müəyyənləşdirilə bilər. Bu metoddan əsas etibarilə qiymət-lər rəqabət yolu ilə müəyyən edildiyi, yaxud da sövdələşmələrin gedişində firmalar sifarişlər uğrunda mübarizə apararkən istifadə olunur. Lakin təbiidir ki, bu qiymətlər istehsal xərclərindən aşağı ola bilməz, çünki belə olarsa, firma özü-özünə ziyan vurmuş olar və o, müflisləşməyə doğru gedər.
Bütün bu metodlardan istifadə etməkdə məqsəd əmtəələrin son qiymətinin müəyyən edilməsidir Lakin satıcılar aşağıdakı fəndlərdən istifadə etməkdən çəkinməlidirlər: 1) Qiymətlərin rəqiblərlə məsləhətləşməklə müəyyən edilməsi; 2) Pərakəndə satış qiymətlərinin sabit saxlanılması; 3) Qiymət ayrı-seçkiliyi; 4) Yol verilən ən aşağı qiymətlərlə satış; 5) Qiymətlərin heç bir əsas olmadan qaldırılması; 6) Qiymətlərin düşünülmüş surətdə, alıcıların imkanlarına uyğun gəlməyən tərzdə qaldırılması.
Qiymətlərin məsləhətləşməklə müəyyən edilməsi o deməkdir ki, satıcılar qiymətləri müəyyən edərkən qabaq-cadan həmin məhsulların digər satıcıları ilə dilbir olmama-lıdırlar. Istehsalçının öz əmtəəsini hər hansı bir qiymətə satmağı dilerdən tələb etməyə ixtiyarı yoxdur. Satıcı diler-lərə yalnız istehsalçının məsləhət gördüyü qiyməti təklif edə bilər. Başqa Qeyd etmək lazımdır ki, istehsalçının dilerə əmtəə satmaqdan imtina etmək, yaxud da onun mənafeyinə qəsd etmək hüququ yoxdur.
Satıcıların öz rəqiblərini sıxışdırmaq üçün əmtəə-lərin istehsal xərclərindən aşağı qiymətə satmağa səlahiy-yətləri çatmır.
Dövlət müəyyən dövrlərdə qiymətlərin səviyyəsi üzərində nəzarəti həyata keçirir. Elə sahələr də vardır ki, onların fəaliyyəti üzərində nəzarət və ya necə deyərlər «dövlət inhisarı» qoyulur. Bunlar əsas etibarılə kommunal təsərrüfatlarıdır.
Dostları ilə paylaş: |