Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Milli bazar, onun əsas cəhətləri va strukturu



Yüklə 0,94 Mb.
səhifə93/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   89   90   91   92   93   94   95   96   ...   126
FF Mikro

4. Milli bazar, onun əsas cəhətləri va strukturu

Milli iqtisadiyyat milli bazar kateqoriyası ilə üzvi bağlıdır və onunla vəhdət təşkil edir. O, milli iqtisadiyyat anlayışının tərkib hissəsidir. Lakin milli bazar məsələsinin mahiyyəti üçün onu ayrıca şərh etmək lazımdır. Əvvələn, qeyd edilməlidir ki, indi respublikada milli bazar iqtisadiyyatına girişin ilk pilləsində genişlənən, ayaq alib gedən alış veriş (həm də çox vaxt xaricdən gətirilən əmtəələr hesabına) hələ bazarın sağlam təbiəti ilə bağlı deyildir, ondan çox uzaqdır. Mövcud ölkədə sağlam, real milli bazarın təməli ilk növbədə məhz ölkənin özündə məhsulların, məmulatların kütləvi istehsalı zəmininə, normal şəkildə təşkil edilən maliyyə və əmək bazarına əsaslanır.Deməli, milli bazar bilavasitə milli iqtisadiyyata söykənir, ondan qidalanır. Yuxarıda deyildiyi kimi, xarici ölkələrdən gətirilib alqı-satqı sövdələşməsinə daxil olan əmtəələr və başqaları buraya aid edilmir. Milli iqtisadiyyatla bağlı olan istehsal-istehlak, təkliflə tələb arasında baş verən mübadilə-tadavül prosesi səciyyəvidir. Beləliklə, milli bazarla milli iqtisadiyyat arasında qurilmaz, üzvi və qarşılıqlı əlaqə mövcudluğu vardır.Milli bazar bütün bazar sistemi və strukturu ilə üzvi şəkildə əlaqədardır. Buraya isa istehlak şeyləri, istehsal vasitələri, xidmət, əmək, mənzil, mənəvi nemətlər, valyuta, qiymətli kağızlar bazarları və s. daxildir.Deməli, milli bazar (sivilizasiyalı milli bazar) özünə məxsus obyektlər və subyektlərə malikdir. Ümumiyyətlə, milli bazara müvafiq elmi tərif vermək üçün onları asas gotürmək lazımdır. Beləliklə, milli bazar mübadilə dairəsində sosial-iqtisadi münasibətlərin məcmusudur. Onun vasitəsilə ölkədə əmtəələrin və xidmətin reallaşdırılması, kapitalın və sairlərin alqi-satqısı, tədavülü həyata keçirilir. Milli bazarın əsas iqtisadi subyektləri eyni vaxtda müxtəlif istiqamətdə fəaliyyət göstərir. Kapital sahiblərinin numayəndəsi sifətilə çixiş edən firmalar əmtəə istehsal edir və xidmət sahələri yaradır, iş qüvvəsinə tələb yaranır. Iş qüvvəsini təklif edən fəal qüvvə muzd alır və öz növbəsində istehsal edilən əmtəəyə xidmət sahəsinə tələb yaradır.Milli bazarın struktur tərkibində müxtəlif əmtəələr va pullu xidmət bazarları mühüm yer tutur. Şəxsi istehlakın ilk özəyi ailələrdir, çünki məhz burada istehlakın həcmi və strukturu formalaşır. Istehsal istehlakında isə ilk özəl müəssisələrdir, firmalardır.Yığım isə proses kimi investisiya ilə üzvi surətdə əlaqədardır. Gəlirdən məsrəflər, istehsal və istehlak ehtiyatları çıxıldıqdan sonra yerda qalan hissə yiğima gedir. Bu isə əsasən investisiyaya, kapital qoyuluşuna sərf olunur. Həm də yiğim müəyyən məqsədlər üçün ev təsərrüfatında, ailədə də edilir. İqtisadi ədəbiyyatda istehlaka meyl məsələsi Keynsin multiplikator adlanan nəzəriyyəsinə əsaslanır.İqtisadi nəzəriyyədə multiplikator (çoxaldıcı effekt) kateqoriyası müxtəlif qarşılıqlı əlaqələri səciyyələndirmək və müəyyən etmək üçün istifadə edilir. Məsələn,Keynsin multiplikator nəzəriyyəsində əmsalın,gəlirin dəyişməsindən asılı olaraq investisiyanın dəyişməsini xarakterizə etməsi başa düşülür.Əmtəə bazarı topdansatış bazarı kimi səciyyələnən əmtəə birjası ilə sıx əlaqəlidir (əmtəə birjası barədə başqa müvafiq mövzuda, yəni bazar infrastrukturu mövzusunda bəhs olunmuşdur ).Milli bazarın struktur tərkibində valyuta və qiymətli kağızlar bazarı da müəyyən yer tutur. Bu, banklar və birjalar ilə bağlıdır. Qiymətli kağızlar anlayışı altında hər şeydən əvvəl səhm nəzərdə tutulur. Pul və qiymətli kağızlar bazarının təhlili məntiqi surətdə multiplikatorun pul modeli üzrə aparılır.Əmək bazarı da milli bazarı təşkil edən istiqamətlərdən biridir. Bu bazarın əsas subyekti firmalar və digər müəssisələrdir. Beləliklə, əgər milli bazar anlayışında onun strukturu öz ifadəsini normal taparsa onu sağlam, sivilizasiyalı milli bazar adlandirmaq olar.A.Smit demişdir ki, sivilizasiyalı milli hazar həmin ölkədə insanlara siyasi azadlıq, hüquqi sərbəstlik bəxş edir. A.Marşal qeyd etmişdir ki, o, istehsal və sahibkar azadlığı üçün zəruri amildir. Yalnız sağlam milli iqtisadiyyatın və sivilizasiyalı milli baza formalaşması və təşəkkül tapması millətin real mənafelərinə, artan tələbatlarına cavab verə bilər, dövlətin iqtisadi qüdrətinin münasib imkanlar aça bilər. Sağlam milli iqtisadiyyat milli ideologiya məsələsi ilə qırılmaz tellərlə bağlıdır."Mövcud ölkədə ideologiya, onun tərkib çalarları: mədəniyyəti, etik, mənəvi, fəlsəfi, əxlaqi, dini, siyasi, hüquqi məramlari, ana dili, ədəbiyyatı və s. oradakı millətin daxili aləminin bilavasitə mənafelərinin ifadəsidirsə milli ideologiya adını daşımağa layiqdir. Belə ideologiya sağlam milli iqtisadiyyatın təşəkkül tapmasına və onun daim inkişaf etməsinə güclü təsir göstərir. O da öz növbəsində milli ideologiyanın sarsılmaz maddi təməlini təşkil edir.Beləliklə, sağlam milli iqtisadiyyat və real milli ideologiya həmişə qarşılıqlı dialektik vahdətdə olurlar və bir-birlərinin təkamülünə xidmət edirlər. Sabiq Sovet rejimində, inzibati-amirlik sistemində Azərbaycanda və digər bir çox milli respublikalarda sağlam milli iqtisadiyyatdan söhbət gedə bilmədiyi kimi, milli ideologiyanın da tam movcudluğundan söhbət gedə bilməzdi. Müstəqilliyə qədəm qoyduqdan sonra bütün sabiq milli respublikalarda, o cümlədən Azərbaycanda, hər ikisinin tam milli mənafelərə uyğun formalaşması real gerçəkliyə çevrilir. Bunların real qarşılıqlı əlaqə va təsirlə formalaşacağı təqdirdə normal sosial-iqtisadi quruluş təşəkkül tapar və daim tərəqqiyə nail ola bilər.
Mövzu Torpaq resursları və renta (2 saat )

Plan
1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri.Torpaq istehsalın başlıca amilidir.



2.Torpaq rentası və onun formaları.

3.İcarə haqqı və torpağın qiyməti.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin