İstifadə edilən ədəbiyyat
1. İqtisadi nəzəriyyə.Mikroiqtisadiyyat1,2.Dərslik Moskva 2007.
2. O.Məmmədli,M.İsmayılov,F.İ.İsmayılov.İqtisadi nəzəriyyə.Dərs vəsaiti,. Bakı 2010.
3. M.Meybullayev.Mikroiqtisadiyyata giriş.Dərs vəsaiti,.Bakı 2010.
4. E.Kərimov,B.Osmanov. İqtisadi nəzəriyyə.Dərslik, Bakı 2010.
1.Aqrar münasibətlər və onun xarakterik xüsusiyyətləri.
Torpaq istehsalın başlıca amilidir.
Torpaqdan iqtisadiyyatın bütün sahələrində istifadə olunur və o, özünün sərvətləri, meşələri, suları ilə birlikdə istehsal prosesinin maddi ilkin şərtini və təbii əsasını təşkil edir. Lakin iqtisadiyyatın ayrı-ayrı sahələrində torpaq eyni əhəmiyyətə malik deyildir. Belə ki, torpaq sənayedə (hasilat sənayesi istisna olmaqla) və ticarətdə müəssisələrin, obyekt-lərin yerləşdirilməsi üçün məkan, tikintidə binaların inşa olunması, nəqliyytda şose və dəmir yollarının çəkilməsi üçün ərazi rolunu oynayır və bu sahələr üçün onun münbit-liyinin heç bir əhəmiyyəti yoxdur. Kənd təsərrüfatında isə torpaq məhsul istehsalının əvəzolunmaz təbii-iqtisadi amili-dir və onun münbitliyinin müstəsna əhəmiyyəti vardır. Baş-qa sözlə, torpaq olmadan kənd təsərrüfatı məhsullarını istehsal etmək mümkün deyildir. Həm də bunun üçün hər cür torpaq deyil, münbit torpaqlar olmalıdır.
Torpaq iqtisadiyyatın ən mühüm sahələrindən biri olan kənd təsərrüfatında oynadığı rola görə istehsalın başlı-ca təbii-iqtisadi amili olmaqla, həm də investisiya əmtəə-lərinə aid edilə bilər. Çünki insanlar bir tərəfdən, məhsul is-tehsal etmək üçün torpağı əkib – becərməklə öz əməkləri ilə ona təsir göstərir, digər tərəfdən isə istehsal prosesində ondan vasitə kimi istifadə olunur. Lakin torpağın insanların öz-ləri tərəfindən yaradılan investisiya əmtəələrindən–bina-lardan, maşınlardan, avadanlıqlardan və s. – fərqləndirən bir sıra xüsüsiyyətləri vardır.
Əvvəla, qeyd etmək lazımdır ki, torpaq təbiətin məh-suludur, yer kürəsində onun hüdudu məhduddur, süni su-rətdə yaradıla və deməli artırıla bilməz. Insanlar öz əməkləri ilə yalnız onun təbii xassələrini dəyişdirə və zənginləşdirə bilərlər. Digər investisiya əmtəələrini isə istənilən qədər artırmaq mümkündür. Ikinçisi, insanların özləri tərəfindən yaradılan investisiya əmtəələri, yəni istehsal olunan maşın və avadanlıqlar, yetişdirilən heyvanlar və çoxillik əkmələr istehsal prosesində istifadə olunduqça aşınır, köhnəlir və müəyyən müddətdən sonra təkmilləşdirilmiş, mütərəqqi və yüksək məhsuldarlıqlı "nüsxələrlə", yaxud da tamamilə yeniləri ilə əvəz olunur. Torpağı isə heç bir şeylə əvəz etmək olmaz, başqa sözlə, onun əvəzediçisi yoxdur. Üçünçüsü, torpaq sahələri keyfiyyətlərinə, birinçi növbədə münbitliklərinə körə bir–birilərindən fərqlənirlər. Bu isə öz növbəsində tor-paq sahəsi vahidinə bərabər məbləğdə sərf olunan vəsaitin müqabilində müxtəlif miqdarda məhsul əldə edilməsinə və deməli, gəlirliliyin qeyri-bərabər olmasına gətirib çıxarır. Insanlar öz əməkləri ilə bu fərqi ya azalda, ya da dərinləşdirə bilərlər. Dördünçüsü, torpaqdan düzgün istifadə olun-duqda ondakı kimyəvi birləşmələrin miqdarı və onun mün-bitliyi artır, düzgün becərildikdə faydalı xassələri qorunub saxlanır, sahənin özü və fiziki vəziyyəti yaxşılaşır, məhsul-darlığı yüksəlir. Beşinçisi, torpaq sahəsi müəyyən ölçüyə ma-likdir, daimi məkanda yerləşir. Digər investisiya əmtəələrini isə istənilən vaxt bir yerdən başqa yerə aparmaq, yəni yerini dəyişdirmək, artırmaq, genişləndirmək mümkündür. Altın-cısı, torpaq təbiətin məhsulu olduğuna görə ondan istifadə olunarkən amortizasiya ayırmaları hesablanmır və deməli, o, istehsal xərçlərinin formalaşmasında iştirak etmir.
Torpağın başlıça xüsusiyyətlərindən biri onun mün-bitliyidir. Hər şeydən əvvəl torpağın qida maddələrinin miqdarı, onların bitkilər üçün faydalılığı, fiziki, mexaniki xassələri ilə müəyyən olunan təbii münbitliyini qeyd etmək lazımdır. Torpaq sahələri təbii münbitliyə görə bir-birindən kəskin surətdə fərqlənir. Lakin torpağın dəyərliliyi təkçə onun təbii münbitliyi ilə müəyyən edilmir. Insanların özləri tərəfindən torpağın münbitliyi artırıla bilər ki, buna da süni münbitlik deyilir. Deməli, aqrokimyanın, meliorasiyanın, bir sözlə, elmi-texniki tərəqqinin təsiri ilə torpağın süni münbitliyi daim dəyişir. Torpağın təbii münbitliyi ilə süni münbitliyi ikisi birlikdə onun iqtisadi munbitliyini əmələ gətirir. Torpağın iqtisadi munbitliyinin formalaşmasında mexanikləşdirmə vasitələri başlıça rol oynayırlar. Tarixdən məlumdur ki, torpağı xışla 12 sm, ata qoşulan kotanla isə 16 sm dərinlikdə şumlamaq mümkün olmuşdur. Bu, o deməkdir ki, torpağın təbii münbitliyindən qismən istifadə edilmişdir. Çünki torpağın üst qatı şumlanır, o, həddən çox xırdalanır, ondakı qida maddələrinin ehtiyatı kəskin surətdə azalırdı. Torpağın traktorla şumlanması isə onun dərinliyini 25-30 sm-ə çatdırmağa imkan vermiş və bu da öz növbə-sində onun təbii münbitliyindən istifadənin yaxşılaşdırıl-masına səbəb olmuşdur. Hazırda xüsusi texniki vasitələrdən istifadə olunması torpağın külək və su eroziyalarından qorunmasında, kol-kos basmış sahələrin təmizlənməsi və yararlı hala salınmasında, meliorasiya işlərində (torpaqların suvarılması və ya qurudulması) böyük səmərə verir. Bunun nəticəsidir ki, məhsuldarlığı az olan torpaq sahələrinin münbitliyi artırılır, istifadə olunmayan torpaqlar əkin dövriyyəsinə cəlb edilir.
2. Torpaq rentası və onun formaları.
Rentanın2 əmələ gəlməsinin ilkin şərti torpağın icarəyə verilməsidir. Başqa sözlə, torpaq mülkiyyətçisi öz torpaq sahəsini müəyyən müddətə başqa bir şəxsə icarəyə verir. Icarə müqaviləsində torpaq sahibinə icarə haqqı verilməsi nəzərdə tutulur. Buna əsasən demək olar ki, torpaq rentası kənd təsərrüfatında muzdlu əməklə yaradılan əlavə mənfəətin, torpaqdan istifadə etməyə icazə verdikləri üçün icarədarlar tərəfindən torpaq sahiblərinə icarə haqqı formasında verilən hissəsidir. Deməli, torpaq rentası torpaq mülkiyyətini həyata keçirməyin iqtisadi formasıdır. Torpaq rentasının əmələ gəlməsi torpaq üzərində mülkiyyət münasibətlərinin meydana gəlib formalaşması və inkişaf etməsi ilə əlaqədardır. Torpaq mülkiyyəti formalarının inkişaf et-məsi və dəyişməsi ilə əlaqədar olaraq torpaq rentası da inki-şaf edib dəyişmişdir. O, hələ quldarlıqda meydana gəlmiş və münbitliyinə görə ən yaxşı torpaq latifundiyalarında qul əməyi ilə yaradılan daha yüksək nəticələrin quldarlar tərə-findən mənimsənilməsi formasında təzahür etmişdir.
Feodal torpaq mülkiyyətinə feodal torpaq rentası xasdır ki, bu da öz inkişafında aşağıdakı üç mərhələdən keç-mişdir: 1) Işləyib ödəmə rentası və ya biyar; 2) Məhsul ren-tası və ya məhsul töycüsü; 3) Pul rentası və ya pul töycüsü.
Biyarın mahiyyəti ondan ibarətdir ki, kəndli həftənin müəyyən hissəsində (məsələn, 3 və ya 4 gün) özünün çox sa-də əmək alətləri ilə birlikdə feodalın təsərrüfatında işləməklə götürdüyü torpağın haqqını ödəyir. Burada kəndlinin özü və feodal üçün işlədiyi vaxt bir-birindən ayrılmışdır. Lakin aydın məsələdir ki, kəndli özü üçün işlədiyi vaxtda daha yaxşı çalışır. Odur ki, bunu müşahidə edən feodal məhsul töycüsünə keçməyi üstün tutur.
Töycü təsərrüfatında əkinə yararlı bütün torpaqlar feodaldan asılı olan kəndlilərin istifadəsinə verilir. Kəndli-nin özü və feodal üçün işlədiyi vaxt, məkan və zaman etiba-rilə bir-birindən ayrılmır və kəndlilər işi bilavasitə məcbu-riyyət olmadan yerinə yetirirlər. Lakin renta ödənilərkən kəndlinin yaratdığı məhsulun bir hissəsi bütün məhsuldan ayrılır. Ona görə də belə bir nəticə çıxarmaq olar ki, məhsul rentası işləyib ödəmə rentasının çevrilmiş formasıdır. Işləyib ödəmə rentası kimi məhsul rentası da natural təsərrüfatın hökmranlığı ilə əlaqədardır və birləşmiş əkinçilik – sənaye əməyinin nəticəsidir. Lakin o, işləyib ödəmə rentasına nis-bətən istehsalın inkişaf etdirilməsi üçün daha geniş imkanlar yaradır və kəndlilərin təbəqələşməsini sürətləndirir. Şəhərlə-rin və əmtəə-pul münasibətlərinin inkişaf etməsinin təsiri ilə məhsul rentası pul rentasına çevrilir. Belə olduqda kəndli feodala nəinki, yalnız torpaqdan istifadə etməyin müqabi-lində verəcəyi məhsulu istehsal etməli, həm də pul rentasını ödəmək üçün onu bazarda satmalı idi. Deməli, pul töycüsü feodal üçün sərf olunan əməyin nəticələrinin pul formasında mənimsənilməsi deməkdir. Pul rentasına keçilməsi əmək bölgüsünün daha da dərinləşməsi nəticəsində baş vermişdir ki, bu da mübadilənin inkişaf etməsi və cəmiyyətdə əmtəə-pul münasibətlərinin geniş miqyas almasına səbəb olmuşdur.
Şərqin bir çox ölkələrində feodal torpaq rentasının və bilavasitə istehsalçıların asılılıq formasında müxtəliflik olmuşdur. Şərqdə torpağın və süni suvarma qurğularının əsas mülkiyyətçisi feodal dövləti olduğuna görə burada uzun müddət iri hökmdar təsərrüfatları əmələ gəlməmişdir. Şərqin bir çox ölkələrində feodal torpaq rentasının əsas forması işləyib ödəmə rentası deyil, məhsul rentası olmuşdur.
Yuxarıda göstərildiyi kimi, torpaq kənd təsərrüfatın-da məhsul istehsalının əvəzolunmaz təbii-iqtisadi amildir. Bu, o deməkdir ki, kənd təsərrüfatı məhsullarının istehsalını torpaqsız təsəvvür etmək olmaz. Digər tərəfdən, torpağın özünəməxsus bir sıra fərqləndirici cəhətləri vardır. Bunlar-dan biri də ondan ibarətdir ki, yer kürəsində torpağın hüdudu məhduddur, boş torpaq sahələri də yoxdur. Və mövcud olan torpaq sahələri münbitliklərinə, satış bazarları ilə müqayisədə yaxın – uzaq məsafədə yerləşmələrinə və digər əlamətlərinə görə bir-birindən kəskin surətdə fərqlənir.
Yer kürəsində münbitliyi və məkanca nə dərəcədə əl-verişli şəraitdə yerləşməsinə görə yaxşı hesab olunan torpaq sahələri isə cəmiyyətin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyə bilmir. Həm də əhalinin sayının artması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarına olan tələbat daim artır. Odur ki, cəmiyyət yaxşı torpaqlarla yanaşı, necə deyərlər "orta" və "pis" torpaqları da əkib-becərməyə məcburdur. Bütün bunlara əsasən belə nəticəyə gəlmək olar ki, kənd təsərrüfatında tənzimləyici qiymət rolunu becərilən pis torpaqlarda əmələ gələn qiymətlər oynayır. Bu o deməkdir ki, kənd təsərrüfatı məhsullarının bazar qiymətləri becərilən pis torpaq sahələrindəki istehsal və daşınma xərcləri əsasın-da formalaşır. Yəni pis torpaqları əkib-becərən sahibkarlar öz əmtəələrinə qiymət qoyarkən hər şeydən əvvəl, məhsulların istehsalı və daşınması ilə əlaqədar olan xərclərin ödənilməsini və həmin vəsaiti istehsalın hər hansı başqa bir sahəsinə qoyduqda əldə edə biləcəkləri qədər mənfəət götür-məyi nəzərdə tuturlar. Bütün bunlar onu göstərir ki, eyni təsərrüfatçılıq şəraitində daha yaxşı torpaqlarda əlavə (artıq) mənfəət əmələ gəlir. Sənayedən fərqli olaraq kənd təsərrüfatında əlavə mənfəətin əmələ gəlməsi daimi xarakter daşıyır. Bunun nəticəsində orta və yaxşı torpaqları əkib-becərən sahibkarlar fərdi istehsal və satış xərcləri ilə məhsulların bazar qiymətləri arasındakı fərq kimi əlavə mənfəət mənimsəyir ki, bu da diferensial rentaya çevrilir.
Beləliklə, diferensial torpaq rentasının əmələ gəlmə-sinin təbii şərtləri yer kürəsində torpağın hüdudunun məh-dud olması, onun münbitliyindəki, habelə harada yerləşmə-sindəki fərqlərdir. Bu amillər insan cəmiyyəti inkişafının bü-tün mərhələləri üçün səciyyəvi olduğuna görə renta müna-sibğətləri bütün bu hallarda mövcud olur. Diferensial torpaq rentasının iki növü vardır: 1) I diferensial torpaq rentası; 2) II diferensial torpaq rentası. Bunların iqtisadi mahiyyətini 627-ci səhifədəki sxemdən aydın görmək olar.
Sxemdən göründüyü kimi, I diferensial renta torpaq mülkiyyətçisi, II isə icarə müqaviləsi qüvvədə olduğu müd-dətdə icarədar tərəfindən mənimsənilir. I diferensial torpaq rentasının əmələ gəlməsi şərtləri torpaqların münbitliklə-rində və harada yerləşməsindəki fərqlərlə, II diferensial torpaq rentasınınkı isə torpaq sahələrinin iqtisadi münbit-liklərindəki fərqlərlə əlaqədardır. Iqtisadi münbitliyə isə torpağa gübrə verilməsi, meliorasiya işlərinin aparılması və
Rentanın
|
I diferensial renta
|
II diferensial renta
|
Əmələ gəlməsi şərtləri
|
Torpaq sahələrinin təbii münbitliklərində və harada yerləşmələrindəki fərqlər
|
Torpaq sahələrinin iqtisadi münbitliklərindəki fərqlər
|
Əmələ gəlməsi səbəbi
|
Yaxşı və orta torpaqlardakı fərdi istehsal və satış xərcləri ilə bazar qiymətləri arasındakı fərq
|
Daha yüksək iqtisadi münbitliyə malik olan torpaqlardakı fərdi istehsal və satış xərcləri ilə bazar qiymətləri arasındakı fərq
|
Mənbəyi
|
Işçilərin izafi əməyi
|
Işçilərin izafi əməyi
|
Kim tərəfindən mənimlənilməsi
|
Torpaq mülkiyyətçisi
|
Icarə müqaviləsi qüvvədə olduğu müddətdə icarədar
|
digər aqrar-texniki tədbirlərin həyata keçirilməsi yolu ilə nail olunur. Başqa sözlə, torpaq sahələri genişləndirilmədən investisiya əmtəələri və iş qüvvəsindən istifadə olunmasını yaxşılaşdırmaq yolu ilə istehsalın intiensivləşdirilməsi həya-ta keçirilir. Bu tədbirlər əlavə vəsait qoyuluşunun səmərəliliyini yüksəldir, fərdi istehsal xərclərinin azalmasına səbəb olur. Və fermer, məhsulları bazar qiymətləri ilə satdıqda əlavə mənfəət əldə edir. Bu əlavə mənfəəti icarə müqaviləsi qüvvədə olduğu müddətdə icarədar – sahibkar mənimsəyir. Belə vəziyyət kənd təsərrüfatında məhsuldarlığın yüksəldil-məsi üçün yeniliklərin tətbiq olunmasına stimul yaradır. Deməli, I diferensial renta kənd təsərrüfatının ekstensiv, II diferensial renta isə intensiv inkişaf etdirilməsi ilə əlaqədar olaraq meydana çıxır.
Beləliklə, nəzərdən keçirilənlərdən aydın olur ki, əla-və mənfəəti yalnız yaxşı və orta torpaq sahələri verir. Lakin qeyd etmək lazımdır ki, pis torpaq sahələrindən də əlavə mənfəət əldə etmək mümkündür. Bu, texniki tərəqqi ilə əlaqədardır. Məlum olduğu kimi, texniki tərəqqi ilk əvvəl sənayedə baş vermiş, sonra isə kənd təsərrüfatını da əhatə etmişdir. Kənd təsərrüfatının texniki cəhətdən tarixən səna-yedən geridə qalması ona gətirib çıxarmışdır ki, burada istehsal xərclərində iş qüvvəsinin satın alınması ilə əlaqədar olan xərclərin xüsusi çəkisi çox olur. Odur ki, digər şərtlər sabit qalmaqla, kənd təsərrüfatına qoyulan xərc vahidinə görə, daha çox əlavə (artıq) məhsul yaradılır və deməli, bununla da pis torpaqlarda da əlavə mənfəət yaranmış olur. Bu əlavə mənfəəti torpaq mülkiyyətçisi mənimsəyir. Buna iqtisadi ədəbiyyatda mütləq torpaq rentası deyilir.
Rentanın növlərindən biri də inhisar rentasıdır. Inhi-sar rentası xüsusilə əlverişli təbii şəraitdə istehsal edilmiş əmtəənin bazar qiymətinin onun istehsalı və satışı ilə əlaqədar olan xərclərdən qat-qat yüksək olması ilə bağlıdır. Məsələn, qiymətli üzüm növlərinin, sitrus bitkilərinin, çayın, pambığın və s. bitkilərin əkilməsi mümkün olan torpaqlara görə əkinlərin suvarıldığı rayonlarda sudan istifadə üçün verilən renta bu qəbildəndir. Bu şəraitdə istehsal olunan əmtəələr inhisar qiymətləri ilə satılır və əlavə mənfəət "əmələ gəlir". Deməli, inhisar rentası iqtisadiyyatın digər sahələrində yaradılan əlavə (artıq) dəyərin qiymətlər mexanizmi vasitəsilə yenidən bölüşdürülməsi nəticəsində əldə edilir və onun mənbəyi kənd təsərrüfatından kənardadır. Inhisar qiymətlərinin son həddi tədiyə qabiliyyətli tələb ola bilər.
Hasilat sənayesində də renta əmələ gəlir. Çünki mə-dənlər, şaxtalar, neft yataqları özlərinin ehtiyatlarının zən-ginliyinə, dərinliklərinə və satış məntəqələri ilə onlar ara-sındakı məsafəyə görə fərqlənirlər və bunlara müxtəlif miq-darda vəsait qoyulur. Buna görə də hər ton filizin, kömürün, neftin istehsal və satış xərcləri bazar qiymətlərindən fərq-lənir. Və bazarda bunların hər biri ən pis istehsal şərtləri əsasında əmələ gələn qiymətlərlə satılır. Bu yol ilə əmələ gələn mənfəət torpaq sahibinin mənimsədiyi diferensial rentanı əmələ gətirir. Ən nadir faydalı qazıntıların olduğu hasilat sənayesində inhisar rentası vardır, çünki həmin nadir metallar qoyulan xərcdən qat-qat artıq qiymətə satılır.
Tikinti sahələri üçün renta yaşayış binaları, sənaye, ticarət və başqa müəssisələr tikməkdən ötrü torpaq icarə edən sahibkarların torpaq sahiblərinə verdikləri rentadır. Bu rentanın kəmiyyətinə sahənin harada yerləşməsi təsir göstərir. Şəhərin mərkəzində yerləşən və sənaye müəssisələrinə yaxın olan sahələrə görə ən yüksək renta alınır.
Tikinti sahələri üçün rentanın bir sıra xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, bir çox şəhərlərdə və sənaye mərkəzlərində torpaq sahələrinin son dərəcədə məhdud olması ucbatından şəhər torpaqlarının mülkiyyətçiləri diferensial rentadan başqa inhisar rentası şəklində bac alırlar ki, bu da mənzil kirayəsini son dərəcə artırır və real əmək haqqının azalmasına səbəb olur. Digər tərəfdən, şəhər əhalisinin artması ilə əlaqədar olaraq şəhər torpaqlarının mülkiyyətçiləri tikinti sahələri üçün alınan rentanı olduqca şişirdirlər ki, bu da mənzil tikintisini ləngi-dir. Torpaq, dövlət mülkiyyətində olduqda rentanı dövlət mənimsəyir.
3. Icarə haqqı və torpağın bazar qiyməti.
Torpaq rentası torpaqdan istifadə üçün icarədar tə-rəfindən torpaq sahibinə icarə haqqı formasında ödənilir. Lakin torpaq rentası ilə icarə haqqını eyniləşdirmək olmaz. Çünki icarə haqqına torpaq rentasından başqa digər ünsür-lər də daxildir. Məsələn, icarəyə götürülən torpaq sahəsinə keçmişdə kapital qoyulmuşdursa, yəni həmin ərazidə təsər-rüfat tikililəri, irriqasiya qurğuları inşa olunmuş, yollar çəkilmişdirsə, icarədar burada olan binalardan, çoxillik əkmələrdən istifadə edirsə, onda icarə haqqına rentadan başqa, həmin obyektlərdən hesablanan amortizasiya məb-ləğləri və faiz də daxil edilir. Beləliklə, icarə haqqı bu və ya digər torpaq sahəsindən onun sahibinin əldə etdiyi bütün gəlirdir. Torpaq rentası isə yalnız torpağın özündən istifadə üçün alınan haqdır. Torpaq bir qayda olaraq müəyyən müddətə icarəyə verilir. Həmin müddət ərzində torpağa əlavə kapital qoyuluşu nəticəsində əldə edilən əlavə mənfəəti icarədar mənimsəyir
Torpaq yalnız icarəyə verilmir, o, həm də inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində alqı-satqı obyekti, yəni əmtəədir. Məlumdur ki, torpaq müxtəlif məqsədlər üçün sa-tın alınır. Hər hansı bir torpaq sahəsinin qiyməti onun gətirdiyi rentanın məbləği və borc faizinin dərəcəsi ilə müəyyən olunur. Daha doğrusu, torpağın qiyəməti elə bir məbləğ pula bərabərdir ki, bu pul banka qoyulduqda, hə-min torpaq sahəsindən əldə edilən renta qədər gəlir gətirsin. Beləliklə, torpağın qiyməti renta ilə düz, bank faizi norması ilə tərsmütənasibdir və aşağıdakı düsturla müəyyən edilir:
TBQ = R : S ∙ 100
Burada: TBQ–torpağın bazar qiyməti, R–renta, S–borc faizi norması deməkdir.
Lakin torpağın qiyməti sabit kəmiyyət və yuxarıda göstərilən qayda onun (yəni qiymətin) müəyyən olunması-nın yeganə yolu deyildir. Rentanın, xüsusilə də II diferensial rentanın artması ilə əlaqədar olaraq torpağın qiyməti də yüksəlir. Inkişaf etmiş ölkələrdə torpağın qiymətinin baha-lanması həm də onunla əlaqədardır ki, dövlət, torpağın və kənd təsərrüfatı məhsullarının qiymətlərini yüksək səviyyə-də saxlamaq üçün iri kənd təsərrüfatı sahibkarlığını stimul-laşdırır. Torpağın qiymətinin bahalanmasına təsir edən amillərdən biri də qeyri kənd təsərrüfatı məqsədləri üçün daha çox torpaq sahəsi ayrılmasıdır. Bu deyilənlərdən aydın olur ki, torpağın bazar qiyməti tələb və təklif qanunlarının təsiri altındadır.
Dostları ilə paylaş: |