Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Mikroiqtisadiyyat iqtisadi nəzəriyyənin xüsusi bölməsi kimi



Yüklə 0,94 Mb.
səhifə2/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   2   3   4   5   6   7   8   9   ...   126
FF Mikro

1.Mikroiqtisadiyyat iqtisadi nəzəriyyənin xüsusi bölməsi kimi.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiə­tin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi ha­mı­ya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məş­ğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mən­zilə və başqa nemətlərə malik olmaq la­zım­­dır. Buradan ay­dın olur ki, yaşamaq üçün ən zə­ru­ri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. La­kin bu nemətlər insanlara hazır halda verilmir. On­la­rı insanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbə­tək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar möv­cud təbii və maddi ehtiyatlardan–mineral xam­mal eh­tiyatları, işçi qüvvə­si, idarəet­mə bacarığı, maşın və ava­dan­lıq­lar, torpaq və s.–isti­fa­də edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması istənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət yaratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, is­tehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mə­na­da nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.

Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoy­­malıdır.

Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tə­lə­ba­­tı­nın ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün mü­na­si­­bət­lər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.

İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduqca mürəkkəb quruluşa malikdir. O, hər şey­dən əv­vəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazi­si­dir. Iq­tisadiyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun ana­­to­mi­yasını təşkil edir. Iqti­sadi münasibətlərin spesifikası nəinki məh­­sul­la­rın yaradıl­masını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də tə­sər­rüfatçılığın, istehsalın təşkili, iqtisadi vasitə və stimul­ların müx­tə­lif for­malarının xüsusiyyətlərini şərtləndirir.

Iqtisadiyyat həm bütövlükdə iqtisadi siste­min səciyyəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiy­yət­lə­ri­ni əks etdirir. Iqtisa­diyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəq­­liyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal tə­­sərrüfatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növlərinin, is­teh­­salatların iqtisadiyyatlarını da fərq­lən­dirmək lazımdır. Buna kənd tə­sər­­rüfatında bitkiçilik və heyvandarlı­ğın iqtisadiyyatlarını misal gös­tər­mək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və bir­­liklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı fir­ma­­ların, birliklərin, müəssisələrin, səhm­dar cəmiyyət­lərinin də iq­ti­sa­diy­­yatları vardır. Ev təsərrüfa­tının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.

Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. La­­kin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunma­sın­da iqtisadçılar arasında yekdil fikir yoxdur.

Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanun­la­rı, fi­zio­kratlara görə həm mübadilə, həm də isteh­sa­lın idarə edilməsi ilə əla­q­ədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və is­teh­­sal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif si­­niflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm ol­du­­ğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi mə­sə­lə­lə­­rə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, böl­­gü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haq­qın­­da fikir formalaşmışdır.

Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sa­­də­cə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisa­d­çı­­sı, Nobel mükafatı laureatı Pol Samuelso­nun dərsliyi məhz bu ad al­tın­­da 20 dəfəyə qədər nəşr olun­muş­dur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriyyətində on­­dan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı al­tın­­da xüsusi fəsil vardır.

Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür:

M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.

M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.

M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK , aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.

M E Q O İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.

2.Mikroiqtisadiyyatın predmeti.
Iqtisadi problemləri onların mövcud fəaliyyət göstərən islahatlar vasıtəsilə həll olunması təşkil edir. Beləliklə, mikroiqtisadiyyatın obyektini müəyyən etməklə onun predmetini müəyyən etmək olar. Mikroiqtisadiyyatın predmetinə aşagıdakılar daxildir:


  • iqtisadi fəaliyyət;

  • iqtisadi subyektlər;

  • iqtisadi nemətlər.

Iqtisadi fəaliyyət dedikdə mövcud iqtisadi subyektlərin qəbul etdıyi müəyyən qərarların sonradan həyata kecirilməsi başa düşülür. Göstərmək lazımdır ki, müasir mikroiqtisadiyyatın əsas məqsədlərindən biri qəbul olunan qərarların tətbiq olunma prosesi ilə əlaqədardır. Bununla əlaqədar qeyd etmək olar ki, mikroiqtisadiyyatın predmeti iqtisadi subyektlərin maddi nemət və xidmətlərdən istifadə olunması ilə əlaqədar qəbul olunan iqtisadi qərarların həyata keçirilməsi prosesinin öyrənilməsindən ibarətdir.

İqtisadi subyekt dedikdə iqtısadiyyatda sərbəst fəaliyyət göstərən müxtəlif vahidlərin təcəssümüdür. Belə vahidlər kimi həm ayrı-ayrı adamları, onların qruplarını, birliklərini nəzərdə tutmaq olar. İqtisadı subyektlərin bir qayda olaraq. iqtisadi məqsədlərinə nail olması üçün fəaliyyət prosesi nəzərdə tutulur. Bütün iqtisadi subyektlər nəticə etibarilə ümumi iqtisadi proscsin nəticəsi kimi özünü əks etdirir. Belə ki, iqtisadi subyektlər öz fəaliyyəti şəraitində həm istehsalçı, həm də istehlakçı ilə qarşılıqlı əlaqə və asılılıq kimi çıxış edir. Çünki bir tərəfdə о istehsalçı olmaqla digərlərin istehsalını ödəyən kimi çıxış edir. Başqa şəraitdə isə о istehlakçı kimi başqalarının istehsalının nəticəsini mənimsəyir. Bütövlükdə istehsalçıların, və istehlakçıların iqtisadi fəa-liyyətinin obyekti nemətdir. Nemət dedikdə, bu, maddi və qeyri-maddi xarakterli hər hansı predmet olmaqla istehlakçının müəyyən tələbatını ödəyən və ya islehsalçının müəyyən məqsədi üçün istifadə olunan vasitələrdir. Nemət əşуа kimi malik olmaqla müəyyən xassələrə də malikdir. Bazar iqtisadiyyatı şəraitində nemətlər istifadə olunması xassələrinə görə əmtəə və xidmətlərə, növünə görə isə iki tipə bölünür.



  • istehsal resurslarına;

  • islehlak nemətlərinə.

Mikroiqtisadi tədqiqatlar iqtisadı subyektlərin iqtisadi fəaliyyətləri ilə iqtisadi nemətlərdən istifadə olunması mexanizmini əks ctdirir. Burada fərqli cəhət ondan kı, iqtısadı subyekllər öz iqtisadi fəaliyyətlərində müstəqildirlər və sərbəst qərar qəbul etməklə öz iqtisadi fəaliyyətlərini qururlar. Belə bir şəraitdə bütun ıqtisadi subyektlərin qarşılıqlı fəaliyyətləri baş vcrir. Bir cəhəti xüsusi qeyd elmək lazımdır ki, iqtisadi subyektlər öz fəaliyyətində rasionallığa, yəni daha çox səmərə əldə etməyə üslünluk verirlər. Bununla əlaqədar olaraq iqtisadi subyektlərin davranışında çevik və ardıcıl fəaliyyət bas verir.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin