5 .İqtisadi subyektlərin fəaliyyətinin qarşılıqlı əlaqəsi.
Mikroiqtisadıyyatda mühüm cəhətlərdən biri burada funksional təhlilin aparılması ilə əlaqədardır. Bu da istehsal prosesində tətbiq olunan amillərin asılılığını və bir-birilə qarşılıqlıtəsirini əks etdirən dəyişikliklərin üzə çıxarılması ilə əlaqədardır. Тəkcə qarşılıqlı əlaqəli funksional asılılıqlar nəticəsində dəyişikliklərin nəticəsi üzə çıxmaqla iqtisadi fəaliyyətdəki səbəb-nəticə əlaqələrinin mahiyyətini, qazanc və məsrəflərin asılılıq səviyyəsini, eləcə də müəyyən kəmiyyətin əldə olunmasında qazanc və məsrəflərin son hədd dəyişikliklərinin səviyyəsini müəyyən etmək olar.
Mikroiqtisadi təhlilin mühüm cəhətlərindən biri də iqtisadi fəaliyyətin tədqiqində ona tarazlı yanaşmaqdan ibarətdir. İqtisadi fəaliyyəti daima dəyişilən bir proses kimi öyrənən mikroiqtisadiyyat buradakı mövcud olan ümumi və ayrı-ayrı hissələrin öyrənilməsı ilə nisbətən sabit vəziyyətin üzə çıxarılması ilə əlaqədardır. Вelə bir şəraitdə ayrı-ayrı dəyisilən xarici və daxili şərtləri müəyyənləşdirməklə iqtisadi fəaliyyətin tarazlığını və ya qeyri-tarazlığını müəyyən etmək mümkündür. Iqtisadi təhildə xüsusən qazanc və məsrəflərin bu və ya digər məhsul istehsalındakı tarazlığının təmin olunması və onun davamlı xarakter alması mikroiqtisadiyyat üçün xüsusi əhəmiyyətə malikdir.Sözsüz ki, mikroiqtisadi səviyyədə tarazlığın səviyyəsinə xarici şərait tez təsir göstərə bilər, onda bu bilavasitə makrosəviyyədə fəaliyyət göstərən iqtisadi sistemin mahiyyətindən asılılığını əks etdirəcəkdir.Çünki, iqtisadi sistemin bir vəziyyətdən digər sistemə kecməsi bilavsitə tarazlığın davamlılığının təmin olunması ilə əlaqədardır. Bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, mikrosəviyyədə baş verən ardıcıl xarakter alan tarazlığın qeyri-davamlı xarakter alması nəticə etibarilə iqtisadi sistemin dəyişilməsinə səbəb olur və daha davamlı tarazlı sistemə keçməsinə şərait yaradır. Mikrosəviyyəli bu proses nəticə etibarilə iqtisadi sistemin bütövlükdə makromüvazinətinin də yaradılmasına və qorunmasına gətirib çıxarmış olur.
Mikroiqtisadiyyatın son hədd, funksional və tarazlı istiqamətdə təhlilinin nəticəsi özünü bilavasitə yeni iqtisadi modelin əldə olunmasına yönəltmiş olur. İqtisatlı modelin müəyyənləşdirilməsində həm ekzeqen (xarici), həm də endogen(daxili) amillərinin üzə çıxarılmasına səbəb olur. Əlbəttə, bər hansı bir iqtisadi modelin müyyənləşdirilməsiiqtisadi fəaliyyətin müəyyən səviyyəsini dəyişdirməyə imkan verməklə başlıca iqtisadi problemin həll olunması istiqamətinin müəyənləşməsinə imkan verəcəkdir. Lakin əsas məsələ iqtisadi subyektlər üçün təkcə iqtisadi modelin müəyyənləşməsi deyil, qazanc və məsrəflərin optimallıq səviyyəsinəvəmaksimum gəlir əldə etmək imkam verən iqtisadi mühitin yaradılmasından ibarətdir.
Ümumiyyətlə, ayrı-ayrı iqtisadi subyektlərin fəaliyyətlərinin tədqiqi zamanında iki mühüm cəhətə diqqət yetirmək lazımdır.
1.İqtisadi qərarların qəbul edilməsi zamanı seçim edilməsinə üsünlüyün verilməsinə;
2.İqtisadi proseslərdə məhdudluğun mövcud olmasına diqqətin yetirilməsinə.
İqtisadi subektlərin bu və ya digər iqtisadi qərarların qəbul edilməsi o vaxt mümkün olur ki, zahirən belə fəaliyyətin göstərilməsi üçün müxtəlif variantlar və üsullar mövcuddur. Əgər bir iqtisadi üsul mövcuddursa, belə şəraitdə iqtisadi qərarın qəbul olunmasına ehtiyac duyulmur.Deməli, iqtisadi fəaliyyət üçün müxtəlif variantların olması bilavasitə bir-birini inkar edən, baüqa sözlə desək, alternativ üsulların mövcud olması vacibdir.Yəni iqtisadi fəaliyyətlərin göstərilməsi belə variantlar şəraitində biri digərinə xələl gətirməməklə yenə də iqtisadi fəaliyyətin göstərilməsinə təkan verəcəkdir. Beləliklə də belə bir nəticəyə gəlmək olar ki, iqtisadi fəaliyyətin göstərilməsilə mövcud olan müxtəlif alternativ variantların olması seçim probleminin meydana gəlməsinə səbəb olur. Seçimin edilməsilə iqtisadi subyektlər təkcə real imkanlardan deyil, həmçinin alternativ fəaliyyət variantının seçilməsinə üstünlük verilir və bu seçim iqtisadi fəaliyyət variantının seçilməsinə üstünlük verilir və bu seçim iqtisadi fəaliyyətin zəruriliyini əks etdirir. İqtisadi subyektlərin fəaliyyəti, bir qayda olaraq, müxtəlif və eyni zamanda zəruri tələbatların müəyyən edilməsi şəraitində baş verir. Bəllidir ki, insanların tələbatı hüdudsuzdur. Ona görə də mövcud dövr ərzində konkret və daha zəruri hesab olunan tələbatın ödənilməsi onun yeniləşməsi, mürəkkəbləşməsi və dərinləşməsi şəraitində baş verir. Tələbatın elə xarakter alması fasiləsiz və daima təkrarlanan şəkildə göründüyündən, onların ödənilməsi üçün tələb olunan resurs və texnologiyanın tətbiq olunması məhdudluğu üzündən konkret vaxt ərzində tələbatın ödənilməsinin müxtəlif variantlarının seçilməsi zərurəti meydana gəlir.Bütün resursların qeyri-bərabər olması və təbiətdən asılı amillərlə bağlı hasil olması, faktiki olaraq onlardan istifadənin məhdudluğunu əsaslandırmaqla müxtəlif variantlardan istifadənin seçimini zəruriləşdirir. Həmçinin təbiət resursları ilə yanaşı insanlar tərəfindən də yaradılan nemətlər də konkret şəkildə həm istehsal, həm də istehlak baxımından məhdud xarakter daşıyır. Resursların bərpa olunması və bərpa olunmaması nöqteyi –nəzərindən onların təkrar istehsal olması və ehtiyatlarının yaradılması onların bir-birinə nisbətən məhdudluğunu əks etdirməklə nemətin nadirliyini əks etdirir. Mövcud olan ehtiyatları ola bilsin ki, konkret istehlakçının tələbatını tam həcmdə ödəyə bilməsin. Ola bilsin ki, həmin nemətə olan tələbatı ödəsin, lakin həmin vasitələrdən istifadə edərək digər tələbatı ödəyə biləcək nemətlərin əldə olunması məhdudlaşacaq. Bu da nemətlərin catışmamazlığı kimi özünü əks etdirəcək. Nemətlərin məhdudluğu,eləcə də resurs və texnologiyanın çatışmazlığı əslində nemətlərin spesifik xarakterində əks olunmaqla, insanların iqtisadi fəaliyyətində daha geniş və ətraflı şəkildə əks olunur. Yəni bir çox mümkün görünən və ödənilə bilən tələbatların yalnız birinin seçilməsi mümkün olur. Bu isə onu göstərir ki, konkret situasiyada ödənilməsi mümkün olan bütün tələbatlardan yalnız birini seçməklə digərindən imtina olunmağa gətirib cıxarır.
6. Mikroiqtisadiyyatın öyrənmə metodları.
Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərqlənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Makroiqtisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ayrı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda aparılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi problemlər makroiqtisadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərclərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.
Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sahələr, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailənin gəliri və s. göstəricilərdən istifadə olunur.
Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiyyəti aydınlaşdırıldıqdan sonra idrak prosesi başqa formada, təhlilin nəticələrinin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ayrılmış və təhlil olunmuş ünsürlərin yenidən vahid tam halında birləşdirilməsi sintez adlanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürəkkəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliyyatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ünsürlərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan sonra təhlil prosesində əldə edilmiş məlumatlar ümumiləşdirilməklə tədqiq olunan hadisə haqqında ümumi təsəvvür əldə edilir.
Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və deduksiya metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nəzəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hallarda isə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nəzəriyyədən başla-nır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yoxlanılır, nəzərdə tutulan, gözlənilən nəticə alındıqda tətbiq olunur, alınmadıqda isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) metodu deyilir. Beləliklə, iqtisadi hadisə və proseslər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşahidəyə, abstrakt müha-kiməyə, məntiqə, yaxud da intiusiyaya arxalanmaq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yürütmək olar ki, alıcılar ərzaq məhsullarını qiymətlər aşağı olduqda alsalar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – olmaması sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə dəfələrlə yoxlanılmalıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nəzəriyyədən faktlara doğru gedilir.
Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat metodlarıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırılan fərziyyədən empirik məlumatların toplanması və sistemləşdirilməsi üçün istifadə olunur. Faktlar isə öz növbəsində daha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.
Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar tədqiq edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün deyildir. Bunların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır1».
«Abstraksiya» termini sözün hərfi mənasında «yayındırmaq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsələn, kapitalizm bütöv bir tam kimi iqtisadi münasibətlərin müxtəlif növlərinin toplusundan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sistemə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aşkara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapitalizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin hamısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cəhətlərindən birini, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək lazımdır. Yalnız bu yolla kapitalizm haqqında konkret və tam təsəvvür əldə etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olunarkən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi daha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mühümlərini, başlıcalarını seçib ayırmağa, ikinci dərəcə-li, yaxud da tədqiqatı mürəkkəbləşdirən, çətinləşdirən, lakin onun mahiyyətinə xələl gətirməyən məsələlərdən sərfnəzər etməyə, onları nəzərə almamağa imkan verir. Bununla əlaqədar olaraq, iqtisadi hadisə və proseslər öyrənilərkən «başqa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Başqa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin dəyişməz qaldığı fərz edilir.
Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kəmiyyət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin keyfiyyət tərəfi onun mahiyyətini ifadə edir. Kəmiyyət isə hadisənin miqdar ölçüsüdür. Bunların dialektik vəhdətində keyfiyyət müəyyənedicidir. Kəmiyyət dəyişmələri isə öz növbəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru aparır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mülkiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli inkişafını təmin etmişdir.
Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iqtisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisadi hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələrinin xarakteri haqqında daha konkret təsəvvürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyətini aşkara çıxarmaq yox, həm də onun normasını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nəzəriyyədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsullardan, modelləşdirmədən geniş istifadə edilir.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibətləri öyrənən iqtisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun obyektiv qanunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sahələrində baş verən prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemətlərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqatlara bölünür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanunların dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsaslandırmaqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi tarix, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.
Dostları ilə paylaş: |