Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Tələbin dəyişməsinə qiymət amili ilə yanaşı aşağıdakı qeyri-qiymət amilləri də təsir edir



Yüklə 0,94 Mb.
səhifə9/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   5   6   7   8   9   10   11   12   ...   126
FF Mikro

Tələbin dəyişməsinə qiymət amili ilə yanaşı aşağıdakı qeyri-qiymət amilləri də təsir edir: 1) Əhalinin pul gəlirlə-rinin dəyişməsi; 2) Əhalinin tərkibində müəyyən dəyişiklik-lərin baş verməsi; 3) Eyni qiymətlərlə alınıb-satılan əmtəə­lə­rin miqdarının necə deyərlər «alıcı gözləmələri» amilinin təsiri ilə dəyişmə­si; 4) Bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması, yaxud da onların qiymətlərinin dəyişməsi; 5) Istehlakçıların subyektiv təsəvvürləri və zövqlərində müxtəlifliyin ol­ması; 6) Dövlətin iqtisadi siyasəti; 7) Reklamların təsiri ilə istehlakçı­la­rın zövqünün dəyişməsi.

Əhalinin pul gəlirləri hər hansı bir səbəb nəticəsində artdıqda, hət­ta əmtəələrin qiymətləri dəyişməz qaldıqda belə, satın alınan əmtəə və xidmətlər artır, əksinə əhalinin gəlirləri azaldıqda, həmin qiymətlərlə satın alınan əmtəə və xidmətlərin miqdarı azalır. Əhalinin qocalması, pensiyaçı­ların sayının artması onların tərkibində dəyişikliklərin baş verməsinə gə­tirib çıxarır ki, bunlar da öz növbəsində dər-man preparatlarına, tibbi xidmətə olan tələbin artmasına səbəb olur.

«Alıcı gözləmələri»nin dəyişməsi səbəbləri olduqca müxtəlifdir. Bunlara həm iqtisadi (məsələn, inflyasiya), həm də qeyri-iqtisadi (mə­sə­lən, hava şəraiti, bayramqabağı və mövsümi şərait və s.) amillər daxil­dir. Satın alınan əmtəə-lərinqiymətlərindən bilavasitə asılı olma­dan, göstərilən amillərin təsiri ilə satınalmaların miqdarı ya arta, ya da azala bilər.

Qeyri-qiymət amillərinə bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması da daxildir. Belə ki, bazarda qoyun, quş, donuz əti olmadıq­da, təbiidir ki, mal ətinə olan tələb artır. Əksinə, bazarda ətin çeşidinin çox olması onlardan hər hansı birinə olan tələbin az olmasına və deməli, onun qiymətinin aşağı düşməsinə səbəb olur. Istehlakçı bazarında bir-birini tamamlayan əm­təə­lərə, məsələn, çay və ya qəhvə içərkən istifadə olunan şəkər və digər şirniyyat növünü aid etmək olar.

Əmtəələrə olan tələbin dəyişməsinə dövlətin iqtisadi siyasəti də tə­sir edir. Məsələn, əhalinin aztəminatlı hissəsinə verilən müavinətlərin artırılması onların istehlak etdikləri əmtəə və xidmətlərə olan tələbin artmasına səbəb olur.

Bu və ya digər məhsula olan tələbin artmasına televizi-ya və kütləvi informasiya vasitələrində gedən reklamlar da təsir edir.

Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəl-mək olar ki, çox cazibədar anlayış olan tələb, özündə sevinc və kədəri, fayda və faciəni əks etdirir. Çünki tələbin artıb-azalması iqtisadiyyatda struktur dəyişikliklərinə gətirib çıxara, tələbatın ödənilməsi isə istehsalın artımını stimullaş-dıra və qiymətlərin bahalaşmasının qarşısını ala bilər. Bütün bunlara əsasən tələbi iqtisadiyyatın «ürəyi» adlandırmaq olar.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin