Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”


Mövzu : 6 Nitq inkişafı üzrə işə verilən tələblər və prinsiplər



Yüklə 372,17 Kb.
səhifə10/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
1   ...   6   7   8   9   10   11   12   13   ...   39
Nitq inkişafı (1)

Mövzu : 6
Nitq inkişafı üzrə işə verilən tələblər və prinsiplər

P L A N



Dil və nitqin münasibəti
Nitq inkişafı üzrə işə verilən tələblər
Nitqin mənimsənilməsi prinsipləri
Istifadə olunmuş ədəbiyyat
B.Paşayeva - "Nitq inkişafmm metodikası" Bakı 2004
İ.Hacıyeva- "Nitq mədəniyyəti" Bakı 2011
H.Həsənov- "Nitq mədəniyyəti və üslubiyyatm əsasları" Bakı 2003
A. Qurbanov- "Müasir Azərbaycan ədəbi dilinə dair praktikum" Bakı 2005
H. Balıyev- "Azərbaycan dili" Bakı 2006
İctimai hadisə olan dil öz funksiyasını yalnız nitqdə yerinə yetirir. Nitqin əsasında isə dili bilmək durur. Şagirdlər öz nitqində ümumxalq dilindən istifadə edir və bu prosesdə onun zənginliyini mənimsəyirlər.
Uşaqlar ümumxalq dildən istifadə etməklə öz fikrini nitq vasitəsilə başqalarına çatdırırlar. Nitq insanın əqli fəaliyyətini n yaranmasında bilavasitə iştirak edir və onun əsası olur. Şagirdlər mükəmməl nitqə yiyələnməklə xarici aləmdəki hadisə və əşyalar haqqında biliyə yiyələnirlər.
K.D.Uşinski göstərdiyi kimi, uşaqların dil sahəsindəki qabiliyyətlərini inkişaf etdirmək üçün hər şeydən əvvəl onlarda düzgün fikirləşmək qabiliyyətini inkişaf etdirmək lazımdır.
Nitq inkişafı prosesində uşaqların psixi prosesləri təkmilləşir. Nitq inkişafı üzrə iş uşağın xasiyyətinə,xarakterinə təsir göstərməli , ona fəal ,dəqiq ,inamlı ,iradəli,qətiyyətli,doğruçu, səmimi, nəzakətli,intizamlı olmağı öyrətməlidir. Nitq inkişafı üzrə işə aşağıdakı tələblər verilir.
Məşğələlər emosianal təsir bağışlamalıdır.Məşğələ canlı,maraqlı təşkil olunmalıdır ki, uşaqlarda razılıq hissi yaransın. Ona görə də məşğələlərə zarafat, yumor daxil edilməlidir. Işə başlamazdan əvvəl uşaqlarda öyrənmək həvəsi,yeni şey bilmək cəhdi yaradılmalıdır.
Nitq inkişafı üzrə məşğələlər onun sahələri üzrə (səs mədəniyyəti, lüğət işi və.s) ayrı-ayrılıqda, tədric olunmuş halda deyil kompleks şəkildə aparılmalıdır.
Məşğələlərin bütün mərhələlərində hər bir uşağın nitqinin fəallığı təmin edilməlidir. “Nitq fəallığı” dedikdə uşağın müəllimin və yoldaşlarının nitqini başa düşməsi, eşitdiklərini fəal qavraması nəzərdə tutulur.
Kollektiv xarakterli təlim fərdi yanaşma ilə birləşməlidir. Belə ki, ümumi tapşırıq xorla cavab və.s kimi frontal iş prosesi ayrı-ayrı uşaqlara verilən tapşırıqlarla uzlaşmalıdır. Bu prosesdə nitqi nöqsanlı, qara dinməz, ünsiyyətsiz, çərənçi uşaqlara xüsusi diqqət yetirilməlidir.
Hər bir məşğələnin məqsədinə uyğun metod və priyomlar seçilməlidir. Belə ki məşğələnin yeni məlumatın verilməsinə yaxud öyrənilmişlərin möhkəmləndirilməsinə, səs üzərində işə , leksik işə həsr edilməsindən asılı olaraq metod və priyom seçilir.
Öyrənilmiş material digər məşğələlərlə möhkəmləndirilməlidir.
Nitq inkişafı üzrə iş uşağın həyatının,fəaliyyətinin bütün sahələri ilə əlaqələndirilməlidir.
Nitq inkişafı üzrə işin səmərəli təşkili üçün uşaqları dilləndirmək, onları həmin səsləri tələffüz etməyə, sözləri işlətməyə vadar edən süni nitq situasiyası yaratmaq lazımdır.
Məşğələ tərbiyələndirici xarakter daşımalı , doğma dilimizə , onun öyrənilməsinə məhəbbət tərbiyə etməlidir. Doğma dilin zənginliyi və gözəlliyinin təsiri ilə uşaqlarda vətənpərvərlik hissi tərbiyə olunur.

Nitqin mənimsənilməsi prinsipləri:


Prinsiplər nitqin mənimsənilməsi qanunauyğunluqlarından irəli gəlir. Prinsiplər belə bir qayda qoyur: Nə etmək lazımdır ki, bütün konkret praktik fəaliyyət nəinki qanunauyğun prosesi pozmasın , həm də onun düzgün getməsini təmin etsin. əslində nitq inkişafının özü ana dili təliminin başlıca prinsipidir. Bununla belə nitq inkişafı üzrə işin ozünəməxsus prinsipləri var. L.P.Federenko müəyyən prinsiplər irəli sürmüşdür :
“Dilin materiyası” na diqqət prinsipi.
Söz,ifadə və cümlənin mənasını başa düşmək prinsipi
Nitqin ifadəliliyininin qiymətləndirilməsi prinsipi
Dili hiss etmə, həssaslıq tərbiyəsi prinsipi
Nitqin zənginləşməsi sürətinin ardıcıl artması prinsipi
Dilin materiyasına diqqət prinsipinə görə nitq inkişafı üzrə məşğələlərdə nitq orqanlarının əzələlərinin fiziki inkişafına diqqət yetirmək tələb olunur. Uşaqlar öz səsi ilə bütün fonemləri prosedemləri, sözün bütövlükdə intonasiyasını, cümlə və mətni artikulyasiya süzgəcindən keçirməlidirlər.
Söz,ifadə və cümlənin mənasını başa düşmək prinsipi uşaqların öz nitqlərini işarələr sistemi kimi anlamalarını təmin edir. Müəllim uşaqların fikrini elə məşq etdirməlidirki onlarda leksik-qrammatik nəticədə fikri vərdişlər formalaşsın. Uşağın ana dilinə yiyələnməsinin təbii yolu belədir: O səs kompleksini eşidir və hələ mənanı başa düşmədədən tələffüz etdiyi səslər kompleksinin leksik mənası üzərində düşünür.
Nitqin ifadəliliyininin qiymətləndirilməsi prinsipinə görə nitqin emosianal çalarlığını hissetmə qabiliyyətini inkişaf etdirən vasitələr seçilməlidir. Bununla o dildə insanın daxili aləminin necə ifadə olunduğunu dilin köməyilə öz hisslərini necə qiymətləndirməyi duyur.
Dili hiss etmə, həssaslıq tərbiyəsi prinsipi, dili duymaq və dil faktlarını yadda saxlamaq üçün onları eşitmək lazımdır. Dilə həssaslıq dedikdə nitqdə səs, söz, söz birləşmələrindən ənənəyə gorə necə istifadə edildiyini yadda saxlamaq nəzərdə tutulur.
Nitqin zənginləşməsi sürətinin ardıcıl artması prinsipi uşağın fonetik,qrammatik vərdişlərinin inkişafı, ətraf aləmlə tanışlığı və ümumi hazırlığının artması ilə əlaqədardır. Sürətin artması üzrə iş müntəzəm getməli, uşaq get-gedə müstəqil fəaliyyətə qoşulmalıdır.


Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin