Dilin materiyasına diqqət prinsipinə görə nitq inkişafı üzrə məşğələlərdə nitq orqanlarının əzələlərinin fiziki inkişafına diqqət yetirmək tələb olunur. Uşaqlar öz səsi ilə bütün fonemləri prosedemləri, sözün bütövlükdə intonasiyasını, cümlə və mətni artikulyasiya süzgəcindən keçirməlidirlər.
Söz,ifadə və cümlənin mənasını başa düşmək prinsipi uşaqların öz nitqlərini işarələr sistemi kimi anlamalarını təmin edir. Müəllim uşaqların fikrini elə məşq etdirməlidirki onlarda leksik-qrammatik nəticədə fikri vərdişlər formalaşsın. Uşağın ana dilinə yiyələnməsinin təbii yolu belədir: O səs kompleksini eşidir və hələ mənanı başa düşmədədən tələffüz etdiyi səslər kompleksinin leksik mənası üzərində düşünür.
Nitqin ifadəliliyininin qiymətləndirilməsi prinsipinə görə nitqin emosianal çalarlığını hissetmə qabiliyyətini inkişaf etdirən vasitələr seçilməlidir. Bununla o dildə insanın daxili aləminin necə ifadə olunduğunu dilin köməyilə öz hisslərini necə qiymətləndirməyi duyur.
Dili hiss etmə, həssaslıq tərbiyəsi prinsipi, dili duymaq və dil faktlarını yadda saxlamaq üçün onları eşitmək lazımdır. Dilə həssaslıq dedikdə nitqdə səs, söz, söz birləşmələrindən ənənəyə gorə necə istifadə edildiyini yadda saxlamaq nəzərdə tutulur.
Nitqin zənginləşməsi sürətinin ardıcıl artması prinsipi uşağın fonetik,qrammatik vərdişlərinin inkişafı, ətraf aləmlə tanışlığı və ümumi hazırlığının artması ilə əlaqədardır. Sürətin artması üzrə iş müntəzəm getməli, uşaq get-gedə müstəqil fəaliyyətə qoşulmalıdır.
Nitq inkişafı üzrə işin təşkilinin metod və priyomları
Təlim öyrədən və öyrənənin iştirak etdiyi ikitərəfli prosesdir. Təlim metodu öyrədənin və öyrənənin işinin qaydası yollarıdır. Metodun köməyi ilə öyrənənlər bilik, bacarıq və vərdişlərə yiyələnirlər,onların dünyagörüşü tərbiyə olunur və qabiliyyətlərinin inkişafı təmin edilir.
Təlim metodlarından müasir tələblər səviyyəsində istifadə etmək təlimin prinsiplərində öz əksini tapır.
Şagirdin ümumi inkişafı adı altında onun hərtərəfli inkişafı, yəni fiziki, əqli, estetik, etik-əxlaqi inkişafı, ictimai fəallığı təşəbbüskarlığı başa düşülür.
Şagirdin intelektual inkişafı, yəni şagirdin qavrama qabiliyyətinin, müşahidəçiliyini, yaddaşının, təfəkkürünün, nitqinin inkişafını ifadə edir.
Metodlar bilikləri əzbərləmək deyil, onları inamla, təfəkkür süzgəcindən keçirməklə dərk etməyə istiqamətləndirir.
Nitq inkişafı təliminin metodları ümumdidaktik metodlardan fərqli olaraq ana dilinin mənimsənilməsinin təbiətindən qanunauyğunluğundan irəli gəlir, linqvodidaktikanın prinsipləri əsasında qurulur. Nitq uşağın müxtəlif qabiliyyətlərinin inkişafı prosesində intuitiv şəkildə, qeyri- şüuri mənimsənilir. Bu qabiliyyətlərin bir çoxu (dinləmək, eşitmək,nitq səslərini tələffüz etmək, bu prosesdə nitq aparatının işini məqsədyönlü təşkil etmək , səs komplekslərini yaratmaq, öz hisslərini sözlərlə ifadə etmək, onları qiymətləndirmək və.s) yuxarıda prinsip və tələblərdən söz düşərkən sadalandı. Nitq inkişafı o zaman surətlə intensiv gedir ki, müəllim nitq təliminin müxtəlif metodları və priyomlarından istifadə etsin. Nitq inkişafı prosesində istifadə olunan metodları belə təsnif etmək mümkündür:
Əyani metodlar
Şifahi metodlar
Praktik metodlar
Əyani metodlara müşahidə -ekskursiyalar(gəzintilər) illustrasiyalar, demonstrasiyalar daxildir.
Üzərində nitq inkişafı üzrə işin aparılacağı obyekt və ya hadisəni bilavasitə qavramaq mümkün olduqda müşahidədən istifadə edilir.
Ətraf aləmi adicə seyr etməkdən fərqli olaraq müşahidə məqsədyönlü, planlı, uzunmüddətli qavrayışdır. Hissi idrakın fəal forması, obyektiv dərketmə vasitəsi olan müşahidə prosesində müəyyən obyekt haqqında faktlar toplanır, bununla da onun haqqında ilkin təsəvvür yaranır. Müşahidə prosesində uşaqlar əşyalar arasındakı oxşar və fərqli cəhətləri müəyyənləşdirməyi öyrənirlər.
Bilavasitə canlı müşahidə üçün imkan olmadıqda müəllim lazımi əşya və ya obyektin şəklini, illustrasiyasını məşğələ otağına gətirir və müşahidə təşkil edir. Bəzən isə bu məqsədlə canlı təcrübədən, diafilm, yaxud kinofilmin göstərilməsindən istifadə olunur. Uşaqların gəzinti, ekskursiya, sərbəst müşahidə prosesində gördükləri əşyalarla əlaqədar tanışlığını təkrarlamaq, biliyini möhkəmləndirmək, onların əsasında rabitəli nitqini inkişaf etdirmək məqsədilə əşyanı, onun modelini, həmçinin mulyaj, herbari kolleksiya və digər vəsaiti məşğələ otağına gətirmək mümkündür.
Azərbaycan dili fənninin yeni proqramı dərslərdə müasir texniki vasitələrdən istifadə olunmasını tələb edir. Azərbaycan dili dərslərində müxtəlif texniki vasitələrdən –tədris filmləri, diafilmlər, diopozitivlər,val(diski), maqnitofon yazıları, komputer və.s-dən istifadə etmək mümkündür.
Texniki vasitələr şagirdin duyğuüzvlərinə təsiretmə prinsipinə görə təsnif olunduqda, onları üçyerə bölmək olar:
Akustik aparatlar- eşitmə üzvlərinə təsir edir
Vizual aparatlar- görmə üzvlərinə təsir edir
Akustik –vizual aparatlar həm eşitmə, həm də görmə üzvlərinə təsir edir.
Akustik texniki vasitələr aşağıdakı qrupa bölünür:
Radioqəbuledicilər
Radio qovşağı
Elektronlar
Vizual texniki vasitələrə metodik ədəbiyyatda ekran vasitələri deyilir.
Bunların bir neçə növü vardır:
Epidiaskop. Bu özü də iki yerə bölünür: a) episkop , b)diaskop
Epilent. Epiproeksiya materiallarının müəyyən ardıcıllıqla düzülüşünə epilent deyilir.
Filmoskop. Bu dil müəllimlərinin ən çox istifadə etdiyi vizual aparatlardan biridir.
Texniki vasitələrdən istifadə, hər şeydən əvvəl təlimin əyaniliyini yüksəldir.
Şifahi metodlar– müəllimin sözü ilə bağlıdır, həm də bədii, ifadəli, canlı, obrazlı sözü ilə. Məktəbdən fərqli olaraq uşaq bağçasında bədii əsərlərin oxusu prosesində tərbiyəçidən nağıl etmək tələb olunur. Bu zaman uşaqlarda dinləmək, sual vermək, eşitdiklərindən baş çıxarmaq bacarığı formalaşır. Tədricən şeir əzbərləmək, oxunmuş mətnin məzmununu nağıl etmək kimi daha mürəkkəb metodlar tətbiq olunur.
Praktik metodlar – uşaqların yiyələndikləri bilikləri nitq praktikasında tətbiq etmələri üçün şərait yaradır. Oyun xarakteri daşıyan bu metodlar nitq inkişafı üzrə işin bütün sahələrinə xidmət edir. Bədii mətnin uşaqlar tərəfindən rollar üzrə naıl edilməsi, səhnələşdirilməsi, kukla teatrı xarakterli işlər, nitq səslərinin və çətin sözlərin tələffüzü üzrə məşqlər praktik metodlar hesab olunur.
Nitq və təfəkkür daim əlaqədə olub, vahid nitq düşündürücü fəaliyyətdə qarşılıqlı təsir göstərir. Fikri ifadə etmək üçün təfəkkür metodlarına əsaslanmaq lazımdır.
İş prosesində təfəkkür metodlarından istifadə olunur.
TƏFƏKKÜR METODLARI
Müqayisə
Təsnifetmə
Təhlil-təkzib
Mücərrədləşdirmə
Ümumiləşdirmə
Sistemləşdirmə
Konkretləşdirmə
Kodlaşdırma
Əqli nəticəyə gəlmək
Fikir nitqdə ifadə olunur və elə onda da formalaşır.
Imitasiya priyomuna görə uşaqlar müəllimin ağzının formasına , səsinə fikir verməklə hər bir səsin artikulyasiyasını, sözün necə səsləndiyini mənimsəməli, tələffüz orqanlarının köməyi ilə onları yenidən hasil etməli , müəllimi yamsılamalıdırlar. Bu priyom o zaman fayda verə bilər ki, tərbiyəçi ədəbi dilin orfoepik normalarına yiyələnmiş olsun. İmitasiya əsasında nitqə yiyələnmə erkən yaçlardan başlayır, sonrakı illərdə davam edir.
Nitq inkişafı üzrə iş prosesində ən çox istifadə olunan priyom müqayisədir. Səs mədəniyyətinin inkişafı , lüğət üzrə iş və digər işlər prosesində müəllim tez-tez müqayisə priyomuna oxşar fonem, söz, qrammatik hadisənin fərlqləndirilməsinə müraciət etməli olur.
Hər hansı metodun tətbiq olunduğu halda müxtəlif priyomlardan istifadə etmək mümkündür. Həm də eyni priyom yerinə görə müxtəlif məqsəd daşıyır. Müsahibə metodunda başlıca priyom sualın qoyulmasıdırsa , nağıletmədə sual arxa plana keçir, əlavə priyom hesab edilir. Nağıl metodu tətbiq olunarkən başlıca priyom müəllimin obrazlı nəqletməsi, canlı nitq nümunəsi, planın tərtibi, sualın verilməsi isə əlavə priyomdur. Sözün mənasının izahı , uşaqların nitqinin özləri, müəllim, yoldaşları tərəfindən qiymətləndirilməsi və.s kimi priyomlardan istifadə olunur.
Bu priyomlardan bir çox hallarda kompleks, şəkildə istifadə edilir. Müəllim mənaca yaxın sözlər üzrə iş prosesində onların arxasında duran əşyaların müqayisəsindən, tələffüz nümunəsinin verilməsindən, uşaqların hazırladığını aşkara çıxarmaq üçün suallardan istifadə edə bilər
Dostları ilə paylaş: |