Mövzu 9: Artikulasiya aparatı, səs üzrə iş. Nitq eşitmənin inkişaf etdirilməsi Plan
1.Nitqin anatomik – fizioloji əsasları
2.Səs üzrə iş
3.Nitqeşitmənin inkişaf etdirilməsi
Istifadə olunmuş ədəbiyyat
B.Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva- “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov- “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” Bakı 2003
A. Qurbanov- “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H. Balıyev- “Azərbaycan dili” Bakı 2006
Nitqin anatomik - fizioloji əsasları. Səsli nitqin əmələ gəlməsində iştirak edən üzvlər iki yerə bölünür. Birincisi, nitqin ərtaf cihazlarıdır ki, buraya ağ ciyər, diafraqma, qarm və köküs qəfəsinin əzələləri, qırtlaq, udlaq, yumşaq damaq, dilçək, ağız boşluğu, burun boşluğu, dil, dişlər və dodaqlar daxildir. İkincisi isə, mərkəzi cihazdır ki, buraya beyin qabığmda nitqi idarə etməyə məxsus olan xüsusi mərkəzlər daxildir. Birinci bölməyə daxil olan cihazlar, mərkəzi üzv olan baş beyin səthini təşkil edəni beyin qabığmm nəzarəti altmda işləyərək öz adi vəzifələrini yerinə yetirirlər. Ətraf cihazlardan olan ağ ciyər iki vəzifə daşıyır: ağ ciyər qaz mübadiləsi aparmağa məxsus bir üzv vəzifəsini gördüyü kimi, səs tellərini hərəkətə gətirmək üçün də görük vəzifəsini ifa edir; ağ ciyərin sıxılaraq havanı bayıra verə bilməsində diafraqma, qarm və köküs qəfəsi əzələlərinin həlledici rolları vardır. Köküs əzələləri təgəffüs edərək köküs qəfəsinin həmçinin nisbətən kiçilməsinə, qarm əzələləri təqəffüs edərək qarın boşluğunda olan üzvlərin yuxarı qalxmasma səbəb olur, onlarla birlikdə diafraqma da təqəlliis edərək sağ və sol tərəfdən kümbəzə oxşar bir halda yuxarı qalxır. Bunlarm hamısmm fəaliyyəti ciyəri sıxaraq bayıra çıxmasma səbəb olur. Ağ ciyər sağ və sol paylarmm hər birindən kiçik şaxə uzanıb boğazm orta xəttində bir-birilə biıiəşərək nəfəs borusunu təşkil edir. Bunun yuxarıya doğru mabədini qırtlaq təşkil edir. Qırtlaq (xirtdək) dörd qığırdağm quraşdırılmasmdan ibarətdir. Bu qığırdaqlar müəyyən bağlarla bağlanmışlar.
Qığırdaqların təşkil etdiyi borunun daxili boşluğunda üfüqi halda sağ və sol tərəfdə yerləşən səs telləri bu qığırdaqlara bağlanmışdır. Bunlar iki nazik elastik əzələ təbəqəsindən ibarətdir. Bunlara oxşar bir cüt əzələ telləri də təsvir edilən səs tellərinin altmda vardır. Bu tellərin səs yaratmaqda heç bir rolu olmadığı üçün yalançı səs telləri adlanırlar. Tənəffüs etdiyimiz zaman hava axmı qırtlaqdan keçdikdə üstdə yerləşmiş olan əsl səs tellərinin arası açıq olur. Danışmaq istədikdə qırtlağı təşkil edən qığırdaqlarm müəyyən hərəkətləri nəticəsində səs telləri gərginləşərək qırtlağm yolunu qapayır. Bu zaman hava bayıra çıxanda səs tellərini yararaq onları ehtizaza gətirir və beləliklə səs yaranır. Demək, hər səsin alınması üçün nitqin ətraf cihazı müəyyən vəziyyətə düşməlidir. Bu vəziyyətə səsin məxrəci (biomexanikası) deyilir. Hər səsin nöqsanmdan danışıldığı zaman, yeri gəldikcə, o səsin düzgün məxrəci təsvir edilir.
Başqa-başqa adamlarda sonradan əmələ gəlmiş mərkəzlərin yerləri müxtəlif ola bilər. Əgər bir adam savadlı isə onda «oxu mərkəzi» əmələ gəlir. Adam savadlığı zaman sözü həm görmə, həm də eşitmə yolu ilə qavradığı üçün, bunun assosiasiyası görmə və eşitmə proeksion duyğu mərkəzləri arasmda yerləşir. Əgər adam savadsız isə oxu mərkəzi olmur. Savadlı adam ikinci bir dili öyrənərsə, onun da mərkəzi birinci oxu mərkəzinin ətrafmda olacaqdır. Nitq bütün beyin qabığmm vəzifəsi olsa da, beyin qabığmm bəzi sahələri nitqin əmələ gəlməsində xüsusi əhəmiyyətə malikdir.
Bütün söylənənləri nəzərə almaqla bunu unutmamalı ki, beynin fəaliyyəti tamlıq, bütövlük halında cərəyan edir. Mərkəzi pozğunluqlar göstərilən mərkəzlərin müxtəlif səbəblərlə fəaliyyətdən düşməsindən əmələ gəlir. Ətraf nöqsanlar dedikdə isə dil, dodaq, səs səs telləri və sairə kimi nitqin əmələ gəlməsində iştirak edən nitq cihazlarmdan asılı olan nöqsanlar nəzərdə tutulur.
Nitqin ətraf cihazlarmdan asılı olan nitq nöqsanlarıdır. Bunlardan asılı olaraq meydana gələn nitq nöqsanlarmm iki mühüm səbəbi vardır. Onlardan biri nitqin ətraf cihazlarmm anatomik nöqsanlı olmasıdır. İkincisi isə, funksional nitq pozğunluqlarıdır. Funksional pozğunluq dediyimiz zaman, nitq cihazı anatomik sağlam və düzgün olduğu halda baş verən nitq nöqsanlarmı nəzərdə tutmaq nəzərdə tutmaq lazımdır. Buraya pəltəkliyin əsas hissəsi, tıntınlığın bir qismi, kəkələmənin çox faizini təşkil edən psixogen səciyyəli kəkələmələr daxildir.