Saitlərin tədrisi zamanı onlarm bölgüsünə aid cədvəl düzəldib asmaq lazımdır.
Azərbaycan dilindəki saitlər və onlarm bölgüsü.
S a i t1 ə r
a, ı, o, u, e, ə, i, ö, ü
incə saitlər e, ə, i, ö, ü dodaqlanan saitlər
o, u, ö, ü
Belə bir cədvəl saitlər haqqında verilən biliyin əyaniləşməsinə və həmin bilikləri şagirdlərin tez başa düşməsinə səbəb olar.
Saitlərin bölgüsü ahəng qanununu öyrənmək üçün bünövrə hazırlayır. Saitlərin bölgüsünü yaxşı mənimsəmiş şagird ahəng qanununu assanlıqla başa , düşür.
Ahəng qanunu. Müəllim şagirdlərə izah etməlidir ki, Azərbaycan dilində olan sözlərin əksəriyyətində ya qalm, yada incə sait iştirak edir. Bəzən bunlar təkcə dodaqlanan (oxuyur, görür və s.) olur.
Bir bir sözdə ya qalm, ya da incə saitlərin bir birini izləməsinə ahəng qanunu deyilir.
Bu qanun sözlərin yazılışmda böyük rol oynayır.
S a m i 11 ə r
Kar və cingiltili samitlər:
Kar samitlər: p,f, x, t, ş, s, k, ç, h
Cingiltili samitlər: q, y, l, m, n, r, b, v, ğ, d,j, z, g, c
1) sonu və ya ğ kimi tələfföz edilən coxhecalı sözlər q ilə yazılır: məsələn
papaq, buruq, balıq və s. Sonunda q samiti olan çoxhecalı sözə saitlə başlanan şəkilçi əlavə etdikdə q samiti ğ samitinə çevrilir; məsələn otaq-otağı və s.
Dilimizdə başqa dilərdən keçmiş təkhecalı və çoxhecalı sözlərdə q samiti ğ səsinə çevrilməz; məsələn eşq-eşqə, şərq-şərqə, müttəfıq-müttəfiqi və s.
ğ samiti sözün əvvəlində və çoxhecalı sözlərin sonunda yazılmaz. Bu samit söz ortasmda tək hecadan ibarət qalm saitli sözlərin sonunda işlənir, məsələn: sorğu, bogaz, dağ və s.
Qarabağ, Qaradağ kimi mürəkkəb sözlər və dilimizə başqa dillərdən keçmiş çoxhecalı sözlər (məbləğ, təbliğ və s.) müstəsnadır.
x samiti çoxhecalı sözlərin axırmda yazılmaz.
Qazax, Yevlax, Samux, mətbəx, darıxmaq, buraxmaq, vurmaq kimi sözlər müstəsnadır.
sonu k və y kimi tələffuz olunan çoxhecalı sözlər k ilə yazılır, məsələn, ürək, çörək və s.
k samiti ilə bitən çoxhecalı sözə saitlə başlanan şəkilçı əlavə etdikdə, k samiti y samitinə çevrilir; məsələn: inək-inəyi, sümük-sümüyü və s.
Dilimizə başqa dillərdən keçmiş əmlak, idrak, iştirak və s. kimi sözlər bu qaydaya tabe deyildir.
g samiti sölərin sonunda yalnız n samitindən sonra gəlir; nəhəng, tüfəng, pələng və s.
Burada işin ikinci mərhələsi gəlir ki, o da sait və samitləin tələffuz xüsusiyyətləri haqqmda əldə edilmiş bilikləri möhkəmləndirmək məsələsidir. Bu məqsədlə şagirdlərin qarşısmda aşağidakı suallar qoyulmalıdır.
"hansı səslərin əmələ gəlməsində hava axmı ağız boşluğundan maneəsiz keçir? "
" hansı səslərin əmələ gəlməsində ağız boşluğunda maneə əmələ gəlir?"və s
Müəlllim burada sait və samitlərin bir-birindən fərqlənən cəhətlərini və əlamətlərini bir daha şagirdlərə göstərməlidir.
Sözləri hecalara düzgün bölmək, onları doğru ədəbi vurğu ilə tələffüz etmək bəzi uzun sözlərin oxunmasmı asanlaşdırar və ümumiyyətlə surətli və rəvan qiraət üçün imkan yaradar.
Müəllim şagirdlərə hər hecada bir sait iştirak etdiyini və sözlərdə nə qədər sait varsa bir o qədər də heca olduğunu misallarla izah etməlidir.
Nitqeşitmənin inkişaf etdirilməsi.
Psixoloq İ.Zinkin subut edir ki, “ Nitqə nəzarət,hər şeydən əvvəl, eşitmə ilə baş verir”
.Nitqeşitmənin əsas komponentləri aşağıdakılardır:
1. Fiziki eşitmə ( yüksək diapazonda səslənən nitqi qavrama qabiliyyətidir)
2.Fonetik eşitmə ( nitqin bütün səslərini fərqləndirmək, onları tələffüz etmək, fonetik sistemə aid etmək qabiliyyətidir)
3.Yüksək səsli eşitmə, ton hissi ilə ( nitqdə onun melodiyası və tonu, temb rəngini hiss etməklə) əlaqədardır.
Bu komponentlər nitq eşitməni təmin edir
Dostları ilə paylaş: |