Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”



Yüklə 372,17 Kb.
səhifə13/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
Nitq inkişafı (1)

MÖVZU:8
Nitqin səs mədəniyyəti

PLAN
Nitqin səs mədəniyyəti anlayışı


Nitqin səs mədəniyyəti sahəsində işin başlıca vəzifələri
Nitq nöqsanları
İstifadə olunmuş ədəbiyyat
B.Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva- “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov- “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” Bakı 2003
A. Qurbanov- “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H. Balıyev- “Azərbaycan dili” Bakı 2006

Nitqin səs mədəniyyəti anlayışı


Nitq inkişafı üzrə işin əsasını, onun səs mədəniyyətinin düzgün tərbiyəsi təşkil edir. Nitqin səs mədəniyyəti nitq mədəniyyətinin tərkib hissəsidir. Səs mədəniyyətinə səslənən nitqi xarakterizə edən xxüsusi tələffüz keyfiyyətləri (səs tələffüzü,diksiya və.s), səs ifadəliliyinin elementləri (intonasiya,sürət və.s), ifadəliliyin hərəkət vasitələri(mimika, jest) həmçinin nitq ünsiyyət mədəniyyəti elementləri(nitqin ümumi tonallığı,danışarkən duruş vəziyyəti və hərəkət vərdişləri) daxildir.
Uşaqlarda səs mədəniyyətini tərbiyə edərkən aşağıdakı vzəfələr yerinə yetirilir:sozlərin aydın , səlis, normal tempdə, ədəbi tələffüz normalarına uyğun deyilməsi, danışarkən düzgün nəfəs almaq, ucadan cavab vermək(səsin yüksəkliyini, sürəti, məna vurğusunu,fasiləni gözləməklə) fonematik və nitq eşitməni inkişaf etdirmək. Bu sahədə iş iki istiqamətdə aparılır:
Nitq-hərəkət aparatının, fəal nitqin səs cəhətinin inkişafı
Eşitmə diqqəti və nitqi eşitmənin inkişafı
Nitq səsləri sadəcə fiziki hadisə olmayıb sosial əhəmiyyətli hadisədir. Hər bir nitq səsi müəyyən dil mühitində daim və eyni cür tələffüz olunur. Nitq səsi həmin dildə danışanlar üçün vahid və ümumi olur. Ona gorə də hər bir dilin sosial cəhəti nitq səslərinin xarakter əlamətlərindən biri ilə şərtlənir.
Azərbaycan xalqı genoloji və morfoloji cəhətdən müxtəlif dillərdə danışan xalqlarla əlaqə şəraitində yaşadığından dilimizin fonetik quruluşunda müxtəlif izlər buraxılmışdır. Bu isə hazırki dövrdə Azərbaycan dilində orijinal fonetik quruluşun formalaşmasına səbəb olmuşdur. Məsələn Türk sistemli dillərin fonetik xüsusiyyətlərindən biri olan ahəng qanunu dilimizin fonoloji sisteminə görə pozulmur. Dilimizdə iki sait yanaşı gələ bilmir. Onlar əvvəl və sonra, iki samit isə yanaşı işlənir. Körpədə səsə həssaslıq çox tez inki.af edir bununla belə söz və hecaların fərqləndirilməsi yalnız səsə həssaslığın kəskinliyini tələb etmir həm də fonematik eşitməni inkişaf etdirir. Körpənin sözü siqnal kimi ayırması isə uzun prosesdir. Sözün səs və məna cəhəti öz spesifikasına görə bir birinin tam əksidir, lakin dildə vahid tam kimi eyni cür sosial hadisə kimi şərtlənir. “Qələm”sözündə
5 səs və “qələm” mənası var. Ayrılıqda q,ə, l,ə,m səsləri bu mənanı vermir. Bunun üçün q-ə-l-ə-m kimi səsləndirmək lazımdır. Ayrılıqda q ə l səslərinin hər birini müxtəlif cür tələffüz etmək mümkündür. Bu sözün həm səs həm də məna tərəfi dildə sosial cəhətdən eyni cür şərtlənir. Onlar qarşılıqlı əlaqə və qarşılıqlı zərurət münasibətində vəhdətdə çıxış edirlər. Belə vəhdət olmadan söz dərk edilmir. Deməli “təbiət materiyası” olan səslərhəm də tikinti materialı olduğundan sözün məna cəhətindən ayrılmır. Sözün səs və məna cəhətinin vəhdətinitq səsinin xarakterik əlamətidir.
Nitqin səs mədəniyyəti sahəsində işin başlıca vəzifələrini belə müəyyənləşdirmək mümkündür:
Uşaqlarda nitqi eşitmə qabiliyyətini inkişaf etdirmək( eşitmə diqqəti, fonetik eşitmə, eşitmə sürəti və ritmi qavrama qabiliyyəti)
Artikulyasiya aparatını inkişaf etdirmək
Nitq prosesində düzgün nəfəs almanı inkişaf etdirmək
Ünsiyyətin baş verdiyi şəraitə görə səsin gücünü tənzimləmək bacarığını inkişaf etdirmək
Səsləri düzgün tələffüz etməyi oyrənmək
Dəqiq və aydın diksiya tərbiyə etmək
Sözlərin ədəbi tələffüz normalarına uyğun tələffüzünü inkişaf etdirmək
Nitqi normal sürətdə davam etdirmək bacarığı vermək
Nitqin intonasiya ifadəliliyini (fikri, hissləri və əhval ruhiyəni, məntiqi fasilə, vurğu, melodika, sürət, ritm və tembrlə dəqiq ifadə etmək) təmin etmək.
Göründüyü kimi nitqqin səs mədəniyyəti üzrə işi yalnız səslərin düzgün tələffüzü ilə məhdudlaşdırmaq səhvdir. Uşaqlar nitqin səs mədəniyyətinə əsasən ünsiyyət prosesində yiyələnirlər. Dilin səs cəhəti tədricən mənimsənilir. Məktəbəqədər yaşlı uşaqlar sözdə ayrı ayrı səsləri və hecaları buraxır, yerlərini dəyişir, dumanlı tələffüz edirlər. Belə nöqsanlar uşağın şəxsiyyətində öz əksini tapır. Onlar qaradinməz, sərt, hövsələsiz olur, hər şey ilə maraqlanmır, əqli cəhətdən geriləyirlər. Nəticədə belə uşaqlar məktəb illərində çətinlik çəkirlər.
Nitqinin nöqsanlı olmasının uşağın üzünə vurulması onun inciməsinə, qaradinməzliyi ,əsəbiliyi, müəllimdən qaçması ilə nəticələnir.
Nitq nöqsanlarına qarşı bütün məşğələlərdə iş aparılmalı, tın-tınlıq, pəltəklik, kəkələmə özünü güstərdikdə loqopedə müraciət edilməlidir.
Nitqi sağlam olan şəxslər ən kiçik nitq nöqsanı olan adamın nə qədər böyük ruhi narahatlıq hiss etdiyini çətin təsəvvür edə bilərlər. Onlar öz möqsanlarını gizlətmək üçün saatlarla deyil, aylar, hətta illərlə fikirləşir və asan kəlmələr, cümlələr seçmək üzərində düşünürlər. Nitqi nöqsanlı olanların əzablarına nümunə ola biləcək kiçik misalı qeyd etmək faydasız olmaz.
Demək, nöqsanlı nitqi islah etməklə şəxsiyyəti, onun psixoloji halına ağır təsir göstərən əzabdan həmişəlik azad etmək mümkündür. Ondan başqa, aydın görmək olur ki, psixi mənfi təsirin və ya zədənin əmələ gəlməsi üçün nitq nöqsanının mürəkkəb olması heç də vacib deyildir. Göstərilən nəticələr, ata –ana və müəllimlərin bu məsələyə əhəmiyyət vermələrinə səbəb olacaqdır.


Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin