Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


MÖVZU 6 İstehsalatda travmatizmin təhlili üsulları



Yüklə 1,43 Mb.
səhifə9/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

MÖVZU 6

İstehsalatda travmatizmin təhlili üsulları
İstehsalat travmatizmi dedikdə istehsalatda baş vermiş bədbəxt hadisələrin məcmuu nəzərdə tutulur. Travmatizmin təhlilində ən çox istifadə olunan statistik üsuldur. Statistik üsul travmatizm üzrə ilkin sənədlərin (İZ nümunəsi üzrə aktlar, bədbəxt hadisələrin qeyd və uçot jurnalları) sistemləşdirilməsi və statistik işlədilməsinə əsaslanır. Statistik təhlil üsulunda əsasən iki nisbi göstəricidən istifadə edilir (tezlik və ağırlıq göstəriciləri).Travmatizmin tezlik göstəricisi (Kt) müəyyən hesabat dövrü üçün (adətən bir il üçün götürülür) hər min nəfər işçiyə (və yaxud bir milyon işlənmiş adam-saata) düşən bədbəxt hadisələrin sayı kimi hesablanır:

(2.1)

burada H – hesabat dövründə (bir il müddətində) uçota alınmış bədbəxt hadisələrin sayıdır;

P - hesabat dövründə həmin istehsalatda işçilərin orta hesabat sayıdır;

Travmatizmin ağırlıq göstəricisi (Ka) müəyyən hesabat dövrü üçün hər bir bədbəxt hadisəyə düşən əmək qabiliyyətini itirmə günlərinin orta sayı kimi qəbul edilir:


(2.2)

burada: D – hesabat dövründə uçota alınmış bədbəxt hadisələ-rin hamısında zədələnmiş işçilərin əmək qabiliyyətini itirmə günlərinin ümumi sayıdır. Bu göstəricilərdən əlavə əmək qabiliyyətini itirmə göstəricisi də istifadə edilir:



(2.3)

Statistik təhlil üsulu çox vaxt monoqrafik təhlil üsulu ilə birlikdə istifadə edilir.



Monoqrafik üsulda ayrıca götürülmüş hər hansı bir istehsal obyekti əmək mühafizəsi nöqteyi nəzərindən hərtərəfli öyrənilir, potensial təhlükəli və zərərli amillər aşkar edilir, işlədilən materialların, avadanlığın ümumiyyətlə texnoloji prosesin istehsalat sanitariyası və təhlükəsizlik texnikası tələblərinə uyğun olması öyrənilir.

İqtisadi təhlil üsulu istehsalat travmatizmindən müəssisəyə dəyən iqtisadi zərərin müəyyən edilməsinə və bədbəxt hadisələrin qarşısının alınmasına yönəldilən xərclərin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə əsaslanır.

Topoqrafik təhlil üsulu bədbəxt hadisələrin səbəblərini onların baş verdikləri yerə görə təhlil etməyə əsaslanır. Bunun üçün istehsalat obyektlərinin planları və ya xəritəsi üzərinə müntəzəm olaraq şərti işarələrlə baş verən bütün bədbəxt hadisələr qeyd edilir. Müəyyən müddətdən sonra şərti işarələrin topoqrafik sıxlığına görə yüksək təhlükəli iş yerləri və istehsalat avadanlığı aydınlaşdırılır və bu yerlərdə bədbəxt hadisələrin səbəblərinin aradan qaldırılması üçün tədbirlər görülür.

Qruplaşdırma təhlil üsulunun mahiyyəti eyni şəraitdə, eyni cür avadanlıqda və eyni xarakterli zədələnmələr ilə nəticələnən bədbəxt hadisələrin qruplaşdırılmasından ibarətdir. Bu təhlil üsulu daha çox bədbəxt hadisə baş vermiş iş və sənət növlərinin və avadanlığının mənfi cəhətlərinin aşkar edilməsinə imkan verir.

Bəzi sənaye sahələrində (məsələn, neft və qaz sənayesində) istehsalat travmatizminin təhlili üçün elektron hesablama maşınlarından (EHM) istifadə edən avtomatlaşdırılmış sistemlər tətbiq edilir. İstehsalat travmatizminin avtomatlaşdırılmış təhlili sistemlərində informasiyanı mərkəzə ötürmək və qəbul etmək üçün teletayp telefon və teleqraf sistemlərindən istifadə edilir. Travmatizmin təhlilində EHM-dən istifadə edilməsi travmatizmin qarşısını alan əsaslandırılmış tədbirlər görmək üçün böyük həcmli statistik materialın təhlili kimi, bədbəxt hadisə haqqında informasiyanın axtarışı və verilməsi kimi çox vaxt tələb edən əməliyyatların tez bir zamanda operativ görülməsinə imkan yaradır və təhlilin keyfiyyətini xeyli yüksəldir.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin