Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


Erqonomika baxımından iş şəraiti



Yüklə 1,43 Mb.
səhifə12/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

Erqonomika baxımından iş şəraiti
Yüksək effektliyə malik olan istehsalat yaratmaq üçün müxtəlif və mürəkkəb problemlərin hərtərəfli həlli tələb olunur. Bu məqsədə elmi-texniki tərəqqi, təsərrüfat sisteminin təkmilləşdirilməsi, demokratiyanın daha da inkişafı, zəhmətkeşlərin nəzəri və ixtisas səviyyələrinin inkişafı ilə nail olmaq olar.

XX əsrin əvvəllərində texniki proqresin yaranması yeni əmək fəaliyyətinin yaranmasına səbəb oldu. Yüksək sürət və dəqiqlik tələb edən bu proseslər insan psixologiyası qarşısında əvvəlkindən fərqli olaraq tamamilə başqa tələbatlar qoydu. Bu məqsədlə insan psixologiyası ilə əmək məhsuldarlığı arasında asılılığı öyrənən yeni elmlərin inkişafı öz təşəkkülünü tapdı.

Ayrı-ayrı elm sahəsində insan biliyinin artması bu elmlər arasında geniş kontaktın yaranmasını tələb edirdi. Belə ki, əməyin gigiyenası əməyin fiziologiyasına və psixologiyasına, əməyin psixologiyası isə gigiyena və texniki sistemlərə və s. müraciət etməyə başladı. Belə halın yaranması təbii hesab edilirdi. Axı insanın əmək fəaliyyəti onun psixologiyasından asılıdır. Bu fəaliyyətin imkanını texnika və avadanlığın imkanından ayırmaq düzgün olmazdı. Belə bir hal xüsusilə istehsalat proseslərinin avtomatlaşdırılması zamanı böyük əhəmiyyətli idi.

Texnikanın sürətinin artması müsbət nəticə verməklə yanaşı mənfi sosial problemlərin ortaya çıxmasına da səbəb olur. İnsan bəzən tam psixofizioloji hədd sərhədində mürəkkəb bir şəraitə düşür. Bu vaxt insan həmçinin idarə sisteminin effektli işləməsi üçün məsuliyyət daşıyır. Belə şəraitdə edilən cüzi bir səhv ağır nəticələrə gətirib çıxara bilər. Elə buna görə də texniki proqres bütün kəskinliyi ilə “İnsan-Maşın” probleminin həll edilməsini qarşıya qoydu. Yəni hər hansı bir maşının konstruksiyası və onun iş fəaliyyəti onu idarə edən insanın xarakteri və imkan dairəsi ilə uyğun yarandı. Buradan belə nəticəyə gəlmək olur ki, hər hansı bir maşın layihə edildikdə söhbət tək həmin maşının konstruksiyasından yox “İnsan-Maşın-İstehsalat əhatəsi” sistemindən getməlidir. Bu kompleks sisteminin öyrənilməsi Erqonomika elminin ortaya çıxma zərurətini yaratmışdır. Təbiidir ki, göstərilən problemlərin həlli ilə əvvəllər bu və ya digər dərəcədə psixologiya, fiziologiya, əməyin gigiyenası elmləri məşğul olmuşlar. Lakin Erqonomika elmi “İnsan-Maşın-İstehsalat əhatəsi” sistemini kompleks öyrənmək üçün göstərilən elmlərlə yanaşı texniki elmlərin birgə ifadəsindən yaranmışdır.

Erqonomika sərbəst bir elm kimi sübut edir ki, texnika necə və nə dərəcədə inkişaf edirsə etsin o, yenə də insan beyni­nin və əlinin məhsulu olaraq qalır. Yəni hər şey insan fəaliyyətinin imkan dairəsində olmalıdır.

Beləliklə demək olar ki, Erqonomika insanın maşınla əlaqəsi zamanı fəaliyyətini kompleks şəkildə öyrənməklə məşğul olan bir elmdir.

Erqonomika elmi inkişaf mərhələsinə görə iki yerə ayrılır: - “düzəliş” və “layihə”. “Düzəliş” köhnəlmiş konstruksiyada müəyyən düzəlişlər apararaq onu müasirləşdirmək, “layihə” isə yeni müasir konstruksiyaların layihəsini tərtib etməklə məşğuldur.

İnsan fəaliyyətinə təsir edən təhlükəli və zərərli faktorları aşağıdakı dörd qrupa bölmək olar:

- insan fəaliyyəti və hərəkətinin orqanizmə təsiri;

- maşının işi və xüsusiyyəti;

- istehsalat mühiti;

- “Maşın - İnsan sistemi”ndə (MİS) biotexniki kompleks.

Mühəndisi psixologiyanın xüsusiyyətinə uyğun olaraq tədqiq edilən və ya layihələndirilən hər hansı bir “Maşın-İnsan sistemi”ndə əsasən informasiyanın qəbulu, təhlili və ötürülməsinin keyfiyyət və kəmiyyət xarakterləri təhlil edilir.

Müasir MİS-də informasiyanın qəbulu müxtəlif kanallar vasitəsilə aparılır. Burada insanın funksional imkanı və xüsusiyyəti nəzərə alınır. Bu kanallar analizatorların ümumi qruplarında cəmlənirlər.

Qəbul olunmuş informasiyanın təhlil edilməsi “yaddaş” və “fikirləşmə” xüsusiyyətlərinin vacibliyini tələb edir.

İnsan fəaliyyətinin iş prosesində olan daha bir göstəricisi onun antropometrik göstəricisidir.

İnsanın məqsədə uyğun fəaliyyəti onun informasiyanı ardıcıl olaraq qəbul edib analiz etməsindən ibarətdir. Qeyd etdiyimiz kimi bu proses analizatorlar vasitəsilə həyata keçirilir.

Analizatordan alınan informasiya sensor adlandırılır. Buna uyğun olaraq psixologiya elmi “sensor prosesi”, “sensor hissiyyatı” və s. terminlərindən istifadə edir. Analizatorun prinsipial sxemi aşağıda göstərildiyi kimidir:



xarici siqnallar
Sxemdən göründüyü kimi qəbuledici xaricdən gələn siqnalları qəbul edir, onu müəyyən dərəcədə işlədir və onlarda bioelektrik siqnalları yaradır və mərkəzi sinir sisteminə ötürür. Mərkəzi sinir sistemində aparılan analiz nəticəsində bioelektrik əmri yaranır və bu yenidən qəbulediciyə ötürülür. Qəbul ediciyə gələn bu siqnallarla onda optimal iş rejimi və s. faktorların tənzimi yaranır.

Qəbul olunan siqnalların xüsusiyyətindən asılı olaraq siqnalizatorları “xarici” və “daxili” olmaqla iki hissəyə bölürlər.

Xarici siqnalizatorlara aid edilir:

- görmə (qəbuledici gözdür);

- eşitmə (qəbuledici-qulaqdır);

- ağrı, temperatur (qəbuledici-dəri);

- iy (qəbuledici-burun);

- dad (qəbuledici-dilin üstü, dodaq).

Daxili analizatorlara aid edilir:

- kinestetik (qəbuledici-əzələlər);

- vestibülyar (qəbul edici - iç qulaq);

- xüsusi (bədənin daxili hissəsi).

MİS-də insan faktorunu qiymətləndirən əsas göstəricilərdən biri sürət (bir dövrün tənzimlənmə vaxtı), dəqiqlik və etibarlılıqdır.

Sadə bir konturlu sistemdə bir dövrün tam tənzim vaxtı aşağıdakı kimi tapılır:



(3.1)

burada: T - bir dövrün tənzim vaxtı;

ti - i bəndində xəbərin saxlanılma vaxtı;

n - idarə sistemində bəndlərin sayı;

To - operator tərəfindən xəbərin “gecikdirmə” vaxtı (xəbərin operatora çatdığı andan operatorun ona cavab verməsinə qədər olan vaxt).

“MİS” xəbərin müxtəlif bəndlərdə gecikdirmə vaxtını müqayisə etsək görərik ki, bu sistemdə insan ən geridə qalmış bənddir. adətən То - a nisbətən 100-1000 dəfə kiçik olur.

Operator tərəfindən xəbərin “gecikdirmə” vaxtı belə hesablanır:

(3.2)
burada k - cihazların sayı (əqrəblər, işarələ)

∆t - cihazın göstərişinin tam oxunma vaxtı;



- gözün bir cihazdan başqasına keçirilməsinə sərf olan vaxt;

tc - operatorun özündən asılı olmayaraq işdən ayrılma vaxtı;

tmi - maşının idarə sistemindəki tənzimlənməyə sərf olan mühərrik vaxtı;

m - sistemdəki tənzimləyicilərin sayı;

ni - eyni tipli cihazların və ya nəzarətin sayını göstərir.

Xəbər (informasiya) axınının vahidi bit/san ilə ölçülür. İnsan bir saniyə ərzində 7 2 qərar qəbul edə bilir. İnformasiyanın artması onun qəbul sürətini artırır və operator səhv etməyə başlayır. İnformasiya azaldıqda isə operatorda bekarçılıqdan yorulma, səhvlərin artması baş verir.

Dəqiqlik və etibarlılıq olmadıqda operator tərəfindən edilən səhvlərin sayı artır, bu da məhsulun zaylığına əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olur.

Dəqiqlik baxımından MİS-də insan ən zəif bənd hesab edilir. Bu halda məşq böyük əhəmiyyət kəsb edir. Lakin tam məşqə ümid bağlamaqla operator tərəfindən edilən səhvləri azaltmaq olmaz. Faktlar göstərir ki, hətta böyük iş təcrübəsinə malik olan operator da bəzən kobud səhvlər edirlər. Buna görə də səhvlərin azaldılması üçün sistemə paralel olaraq bir-birindən asılı olmayan iki operatorun qoşulması məqsədə uyğundur. Bu halda idarə konturuna əlaqəli iki nəzarət çıxışı qoymaq lazımdır. Belə bir halda sistemdən yalnız hər iki operatorun eyni zamanda etdiyi səhv keçə bilər. Bu səhvin ehtimalı çox az olur. Onu aşağıdakı düsturla hesablamaq olar:



(3.3)
burada - əməliyyatın yerinə yetirilməsi üçün lazım olan vaxt;

P1i - birinci operator S əməliyyatını yerinə yetirərkən edə biləcəyi i tipli səhvin ehtimalı;

P2i - ikinci operator S əməliyyatını yerinə yetirərkən edə biləcəyi i tipli səhvin ehtimalı;

N - əməliyyatların sayı;

n - səhvlərin sayıdır.

Operator işinin etibarlılığına ətraf mühitin böyük təsiri olur. Etibarlılığı artırmaq məqsədilə operator üçün normal iş şəraitinin yaradılması vacibdir.

MİS-də iş şəraitinə təsir edən daha bir faktor antropometrik xarakterdir (AX). Burada əsasən insan bədəninin və onun ayrı-ayrı hissələrinin ölçülərilə iş yerinin, konstruksiya və maşının idarə orqanlarının ölçüləri arasında olan əlaqə öyrənilir.

Son vaxtlara qədər hər hansı bir yeni texnika layihə edilərkən yalnız onun məhsuldarlığı, etibarlılığı və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınırdı.

İnsanın istehsalatda rolunun artması, onun hərtərəfli inkişafı təkcə iqtisadi göstəricilərin yox həmçinin sosial effektivliyin bu və ya digər layihədə nəzərə alınmasını məcburən tələb edir.

İnsan tərəfindən idarə edilən və ya nəzarət edilən maşın və ya hər hansı bir texnoloji proses qabaqcadan onun fəaliyyətinin xüsusiyyətini, faktiki iş şəraitinin göstəricilərini müəyyən edir.

Bu şəraitdə işin mürəkkəblik və ağırlıq dərəcəsi müvafiq olaraq aşağıdakılarla müəyyən edilir:

1. İnsan bədəninin və ayrı-ayrı bədən üzvlərinin ölçüsünün iş yeri konstruksiyasına və ölçüsünə, idarə orqanlarına və c. uyğunluğu;

2. Fiziki şərait, əl və ayaq hərəkətlərinin trayektoriyası və sürətinin insanın fiziki imkanına uyğunluğu;

3. İşin mürəkkəbliyinin işçinin iş təcrübəsi və qabiliyyəti ilə uyğunluğu;

4. Daxil olan informasiyanın həcmi, sürəti və strukturası ilə insanın bacarığı arasında uyğunluq.

İşləyən işçilərin sayından asılı olaraq iş yeri fərdi və kollektiv olur. Adətən iş yeri oturaq, ayaq üstə və oturaq ayaq üstə olur.

Erqonomik tələblər istehsal avadanlığının elə elementlərinə verilir ki, həmin elementlərlə insan avadanlığın quraşdırılması, istismarı, təmiri və nəqli vaxtı bilavasitə əlaqədar olur. İstehsal avadanlığına ümumi erqonomik tələblər dövlət standartı ilə müəyyən edilir. Bu tələblər əsasən insanların iş yerlərinə, iş yerlərindəki idarəetmə orqanlarına və informasiyanı əks etdirən vasitələrə olan erqonomik tələblər məcmusudur.

İstehsalatda iş yerlərini təşkil etdikdə görüləcək işin fiziki ağırlığı, iş zonasının həndəsi ölçüləri, işçinin əmək fəaliyyətində hərəkət etməsi lüzumu, əməliyyatların tələb etdikləri dəqiqlik, vaxt ərzində passiv müşayiət və fiziki işlərin ardıcıllığı, yazı qeydlərinin aparılması lüzumu və başqa xüsusiyyətlər nəzərə alınır.

Görülən işin ağırlıq kateqoriyasından asılı olaraq oturaq və ayaq üstü vəziyyətdə görülən işlər dövlət standartları ilə müəyyən edilmiş erqonomik tələblərə uyğun olmalıdır.

İstehsalat avadanlığının və iş yerinin konstruksiyaları elə olmalıdır ki, işçinin optimal vəziyyətdə işləyə bilməsi təmin edilsin. Bu məqsədlə işçi səthin və ya işçinin oturacağının hündürlüyü idarə edilə bilən olmalıdır.

İnsan-operator tərəfindən yerinə yetirilən əməliyyatlar (informasiyanın oxunması və idarəetmə orqanlarından istifadə etmək) tezliyinə görə üç kateqoriyaya bölünürlər:

1. Çox tez-tez görülən əməliyyatlar (əgər 1 dəq. ərzində əməliyyat iki və daha çox dəfə görülərsə);

2. Tez-tez görülən əməliyyatlar (əgər 1 saat ərzində əməliyyat iki dəfədən çox ancaq 1 dəq. ərzində iki dəfədən az görülürsə);

3. Hərdənbir görülən əməliyyatlar (əgər 1 saat ərzində əməliyyat iki dəfədən çox görülmürsə).

Əməliyyatın tezlik kateqoriyasından asılı olaraq bu əməliyyatın yerinə yetirilməsi üçün istifadə edilən texniki vasitənin iş yerində yerləşdirilməsi müəyyən edilir.

İstehsal prosesində insan operator üçün təşkil edilən iş yeri informasiya sahəsindən və motor sahəsindən ibarət olur. İnformasiya sahəsində informasiyanı əks etdirən texniki vasitələr, motor sahəsində isə idarəetmə orqanları yerləşdirilir.

İdarəetmə orqanları aşağıda göstərilən tələblərə cavab verməlidir:

- forması, ölçüləri və səthi iş üçün rahat olmalıdır;

- iş zonasında elə yerləşdirilməlidir ki, aralarındakı məsafə və həm də digər elementlərə nisbətən qarşılıqlı iş əməliyyatlarının yerinə yetirilməsini çətinləşdirməsin;

- idarəetmə orqanlarının birgə tərtib edilməsində onların vacibliyi, istifadə edilmə ardıcıllığı və tezliyi nəzərə alınmalıdır;

- idarəetmə orqanları elə hazırlanmalı və ya bloklanmalıdır ki, iş əməliyyatlarının səhv olan ardıcıllığı alınmasın;

- onların konstruksiyası və yerləşdirilməsi avadanlığın öz-özünə qoşulması və dayandırılması hallarının qarşısını almalıdır.

Qəza idarəetmə orqanı formaca fərqlənməli və qırmızı rəngdə olmalıdır. Qəza siqnalı verən element (səs və ya işıq) nəzər və eşitmə sahəsində olmalıdır.

İstehsalat əhatəsi iş şəraitinə hərtərəfli təsir edir. İş əhatəsi işçiyə təsir edən fiziki, kimyəvi, bioloji, sosial, psixoloji və estetik faktorların məcmusundan ibarətdir.

İş əhatəsinə olan tələbatlar əsasən aşağıdakılardan ibarət olmalıdır:

- İş əhatəsinin işçiyə kompleks şəkildə uzunmüddətli təsirindən işçinin səhhətinə təsiri olmamalıdır;

- İş əhatəsi işçinin etibarlılığına və görülən işin keyfiyyətinə təsir etməməlidir.

İşçiyə təsir edə biləcək faktorların maksimal həddi buraxıla bilən səviyyə və ya qatılıq adlandırılır.

Ümumiyyətlə iş əhatəsi insana təsir dairəsinə görə dörd hissəyə bölünür:

1. Komfort iş əhatəsi - işçi özünü gümrah və sağlam hiss edir, daima işgüzarlığını saxlayır;

2. Nisbətən diskomfort iş əhatəsi - müəyyən vaxt ərzində işçinin iş qabiliyyətinə və sağlamlığına (qoyulmuş norma həddində) nisbətən təsir olur. Bu, işçidə funksional (norma həddində) dəyişikliklər yaranmasına səbəb olur.

3. Ekstremal iş əhatəsi - işçinin iş qabiliyyətinin azalmasına və onda funksional dəyişikliklərin yaranmasına səbəb olur. Lakin bu hal insan orqanizmində patoloji dəyişikliklərin yaranmasına səbəb olmur.

4. Həddindən artıq ekstremal iş əhatəsi - insan orqanizmində patoloji dəyişikliklərin yaranmasına səbəb olur. Bu zaman görüləsi işin yerinə yetirilməsi qeyri mümkün olur.

İş əhatəsinin kompleks şəkildə qiymətləndirilməsi zamanı onun ağırlıq dərəcəsi nəzərə alınmalıdır. İşin ağırlıq dərəcəsi dedikdə iş əhatəsinin insan səhhətinə və onun işgüzarlığına olan kompleks təsir dərəcəsi nəzərdə tutulur. Bu baxımdan işlər altı kateqoriyaya bölünür:

- Birinci kateqoriya - görülən işlər optimal iş şəraitində aparılır. İş əhatəsi xoşagələn və sakit şəraitdir;

- İkinci kateqoriya - görülən işlər istehsalat faktorlarının buraxılabilən qatılıq həddi çərçivəsində aparılır. Bütün normalar sanitar normaları həddindədir;

- Üçüncü kateqoriya - nisbətən əlverişli olmayan istehsalat əhatəsinin işçilərə təsirindən onların halı pisləşir. Əmək göstəriciləri azalır;

- Dördüncü kateqoriya - tam əlverişli olmayan istehsalat əhatəsi təsirində insanlarda patoloji dəyişikliyə qədər hal yaranır. İnsanda iş qabiliyyəti pozulur;

- Beşinci kateqoriya - iş gününün axırında insan orqanizmində görülən işin və mühitin təsirindən patoloji dəyişikliklər yaranır;

- Altıncı kateqoriya - iş şəraitinin təsirindən insanda iş həftəsi ərzində beşinci kateqoriyadakı dəyişikliklər yaranır.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin