Faktoqrafik proqnozlaşdırma metodları
səhifə 40/40 tarix 02.01.2022 ölçüsü 1,43 Mb. #36307
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)
Faktoqrafik proqnozlaşdırma metodları
Faktoqrafik (formallaşdırılmış) metodlar proqnozlaşdırılan obyekt haqqında hal-hazırdakı və keçmişdəki faktiki məlumatlara əsaslanır. Faktoqrafik metodlar ekspert metodlarına görə daha obyektiv olur , müxtəlif variantların baxılması və proqnozlaşdırma prosesinin avtomatlaşdırılması imkanlarının artması ilə fərqlənir , bütün bunlar isə böyük həcmdə resursların qənaət olunmasına imkan yaradır.
Faktoqrafik metodlar ümumi təsir prinsipinə görə 4 qrupa bölünür:
Ekstrapolyasiya metodları ( statistik metodlar ).
Sistem - struktur metodları və modelləri .
Assosiativ metodlar .
Qabaqlayıcı məlumatlar metodu .
Praktikada statistik metodlar üstünlük təşkil edir və daha çox tətbiq edilirlər . Bu onunla izah olunur ki , statistik metodlar analiz aparatına söykənir .
Statistik metodlar ( ekstrapolyasiya metodları ) əsasında aparılan proqnozlaşdırma prosesi 2 mərhələyə bölünür .
Birinci mərhələdə məlumatlar ümumiləşdirilir , prosesin ümumi modeli qurulur . Model inkişaf tendensiyasının analitik ifadəsi , yaxud bir və ya bir - neçə arqument - amillərin funksiyası şəklində təsvir oluna bilər . Hansı şəkildə olmasına baxmayaraq , proqnozlaşdırma üçün proses modelinin qurulması özündə hadisələrin dinamikasını və qarşılıqlı əlaqəsini , bu və ya digər metodla onun qiymətləndirilməsini təsvir edən tənlik formasını birləşdirməlidir .
İkinci mərhələ – bilavasitə , proqnoz verilməsi mərhələsidir . Bu mərhələdə tapılmış qanunauyğunluqlar əsasında proqnozlaşdırılan göstəricinin , kəmiyyətin və ya əlamətin gözlənilən qiyməti təyin edilir , daha sonra modelin qurulmasında və izahında iştirak etməyən amillər nəzərə alınmaqla son nəticə alınır .
Statistik metodlara sadə ekstrapolyasiya , dəyişkən orta , eksponensial düzəltmə , trendlərin ekstrapoyasiyası , avtoreqressiya və ən kiçik kvadratlar metodları aiddirlər .
Sadə ekstrapolyasiya metodunda keçmişdə müşahidə olunan tendensiyalar gələcəyə şamil edilir . Ekstrapolyasiya aşağıdakı şərtlərə əsaslanır : hadisələrin inkişafı böyük əsasla rəvan trayektoriya – trendlə xarakterizə oluna bilər ; i nkişaf tendensiyasını təyin edən ümumi şərait gələcəkdə heç bir əhəmiyyətli dəyişməyə məruz qalmayacaq .
Dəyişkən orta metodunda müvəqqəti sıranın mexaniki bərabərləşdirilməsi həyata keçirilir .
Eksponensial düzəltmə metodu adaptiv metodlar qrupuna aid edilir . Burada model üzrə hər hansı ilkin vəziyyətə görə proqnoz verilir , vahid vaxt ərzində gözlənilir və proqnozlaşdırma nəticəsi faktiki reallaşma qiyməti ilə müqasiyə edilir . Proqnozlaşdırma səhvi yenidən sistemə daxil edilir , proqnozlaşdırma nəticələrinə düzəlişlər edilir və bu düzəlişlər nəzərə alınmaqla növbəti moment üçün proqnoz verilir .
Trend modelindən istifadə edilən proqnozlaşdırma metodu trendlərin ekstrapolyasiyası metodu adlanır . Trend modeli proqnozlaşdırılan və ya analiz edilən göstəricinin dəyişməsini yalnız vaxtdan asılı olaraq ifadə edən riyazi modeldir . Bu metod proqnozlaşdırmanın ən passiv metodlarından biridir və çox vaxt « sadəlövh » proqnoz adlanır .
Sistem - struktur metodlara və modellərə morfoloci analiz , sistemli analiz , reqressiv metodlar , modelləşdirmə metodları və s . aiddirlər .
Assosiativ metodlara imitasiya ( yamsılama ) modelləşdirilməsi , tarixi - məntiqi analiz ( tarixi analogiya metodu ) və qabaqlayıcı informasiya metodları aiddir .
Digər bir təsnifatda proqnozlaşdırma metodları 2 sinfə bölünür : evristik və riyazi .
Evristik metoda yuxarıda ekspert metodu adı ilə baxmışıq .
Riyazi metod proqnozlaşdırma obyektinin növündən modelin nəmalüm parametrlərinin təyin olunması üsulundan asılı olaraq aşağıdakı metodlara bölünür :
inkişaf proseslərinin modelləşdirilməsi metodu ;
ekstrapolyasiya ( statistik ) metodu ;
ehtimal metodu .
Birinci qrupa proqnozlaşdırılan prosesin modelinin təsviri üçün differensial tənliklərdən istifadə olunan metodlar aiddirlər . Bu metodlarda proqnozlaşdırmanın tapşırığı verilmiş vaxt anı üçün differensial tənliyin həllindən ibarətdir . İnkişaf prosesinin modelləşdirilməsi əsasında proqnozlaşdırmadan o vaxt müvəffəqiyyətlə istifadə etmək olar ki , proqnozlaşdırılan proses yaxşı öyrənilmiş olsun və onun düzəldilmiş riyazi təsviri var .
Statistik metod ən çox yayılmış metoddur. Bu metodda prosesin inkişaf tendensiyası gələcəyə (prosesin gələcək inkişafına) şamil edilir.
Statistik metodlardan reqression analiz metodu proqnozlaşdırmada daha geniş tətbiq olunur.Dostları ilə paylaş: