Proqnozlaşdırmanın əsas funksiyaları: İqtisadi, sosial, elmi-texniki proseslərin və tendensiyaların elmi analizi.
Elmi analiz 3 mərhələdə aparılır: retrospeksiya, diaqnoz, prospeksiya.
Retrospeksiya dedikdə, proqnozlaşdırma obyektinin sistemli təsvirini almaq üçün onun inkişaf tarixinin tədqiqatı keçirilən proqnozlaşdırma mərhələsi başa düşülür. Bu mərhələdə proqnozlaşdırma üçün lazım olan məlumatların, mənbələrin toplanması, saxlanması və işlənməsi, mənbələrin tərkibinin, retrospektiv məlumatların ölçülməsi və təqdim olunması metodlarının optimallaşdırılması, proqnozlaşdırılan obyektin strukturunun, xarakteristikalarının tam formalaşdırılması yerinə yetirilir.
Diaqnozmərhələsində proqnozlaşdırılan obyektin inkişaf tendensiyasının, proqnozlaşdırma modellərinin və adekvat metodlarının seçilməsi məqsədilə obyektin sistemləşdirilmiş təsviri tədqiq edilir.
Prospeksiya – proqnozlaşdırılan obyektin gələcək inkişaf proqnozu hazırlanan, proqnozun düzgünlüyünün, dəqiqliyinin, əsaslılığının qiymətləndirilməsi keçirilən, proqnozlaşdırma prinsipləri (sintez) əsasında konkret proqnozların birləşdirilməsi yolu ilə proqnoz məqsədlərinin reallaşması həyata keçirilən proqnozlaşdırma mərhələsidir. Prospeksiya mərhləsində proqnozlaşdırılan obyekt haqqında çatışmayan məlumatlar aşkar edilir, əvvəlcədən alınmış məlumatlar dəqiqləşdirilir, daxil olmuş yeni məlumatlara uyğun olaraq proqnozlaşdırma obyektinin modelinə düzəlişlər edilir.
Müəyyən bir dövrdə və konkret şəraitdə təsərrüfatın inkişafındakı sosial-iqtisadi hadisələrinin obyektiv əlaqələrinin tədqiqatı.
Fasiləsiz xarakterli proqnozlaşdırmada onun obyektinin analizi də fasiləsiz keçirilir, proqnozların formalaşmasının bütün mərhələlərini müşaiyət edir və bununla da real obyekt və proqnostik model arasında əks əlaqə təmin edilir.
Proqnozlaşdırma obyektinin qiymətləndirilməsi determinləşmə (müəyyənlik) və qeyri-müəyyənlik aspektlərinin birləşməsinə əsaslanır.
İqtisadi və sosial inkişafın obyektiv variantlarının aşkarı.
Müəyyən qərarların əsaslandırılmış şəkildə seçilməsi üçün elmi materialların toplanması.
Proqnozlaşdırma funksiyalarının reallaşması iki yanaşma: axtarış və normativ yanaşma əsasında həyata keçirilir.
PROQNOZLAŞDIRILMANINİNFORMASİYATƏMİNATI - Proqnozlaşdırma prosesi mahiyyətcə, informasiyanın işlənməsi prosesidir: girişdə – obyekt, hadisə və prosesin keçmişi haqqında informasiyalar, çıxışda isə – onların gələcəyi haqqında ehtimal olunan məlumatlar olur.
Proqnozlaşdırmada əsas vəzifələrdən biri də daxil olan informasiyanın analizidir. İlkin informasiyalar bütünlüklə yoxlanılmalıdır, belə ki, doğru olmayan məlumatlar doğru olmayan nəticəyə gətirib çıxarır.
Proqnozlaşdırma obyekti haqqında retrospektiv informasiyaların analizində kəmiyyət və keyfiyyət informasiyalarının dəqiq ayrılması nəzərdə tutulur.
Əgər kəmiyyət informasiyası lazımi dərəcədə etibarlıdırsa, o, dəqiq riyazi üsul və modellərin istifadəsinə, etibar olunan intervalların göstərilməsilə birlikdə vəziyyətin inkişaf tendensiyasının müəyyən dəqiqliklə təyin olunmasına və sairəyə imkan yaradır.
Uğurlu proqnozun hazırlanması üçün proqnozlaşdırma obyektinin daxili şəraitini, onun xüsusiyyətlərini və inkişaf dinamikasını analiz etmək lazımdır, bu isə daxili şəraiti xarakterizə edən kəmiyyət informasiyasına malik olduqda mümkündür.
Xarici şəraitin proqnozunun hazırlanmasında informasiya kəmiyyət və keyfiyyət informasiyalarına bölünməlidir.
Daxili və xarici şəraitin ən çox ehtimal olunan dəyişmələri haqqındakı informasiyalar analitik qrup tərəfindən keçirilən ekspertiza üçün istifadə olunur.
İlkin informasiya və o cümlədən, ekspertlər tərəfindən alınan informasiya bilavasitə proqnozun hazırlanmasında istifadə edilir.
Potensial obyekt tərəfindən təqdim olunan ümumiləşdirilmiş məlumatlarda aşağıdakılar olmalıdır:
texnoloci parametrlərin pozulmalarının miqdarı (nəzarət olunan parametrlərin miqdarına nisbətən, faizlə);
əsas qurğuların istismarında baş verən pozulmaların növlər üzrə miqdarı və xarakteri;
nəzarət, nizamlayıcı və qəza əleyhinə mühafizə vasitələrində baş vermiş pozulmaların miqdarı;
elektrik, istilik, qaz və su təchizatında baş vermiş pozulmaların miqdarı;
təmir və s. işlərdə baş vermiş pozulmaların miqdarı (görülən işlərin ümumi sayına görə faizinin göstərilməsi ilə birlikdə);
FH-ların mümkün yaranma səbəbləri haqqında nəticələr.
FH-ların proqnozlaşdırılması üçün daxil olan informasiyalar bir neçə filtrdən keçir.
İlkin olaraq informasiyalar keçmişə və gələcəyə əsaslanan filtrdən (birinci filtr) keçirilir, münasib, uyğun, doğru, düzgün və dəqiq olanlar saxlanılır.
İkinci filtr psixoloci filtrdir. Bu filtrin mahiyyəti ondan ibarətdir ki, daxil olan informasiya onun strateci yeniliyi nəticəsində qəbul olunmur.
Üçüncü filtr daxil olan informasiyanın yolunda rəhbərlik ierarxiyası (aşağı rütbəli rəhbərlərin yuxarı rütbəli rəhbərliyə tabeliyi) yaradır, belə ki, əgər rəhbərlik lazımi hakimiyyətə malik deyilsə, o, informasiyanın aktuallığını rəsmi olaraq qəbul edə bilməz.
Dördüncü filtr ondan ibarətdir ki, son zamanlar informasiyalara çox qiymətli strateci məhsul kimi baxırlar və qapalı saxlanılır. Lakin qeyd etmək lazımdır ki, FH-lara aid informasiyanın ötürülməsində istənilən yubanma əxlaqdan uzaq olmaqla bərabər, cinayətdir.
Daxil olan informasiyanın qiymətləndirilməsi və prioritetinin təyin olunması əsas problemlərdən biridir. Daxilolaninformasiya 4 əsasistiqamətdəişlənir: