Müşahidə intervalı – proqnozlaşdırılan qiymətin indiki ana qədər davranış tərzi barədə statistik məlumatlara malik olan digər sərbəst dəyişən kəmiyyətin dəyişmə müddəti və ya dəyişmə intervalıdır.
Fövqəladə hallara səbəb olan təhlükəli təbii və texnogen xarakterli hadisələr, proseslər, xarici destabilləşdirici amillər, onların yaranma səbəbləri, baş vermə vaxtı, yeri, təsir miqyası, inkişaf xarakteri və nəticələri proqnozlaşdırma predmeti hesab olunur.
Proqnozlaşdırma obyekti – vəziyyəti haqqında proqnoz verilən proses, hadisə və ya sistemdir. Proqnozlaşdırılan obyektin xarakteristikası – onun hər hansı bir xassəsinin kəmiyyət və keyfiyyətcə əks etdirilməsidir.
İnsanın dərketmə qabiliyyətinə, əməli fəaliyyətinə təsir edən hadisələr, proseslər və ya sistemlər proqnozlaşırma obyektləri ola bilərlər. Obyektin təbiətindən asılı olaraq proqnozlaşdırma obyektləri sosial, elmi-texniki, iqtisadi, hərbi-siyasi və s. növlərə bölünürlər.
Proqnozlaşdırma obyektləri determinləşmə (determinizm – təbiət və cəmiyyətdəki bütün hadisələrin obyektiv qanunauyğunluqdan və səbəbiyyət şərtlənmədən asılı olduğu haqqında fəlsəfi nəzəriyyə) dərəcəsinə görə aşağıdakılara bölünürlər:
determinləşmişlər (müəyyənləşmiş və ya qabaqcadan xəbər verilən), təsviri proqnozlaşdırma tapşırıqları üçün əhəmiyyətli informasiya itkisi olmadan determinləşmiş formada verilə bilər;
stoxastik (ehtimal edilən), hansıların ki, proqnozun dəqiqliyinin tələblərini təmin etmək üçün analiz və proqnozlaşdırılmada təsadüfi tərkib hissələrinin hesabı lazım olur;
qarışıq, təsviri determin və stoxastik şəkildə mümkündür.
Proqnozlaşdırma obyektləri vaxtdan asılı olaraq inkişaf xarakterinə görə aşağıdakı növlərə bölünürlər:
diskret (fasiləli) obyektlər, hansıların ki, requlyar təşkiledicisi (trend) vaxtın qeyd olunmuş momentlərində sıçrayışlarla dəyişir;
aperiodik obyektlər, requlyar təşkiledicisinin təsviri vaxtın fasiləsiz funksiyası şəklində olur;
dövri obyektlər, requlyar təşkiledicisinin təsviri vaxtın dövri funksiyası şəklində olur.
İnformasiya təminatına görə proqnozlaşdırma obyektləri aşağıdakı nölərə bölünürlər:
kəmiyyət informasiyası ilə tam təmin olunmuş obyektlər, hansılar üçün ekstrapolyasiya və ya statistik metodunun reallaşması üçün retrospektiv kəmiyyət informasiyası kifayətedici həcmdə vardır;
kəmiyyət informasiyası ilə tam təmin olunmayan obyektlər;
retrospektiv keyfiyyət informasiyası olan obyektlər, kəmiyyət informasiyası yoxdur və ya məhduddur;
retrospektiv informasiyaya tamamilə malik olmayan obyektlər (bir qayda olaraq, belə obyektlər layihələndirilən və tikilən obyektlər olur).
I halda statistik metod müvəffəqiyyətlə tətbiq edilir. II halda da statistik metod tətbiq edilir, lakin burada proqnozun dəqiqliyi azalır. III və IV hallarda ekspert metodundan istifadə olunur.
MÖVZU 12
FÖVQƏLADA HALLARDA PROQNOZLAŞDIRMANIN MAHİYYƏTİ, MƏQSƏDİ, TAPŞIRIQLARI, PRİNSİPLƏRİ VƏ FUNKSİYALARI
Dostları ilə paylaş: |