ilkin verilənlərin təmsil edilməsinin qiymətləndirilməsi qaydası;
proqnozun alqoritmi (nəticələrin doğruluğunun qiymətləndirilməsi daxil olmaqla), proqram təminatına və texniki təminata olan tələblər;
çıxış verilənlərinin siyahısı.
MÖVZU5
PROQNOZLAŞDIRMAMETODLARI Proqnozlaşdırma metodları. Ekspert proqnozlaşdırma metodları Proqonzlaşdırma metodu dedikdə retrospektiv verilənlərin, proqnozlaşdırma obyektinin eksogen (xarici) və endogen (daxili) əlaqələrinin analizi və həmçinin onların baxılan hadisə, yaxud proses çərçivəsində ölçülməsi əsasında obyektin gələcək inkişafı haqqında etibarlı və doğru fikir söyləmək imkanı verən üsul və yollar başa düşülür. Fövqəladə halların proqnozlaşdırılması müxtəlif fövqəladə halların tədqiqatında verilənlərin analizi əsasında həyavta keçirilir.
Hal-hazırda 200-dən çox (bəzi ədəbiyyatlarda 150-200) proqnozlaşdırma metodu mövcuddur, praktikada isə onlardan 15-20-si istifadə olunur.