Formallaşdırma dərəcəsinə görə proqnozlaşdırma metodları ekspert (intiutiv və bəzən, evristik) və faktoqrafik (formallaşdırılmış) üsullara bölünürlər. Praktikada bu üsulların birgə tətbiqindən – birgə yanaşmadan da istifadə olunur.
Ekspert metodu ekspertlərin intuisiyasına, təxəyyülünə, biliyinə və təcrübəsinə əsaslanan metoddur.
Ekspertlərə təyin olunmamış parametrlərlə və öyrənilməmiş xassələrlə xarakterizə olunan obyektin vəziyyəti və gələcəkdə özünü aparması haqqında suallara cavab vermək təklif olunur. Ekspert qiymətləri müəyyən bir vaxt kəsiminə aid olan hadisələrin keyfiyyət xarakteristikaları və ya kəmiyyət qiymətləri şəklində formalaşdırılır. Burada ekspertlər tərəfindən istifadə edilən qiymətləndirmə şkalası böyük əhəmiyyət kəsb edir. Optimal qiymətləndirmə şkalası nisbətən kiçik dərəcə qiymətlərinə malik olmalıdır (3-dən 8-ə qədər) və hər bir dərəcəyə müəyyən ehtimal intervalı aid edilir. Bunlardan savayı hər bir dərəcə qısa mətnli keyfiyyət xarakteristikası ilə də müşahidə olunmalıdır. Ekspert metodunun çatışmayan cəhəti alınan qiymətlərin düzgünlüyünə zəmanətin olmaması, ekspertlər sorğusunun keçirilməsinin və alınmış məlumatların işlənməsinin çətin olmasıdır.
Ekspert qiymətləndirmə metodları aşağıdakı hallarda tətbiq olunur:
retrospektiv keyfiyyət informasiyası var, kəmiyyət informasiyası yoxdur və ya məhduddur;
proqonzlaşdırma obyektinin mürəkkəbliyi səbəbindən bir-çox amillərin təsirini nəzərə almaq mümkün deyil və ya proqonzlaşdırma obyekti haqqında olan informasiyalar yüksək dərəcədə qeyri-müəyyəndir.
retrospektiv informasiya tamamilə yoxdur (bir qayda olaraq, belə obyektlər layihələndirilən və tikilən obyektlər olur).
Fərdi ekspert qiymətləndirməmetodlarının əsasını ekspertlərin fərdi bacarıqlarından maksimum istifadə imkanı və onlara psixoloci təzyiqin olmaması (yaxud cuzi olması) prinsipləri təşkil edir.
Fərdi ekspert metodlarına müsahibə formasında aparılan sorğu metodu («müsahibə» metodu) və analitik metodlar qrupu aiddir.
Əkszehnihəmləmetoduözündəideyageneratorlarıkollektivininiki «zehnihəmləsi»nibirləşdirir: birinci – tədqiqolunanobyektinnöqsanlarınınsərbəstaşkaredilməsi, ikinci – aşkarolunmuşnöqsanların, çatışmamazlıqlarınaradanqaldırılmasıvəyeniideyalarınaxtarışıüçündür. Kollektiv «zehnihəmlənin» beləbölünməsionunməqsədyönlülüyünüartırır, axtarışadahakonkretxarakterverir.
Kütləvi (qrup) zehnihəmləmetoduideyalarıngenerasiyasıprosesiniparalelləşdirir. İkiqatzehnihəmləmetoduikizehnihücumuvəikiideyanınqiymətləndirilməsimərhələsiardıcıllığınıtəşkiledir.
Anketləşdirməmetodupraktikiproqonzlaşdırmadagenişyayılıb. O, sadəolmaqlabərabər, birneçəekspertinrəyininəzərəalmağa, tədqiqolunanobyektininkişafıhaqqındaobyektivekspertqiymətlərininalınmasınaimkanyaradır.