Mövzu 14 Azərbaycanda turizmin inkişafı.
1. Azərbaycanda turizm sektorunun ümumi xarakteristikası və turizmin növləri
2. Azərbaycanda turizmin inkişafnın mövcud vəziyyəti.
3.Azərbaycanda qış turizminin inkişafı.
4.İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı
5. Azərbaycanın turizm sektorunun strateji hədəfləri.
1. Azərbaycanda turizm sektorunun ümumi xarakteristikası və turizmin növləri
Turizm - fransız sözü olub, hərfi mənası səyahət, gəzinti deməkdir. Bu, adətən, aktiv istirahət növü olub, özündə ətraf mühitin öyrənilməsi, bu və ya digər bölgənin təbii şəraiti, xalqın adət və ənənəsini öürənmək üçün ən gəlirli və gözəl idman növüdür. Bu zaman ölkələr xeyli biznes əldə edirlər. Turizm öz kökünü əsrin dərinliklərindən almışdır. Bütün dövrlərdə insanlar turist gəzintilərində olmuşlar. Onlar adətən, öz yaşadıqları yerdən yüz kilometrlərlə uzaq məsafədə olurdular.
Turizmin iqtisadiyyatın gəlirli sahəsinə çevrilməsi üçün iki əsrə yaxan vaxt keçmişdir. O, nəinki iqtisadiyyatın, eyni zamanda elm və mədəniyyətin də inkişafına xeyli koməklik göstərmişdir. İnsanlar elmin nailiyyətlərini, texniki və mədəni fəaliyyəti beynəlxalq turizmin köməkliyi ilə bir-birinə inteqrasiya edirlər. Bu zaman ticarət əlaqələri artır, xalqların həyat səviyyəsi yüksəlir.
20-ci əsrdə baş verən sosial və iqtisadi dəyişikliklər nəinki yer kürəsinin simasını dəyişdirmişdir, hətta, sənaye və mədəni münasibətlərdə daha da inkişaf etmişdir. Buda turizmin inkişafına şərait yaratmışdır. Turizm sahəsində dünya təcrübəsinin öyrənilməsi göstərir ki, insan fəaliyyətinin bu sahəsi iqtisadiyyatın inkişafı ilə bərabər xarici kapitalın ölkəyə axınına kömək edir, komunikasiya, nəqliyyat sisteminin inkişafına səbəb olur.
Turizm millətlərin yaxınlaşmasına, onların elm, texnika, mədəniyyət sahəsində təcrübəsinin mübadiləsinə, siyasi sabitliyə şərait yaradır.
Dünya təsərrüfatının ən gəlirli və səmərəli sahələrindən olan turizm iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Məsələn, hazırda dünyada ümumi milli məhsulun 10%-ə qədəri turizmin payına düşür, dünya ixrajatının 8%-i və ticarət xidmətinin 30-35%-i beynəlxalq turizmin hesabına əldə edilir. Bundan başqa, turizmin inkişafı sosial problemlərinr həllində də mühüm rol oynayır.
Hazırda bütün dünyada istirahət və turizmin müxtəlif formaları genişlənməkdədir. Bu formalar
aşağıdakılardır:
İşgüzar turizm. Turizmin bu forması hər hansı işgüzar məqsədlə
müəyyən bir ölkənin sosial-iqtisadi vəziyyəti, təbii resursları, siyasi stabilliyini, eyni zamanda mədəni spesifikliyini öyrənmək üçün ölkəyə gələn əcnəbi turistləri əhatə edir.
Elmi-lisenziyalı turizm. Bu növ turizm hər hansı bir arxeoloji
qazıntılar, tarixi-mədəniyyət abidələrinin üzərində aparılan tətqiqat işləri, coğrafi landşaftları öyrənmək məqsədilə müəyyən müddətdə ölkəyə gələn alimlərin fəaliyyəti ilə əlaqədardır.
Etnoqrafik turizm. Bu xalqın həyat tərzi, mentaliteti, adət və
ənənələrini, mədəniyyət və incəsənətini yaxından öyrənmək məqsədilə ölkəyə gələn turistlərin fəaliyyətini əhatə edir.
Ekoturizm. Ekoloji cəhətdən təmiz, hüquqi cəhətdən mühavizə
olunan təbiət güşələrində turistlərin istirahətini ifadə edir. Ekoturizm əsasən adamların təbiət qoynunda, təbiətlə sıx təmasda dincəlməsinə əsaslanır.
Müəyyən mədəni - tarixi hadisələrlə əlaqədar turizm. Turizmin bu
forması mədəni-kütləvi tədbirlər (festival, müqavilə, bayramlar və s.) və idman yarışları ilə əlaqədar böyük turizm kütləsinin ölkəyə gəlməsinə əsaslanır.
İstirahət günü marşrutları. Bunu sosial turizm də adlandırmaq olar.
İstirahət günü marşrutları dedikdə ayrı-ayrı əmək kollektivləri və ailələrin istirahət günlərində şəhər kənarına, istirahət mərkəzlərinə, turist düşərgələrinə qrup şəklində qısa müddətlə gəzintiyə çıxması nəzərdə tutulur. Belə turist marşrutlarında ölkəyə gələn əcnəbi qonaqlarda iştirak edirlər. Maliyyə cəhətdən az xərc tələb edən turizmin bu forması insanların mənəvi inkişafına müsbət təsir edir. Buna görə də sosial - iqtisadi çətinliklər şəraitində insanların mənəvi deqradasiyasının qarşısını almaq, adamları yaşamağa ruhlandırmaq və öz mənəvi-fiziki qüvvələrini bərpa etmək üçün hazırda turizmin bu formasına diqqət yetirilməsini məqsədəuyğundur.
Bu gün Azərbaycanda 50-yə yaxın milli və bir neçə xarici turist müəssisəsi mövcuddur. Bu müəssisələr Yunanıstan, Türkiyə, İran, BƏƏ, Pakistan, Çin, Mərakeş, Böyük Britaniya, Misir, Polşa, Fransa və bir sıra MDB ölkələri ilə turizm sahəsində əməkdaşlıq edirlər. Azərbaycan Qara Dəniz Əməkdaşlıq Şurasının, Avrasiya Beynəlxalq turist Assosiasiyasının üzvüdür.
Azərbaycan beynəlxalq sərgilərdə, yarmarkalarda, birjalarda iştirak etməklə avropa və dünya turizm birliyinə qoşulur. Öz turizm məhsullarını təklif etməklə Bakıda Azərbaycan İpək Yolunun marşrutu üzrə (Bakı, Şamaxı, Şəki, Balakən, Gürcüstan) dünyanın turizm bazarına çıxır.
Respublikanın şərqində yerləşən zəngin arxitektura və tarixi abidələrlə, muzeylərlə, gəzməli yerlərlə zəngin olan Abşeron-Qobustan turist subregionu turizmin inkişafı üçün əlverişlidir. Ölkənin paytaxtına yaxınlığı, gözəl mehmanxana, zəngin istirahət yerləri ilə məşhur olan, Xəzər dənizinin sahillərində yerləşən bu subregiyon xaricləri daha çox cəlb edir. Hər tərəfi yüksək divarlarla əhatə olunmuş İçəri Şəhər öz tarixi abidələri ilə zəngindir. Burada, Şirvanşahlar Sarayı, Qız Qalası kimi tarixi abidələr respublikamıza gələn hər bir turistin diqqətini cəlb edir. Şəhərin özündə və ondan kənarda bir sıra dini abidələr var ki, onlar da xarici turistlərin diqqətini daha çox cəlb edirlər.
Dostları ilə paylaş: |