Bakı Dəniz Ticarət Limanı. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra, 1992-ci ildə yanvar ayının 1-dən etibarən Bakı Dəniz Ticarət Limanı Xəzər Dəniz Gəmiçiliyinin strukturundan çıxaraq müstəqil müəssisə olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 saylı qərarı ilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünü maliyyələşdirmə prinsipləri əsaında fəaliyyət göstərir.
Liman il boyu günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında işləyir. Liman 5 terminaldan ibarətdir: əsas yük terminalı, konteyner terminalı, bərə terminalı, dübəndi neft terminalı və sərnişin terminalı.
Dostları ilə paylaş: |