Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı


Azərbaycanda qış turizminin inkişafı



Yüklə 109 Kb.
səhifə32/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
9-cu müh sonra Office Word (1)

3. Azərbaycanda qış turizminin inkişafı
Məlum olduğu kimi, ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması zərurəti yaranmışdır. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasındakı “Şahdağ” Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənəcəkdir. Kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılmış və 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuşdur. Bu nəhəng obyektin tikintisi zamanı ölkə başçısının görülən işlərlə yerində tanış olması məqsədilə həyata keçirdiyi səfərlər dövlət tərəfindən turizmə göstərilən qayğının bariz nümunəsidir.

“Şahdağ” Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Dünyada ən mükəmməl layihələrdən biri olan “Şahdağ” Yay-Qış Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır.

Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Ölkə Prezidenti cənab İlham Əliyev Qusar rayonuna səfərləri çərçivəsində kompleks ərazisində həm 2012-ci ildə, həm 2013-cü ildə bir neçə hotelin açılışında iştirak etmişdir.

Azərbaycanda qış turizm sənayesinin yaradılması və inkişaf etdirilməsi məqsədilə “Şahdağ” Yay-Qış Turizm Kompleksinin ilkin mərhələdə istifadəyə verilmiş hissəsində 2012-2013-cü ilin qış mövsümündən qonaqların qəbuluna başlanılmışdır. İndiyədək təxminən iki yüz minə yaxın yerli və əcnəbi turist kompleksə səfər etmişdir.

Əvvəllər Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir: Qusardakı “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda təkcə yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.


Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin