Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı


Azərbaycanın nəqliyyat sistemi və nəqliyyat kompleksinin inkişafı



Yüklə 109 Kb.
səhifə2/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   2   3   4   5   6   7   8   9   ...   50
9-cu müh sonra Office Word (1)

1.Azərbaycanın nəqliyyat sistemi və nəqliyyat kompleksinin inkişafı.
Yol hələ qədim dövrlərdən bəşəriyyətin diqqət mərkəzindədir.

Yol və nəqliyyat öz təkamülündə uzun və əzablı bir yol keçmişdir. Min illər boyu insan və heyvan izlərinin kortəbii olaraq həkk edildiyi daşlı-kəsəkli yollar və indiki gözlə baxdıqda primitiv görünən, lakin o zaman inqilabi yenilik olan nəqliyyat vasitələri, insanlar, yaşayış məntəqələri arasında əlaqə yaratmış, maddi və mənəvi alış-verişin bünövrəsini qoymuşdur. Sonralar isə sistemli şəkildə salınan yollar və nəqliyyat vasitələrində baş verən inqilabi yeniliklər şəhərləri, ölkələri, qitələri birləşdirərək insanlığın vəhdətini təmin etmiş, cəmiyyətin təkamülünə daha ciddi təkan vermişdir.

Çox vaxt hərbi məqsədlərlə çəkilən yollar dövlətlərin, nəhəng tarixi imperiyaların hərbi və iqtisadi gücünün mühüm göstəricisi olmuşdur və onların hegemonluğunu təmin etmişdir.

XX əsr yol təsərrüfatının və ümumiyyətlə nəqliyyatın inkişafında da inqilabi dəyişikliklər gətirdi. Beləki, 1830-cu ildə bütün dünyada cəmi 200 km Dəmiryolu olduğu halda 140 il sonra onların uzunluğu 1374 min km-ə çatdırıldı. XX-əsrin sonunda Dəmiryolu ilə daşımaların həcmi XIX-cu əsrin sonlarına nisbətən 8 dəfə, 1870-ci ilə nisbətən 22 dəfə artmışdır. Avtomobil yolları ilə yük daşımaları daha böyük sürətlə (XX-ci əsrin sonunda 1910-cu ilə nisbətən 1670 dəfə) artmışdır. Bütün bunlar isə elmi-texniki inqilabla yanaşı insan həyatını köklü sürətdə dəyişdirdi

Tamamilə aydındır ki, bol təbii sərvət potensialına malik olan Xəzər hövzəsi və Qafqaz ölkələrinin gələcək sosial-iqtisadi tərəqqisi həlledici dərəcədə onların ümumdünya təsərrüfatı sisteminə fəal və səmərəli qoşulması prosesindən asılıdır.

Aydındır ki, müasir dövrdə tərəqqinin həlledici amili neft və qaz, təbii sərvətlər ehtiyatı deyil, intellektual və elmi-texniki ehtiyatlardır. Bu eh­tiyatlar isə yalnız min illər ərzində toplanmış dünya təcrübəsindən intensiv is­ti­fa­­də etmək və beynəlxalq əlaqələr sistemində fəal iştirak etməklə inkişafın əsil hə­­rəkətverici qüvvəsinə çevrilə bilər.

Nəqliyyat sektoru sənaye, daxili və xarici ticarət, turizm və ümümiyyətlə iqtisadiyyat və əhali üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənaye mallarının istehsalı üçün xammal və digər maddələrin sənaye obyektlərinə və hazır məhsulun istehlakçıya səmərəli şəkildə çatdırınlası nəqliyyatın işidir.

Azərbaycanda nəqliyyatın aşağıdakı növləri mövçuddur:




Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin