Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı



Yüklə 109 Kb.
səhifə3/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   2   3   4   5   6   7   8   9   ...   50
9-cu müh sonra Office Word (1)

Dəmiryol nəqliyyatı. Neft sənayesinin sürətli inkişafı və kapitalist münasibətlərinin genişlənməyə başlaması Azərbaycanda hələ XIX əsrin ikinci yarısından kütləvi yük daşıma qabiliyyətinə malik olan dəmiryol nəqliyyatının yaradılmasını sürətləndirmişdir. Azərbaycanda uzunluğu 20 km olan ilk dəmiryolu 1878-1880-ci illərdə tikilmişdir. Bu Bakını Sabunçu və Suraxanı qəsəbələri ilə birləşdirirdi. 1883- cü ildə Baki-Tbilisi magistral dəmiryolu (500 km) istismara verilmiş, Azərbaycan neftinin Avropa bazarına çıxarılmasını təmin etmişdir. 1890-cı ildə dəmiryolu Bakını Dərbənd ilə (211 km) birləşdirmişdir ki, bu da digər ölkələrlə iqtisadi əlaqələrin təşkil edilməsinə imkan yaratmışdır. Sovet hakimiyyəti yarandıqdan sonra müvcud dəmir yolları bərpa edilib, yenidən quruldu, yeni xətlərin çəkilişinə başlandı. SSRİ-də ilk dəfə 1926-cı ildə Bakı-Sabunçu arasında uzunluğu 20 km olan elektrikləşdirilmiş dəmiryolu işə salındı. 1941-1945-ci illərdə Bakı-Culfa dəmiryolunun (628 km) tikintisi başa çatmışdır. Bu yol Azərbaycanı Naxçıvan Muxtar Respublikası və İranla birləşdirmişdir. Bundan başqa bir neçə dəmiryolu qolları da tikilmişdir. 1990-cı ildə magistral dəmir yollarının uzunluğu 2. 12 min km olmuşdur ki, bu da 1913-cü ildəkindən

2.5, 1940-cı ildəkindən isə 1.6 dəfə çox idi. Dəmir yollarının yarıdan çoxu elektrikləşdirilmişdir.




Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin