Azərbaycan hava yolları. Azərbaycan Respublikasında sərnişin aviadaşımalarının tarixi bizi 1923-cü ilə, Bakı ilə Tiflis arasında Almaniyada istehsal olunmuş “Yunkers” tipli hava gəmilərlə sərnişindaşınma ilə başladı. Azərbaycan Respublikasının 1991-ci ildə əldə etdiyi müstəqillliyindən əvvəl “Azərbaycan Hava Yolları” (AZAL) “Aeroflot”-un bir hissəsi idi. Indi isə müstəqil Azərbaycanın milli aviaşirkəti kimi “Azərbaycan Hava Yolları” beynəlxalq aviadaşımalar bazarında öz müştərilərinə İCAO və İATA-nın standartlarına və təkliflərinə uyğun olan yüksək səviyyəli xidmət göstərir. Coğrafi mövqe üstünlüyünə və yüksək səviyyəli xidmətlərinə görə Bakı beynəlxalq hava limanı sürətlə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit və transfer uçuşlarının gərgin qovşağına çevrilməkdədir.