- Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi - Son 15-20 il ərzində dünyanın müxtəlif regionlarında bir sıra beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin yaradılması prosesləri intensiv inkişaf etmişdir. Belə layihələrdən biri də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir (ŞCBND).
ŞCBND- 2000-ci il sentyabr 12-də Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan hökümətləri arasında razılaşmaya əsasən yaradılmışdır.
ŞCBND-nın əsas məqsədlərinə- yük və sərnişin daşımalarının təşkilndə nəqliyyat əlaqələrinin səmərəlliyinin artırılması, üzv ölkələr arasıında bütün növ nəqliyyat vasitələri üzrə intensivliyin təmin olunması, nəqliyyat vasitələrinin hərəkərinin təhlükəsziliyi üçün daha effektivli tədbirlərin görülməsi və beynəlxalq nəqliyyatın inkişafı üçün razılaşdırılmış siyasətin formalaşdırlması daxildirlər.
Keçən dövr ərzində ŞCBND-nin üzvləri artmış və bir çox ölkələr bu sazişə qoşulmuşalar (Oman, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan, Qirğızıstan və Suriya). 2005-ci il sentyabr ayının 20-də imzalanmış Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz “Şimal-Cənub” benəlxalq nəqliyyat dəhlizi haqqında” Sazişə qoşulmuşdur.
Azərbaycanın bu layihədə iştirakı güclü perspektivlərlə bağlıdır. Belə ki, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan ərazisindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmiryolu amili vardır və bu ölkəmiz üçün olduqca böyük iqtisadi səmərə verə bilər. Layihəyə görə , dəhlizin Azərbaycan ərazisindən keçən dəmiryolu hissəsinin uzunluğu 511 km-dir. Layihədə Bakı- Astara dəmiryolu xəttinin İran –Astara dəmiryolu xətti ilə birləşdirilməsi yer almışdır. Layihədə avtomobil yolu sahəsində Bakı dairəvi avtomobil yolunun tikintisi , Bakı-Ələt , Bakı-Quba- Rusiya sərhədi, Ələt- Astara-İran sərhədi və s istiqamətlər üzrə avtomobil yollarının dünya standartları səviyyəsində qurulması nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |