17-ci əsrdə indiki görkəmini alan Atəşgah orta əsrlərdən başlamış bütün atəşpərəstlərin ziyarət yerinə çevrilmişdir. Hazırda ölkəmizə gələn bütün turistlərin ziyarət etdikləri tarixi abidələr içərisində Atəşgah diqqəti daha çox cəlb edir. Bu tarixi abidə Bakıdan azacıq kənarda, Suraxanıda yerləşir. Bundan əlavə, Şüvələnda, Nardaranda, Buzovnada və Şıxovda yerləşən bir sıra dini ziyarət yerləri də turistlərin diqqətini hər zaman cəlb etmişdir. Bunlardan əlavə, subregionda bir sıra sanatoriya-turist kompleksi vardır. İlk sanatoriya 1920-ci ildə Mərdəkanda tikilib.
Dostları ilə paylaş: |