- tikintidə 25-ə qədər, nəqliyyatda 15-ə qədər,
-ticarət və xidmət sahəsində isə 10-a qədər olan müəssisələrdir.
Bu müəssisələrdə idarəetmə sərbəstdir, idarəedici sahibkar ola bilir, müəssisənin səmərəsi bir şəxsə və ya kiçik qrupa mənsubdur, müəyyən bir ərazidə fəaliyyətdədir, Sahibkar və işçilər ərazidə yaşayanlardır, əsas göstəriciləri orta böyüklükdə olan müəssisələrdən aşağıdır.
Azərbaycanda isə Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinin təsnifatı aparılan zaman kiçik müəssisələrə işçilərinin orta illik sayı sənaye və tikintidə 50 nəfərə, kənd təsərrüfatında 25 nəfərə, topdan satışda 15 nəfərə, pərakəndə satış, nəqliyyat, xidmət sferalarında 10 nəfərə qədər olanlar, illik dövriyyəsi isə sənaye və tikintidə 500 min manata, kənd təsərrüfatında 250 min manata, topdan satışda 1 milyon manata, pərakəndə satış, nəqliyyat, xidmət sferalarında 250 min manata qədər olanlar aid edilir.
Avropa Birliyində isə kiçik sahibkarlıq subyektlərinə içilərinin sayı 50 nəfərə qədər, illik dövriyyəsi və ya aktivlərinin balans dəyəri 10 milyon avroya qədər olanlar şamil olunur.
Kiçik müəssisələr yalnız istehlak sferasında deyil, həm də ayrı-ayrı qovşaqların və kiçik mexanizmlərin, yarımfabrikatların və digər elementlərin istehsalı sferasında da səmərəlidir. Son məhsul istehsalı üçün zəruri olan bu elementlərin istehsalı iri müəssisələr üçün sərfəli deyildir. Bütün bunlar hamısı cəmiyyətin iqtisadiyyatında kiçik müəssisələrin yeri və rolunun müəyyən edilməsinə kompleks yanaşılması zəruriliyini əsaslandırır. Kiçik sahibkarlığın böyük ehtiyatları vardır ki, bunu da Azərbaycan Respublikasının iqtisadiyyatının dirçəlişinə yönəltmək olar.
Dostları ilə paylaş: |