Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı


Mövzu 12. Kiçik biznesin inkişafı



Yüklə 109 Kb.
səhifə24/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   ...   20   21   22   23   24   25   26   27   ...   50
9-cu müh sonra Office Word (1)

Mövzu 12. Kiçik biznesin inkişafı

Plan:


1.Kiçik orta sahibkarlığın (KOS) mahiyyəti və ölkə iqtisadiyyatında rolu

2.İnhisarcılığın ləğvi–iqtisadiyyatın sabitləşməsinin əsas şərti kimi.

3. Kicik müəssisələrin üstünlükləri və çatışmazlıqları

1.Kiçik orta sahibkarlığın (KOS) mahiyyəti və ölkə iqtisadiyyatında rolu

Mövcud olduğu 70 il ərzində Sovet sistemində bütün müəssisələr ictimai mülkiyyət adı altında fəaliyyət göstərirdi. Sovet sisteminin dağılması ilə xüsusi mülkiyyət anlayışı meydana cıxdı ki, burada da kicik müəssisələrin yaranmasına imkan yaratdı.İqtisadiyyatın inkişafında kicik müəssisələrin rolunun əhəmiyyəti danılmazdır. Bununla yanaşı, kicik müəssisələr öz fəaliyyətləri zamanı bir sıra cətinliklərlə üzləşir. Maddi-texniki və maliyyə cəhətdən kifayət qədər resurslara malik olmaması bu müəssisələrin əsas catışmazlığıdır. Xalq təsərrüfatının bu yeni sahəsinin inkişafı, məlumdur ki, sıfırdan başlayır.

Məlumdur ki, kiçik müəssisələr iri müəssisələrə nisbətən daha tez ixtisaslaşa bilir, ölkədə baş verən hər bir iqtisadi dəyişikliyə çevikliklə cavab verir, o qədər də ixtisas tələb etməyən kadrlarla işləyə bilir.

Çox vaxt deyirlər: «Sahibkar doğulmalıdır». Bu fikrə etipaz etmək olmaz. Lakin, bununla da tam razılaşmaq mümkün deyildir. Çünki, cəmiyyətimizə lazım olan sayda sahibkar doğulmur. Mövcud olan və yeni sahibkarlar isə müəyyən iqtisadi-təşkilati, maliyyə və s. biznes fəaliyyəti üçün zəruri olan biliklərə yiyələnməlidirlər.

Sovet dövlətinin 70 il ərzində sıradan çıxardığı iqtisadi sistem Azərbaycanda müstəqillik illərində cəmi 15 il ərzində bərpa olundu. Sahibkarlığın cəmiyyətdə rolu xeyli möhkəmlənmişdir və bu təbəqənin ictimai həyatda aparıcı rolu hamı tərəfindən qəbul olunur. Bazar münasibətləri insanların öz uğurları, öz ziddiyyətləri və çətinlikləri ilə düşüncə tərzində də inqilabi dəyişikliklərə yol açmışdır.

Kiçik müəssisələr bir və ya bir neçə fəaliyyət növünü yerinə yetirərək xalq təsərrüfatının bütün sahələrində və sferasında öz fəaliyyəftini həyata keçirirlər. Lakin, qeyd etmək lazımdır ki, ayrı-ayrı fəaliyyət növləri dövlət müəssisələrində yerinə yetirilir və bir sıra əmtəələrin istehsalı yalnız xüsusi icazə (lisenziya) əsasında həyata keçirilə bilər. Kiçik müəssisələr öz təsərrüfat fəaliyyətlərini həyata keçirməkdə, buraxılan məhsula sərəncam verməkdə, vergilər və digər məcburi ödəmələri ödədikdən sonra yerdə qalan mənfəət məbləğinə sərəncam verməkdə müstəqildildirlər.

Təşkilati-hüquqi formalardan asılı olaraq, müəssisələrin maliyyə resurslarının formalaşması mənbələri mənfəətdir, amortizasiya ayırmalarıdır, qiymətli kağızlar satışından alınan vəsaitdir, əmək kollektivlərinin pay və digər rüsumlarıdır, həmçinin kreditlər və qanunvericiliyə zidd olmayan digər daxilolmalardır.

Pul vəsaitini saxlamaq; bütün növ hesablaşma, kredit və kassa əməliyyatlarını həyata keçirmək üçün müəssisələr istənilən bankda hesablaşma və digər hesablar açır. Müəssisənin qeydiyyatdan keçdiyi yer üzrə bank və ya onun şöbəsi müəssisənin tələbi üzrə hesablaşma hesab açmağa borcludur.

Müəssisə kredit müqavilələrinə əməl etməkdə və hesablaşma intizamına əməl etməkdə tam məsuliyyət daşıyırlar.

Hesablaşma üzrə öz öhdəliklərini yerinə yetirə bilməyən müəssisə məhkəmə qarşısında iflas olunmuş elan edilir. ( Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının qanunu.)

Kiçik müəssisələr ümumi əsaslarla xarici tərəfdaşlarla müqavilə bağlaya bilərlər və invalyuta hesabı aça bilərlər. Müəyyən edilmiş qaydaları gözləmək şərti ilə kiçik müəssisələr sərbəst olaraq beynəlxalq bazarlara çıxa bilərlər, valyuta qazana bilərdər, həmçini onu auksionlarda əldə edə bilərlər.

Müəssisə işçilərinin əmək haqlarının ölçüsü, formaları və sistemləri, həmçinin, onların digər gəlir növlərini müəssisələr sərbəst surətdə müəyyən edirlər. Müəssisə mülkiyyətin növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq əmək haqqının qanunla təminat verilmiş minimum ölçüsünü, normal əmək şəraitini və işçilərin sosial müdafiəsi tədbirlərini təmin edir.

Müəssisənin qeydiyyatdan keçdiyi yer üzrə bank və ya onun şöbəsi müəssisənin tələbi üzrə hesablaşma hesab açmağa borcludur.

Qanunda nəzərdə tutulmuşdur ki, müəssisə öz işçilərinin təhlükəsiz əmək şəraitini təmin etməyə borcludur və qanunla müəyyən edilmiş qaydada onların sağlamlığına və əmək qabiliyyətinə görə vurulmuş ziyana görə məsuliyyət daşıyır.

Kiçik müəssisələrin işçiləri də dölət müəssisələrinin fəhlə qulluqçuları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla sosial və tibbi sığorta onlarada şamil edilməlidir.

Hazırda mülkiyyət münasibətlərinin yenidən qurulması belədir ki, respublika müstəqillik əldə etdikdən sonra təsərrüfat fəaliyyətinin yeni formaları meydana çıxır və inkişaf edir. Kiçik müəssisələrə daha çox üstünlük verilir.

İqtisadi ədəbiyyatların bir hissəsində xırda və kiçik müəssisələri aşağıdakı kimi qruplaşdırırlar:

1) Xırda müəsisələr- bunlara bəzən təkadamlıq müəssisə də deyilir. Belə müəssisələrdə sərmayə sahibi də, iş sahibi də, iş gördürən də, qərar verən də, qazanc sahibi də bir nəfər olur. Bu cür müəssisələr azsaylı işçi ilə kiçik müəssisələrə də çevrilə bilirlər. Qazancın, risqin bir şəxsə aid olduğu belə müəssisələrdə idarəetmə sadədir və qərarvermə çevikdir.

    2) Kiçik müəssisələr isə aşağıdakı kimi qruplaşdırılır. Yəni, müəssisənin fəaliyyət dairəsindən asılı olaraq, işləyənlərin sayını nəzərə alıb, onlara kiçik üəssisələr adı verilir.

Bu, - sənaye sahəsində işləyənlərin sayı 50-yə qədər,




Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin