Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı


Kicik müəssisələrin üstünlükləri və çatışmazlıqları



Yüklə 109 Kb.
səhifə27/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   ...   23   24   25   26   27   28   29   30   ...   50
9-cu müh sonra Office Word (1)

3. Kicik müəssisələrin üstünlükləri və çatışmazlıqları
İstehsalın kiçik formalarının səmərəli fəaliyyət cöstərməsi imkanları iri istehsal ilə müqayisədə bir sıra üsiünlükləri ilə müəyyən edilir. Bü üstünlüklərə aşağıdakılar aiddir: yerli bazara yaxınlığı və müştərilərin yerli tələblərə uyğunlaşa bilməsi, kiçik müəssisələrdəki istehsalın iri firmalar üçün sərfəsiz olması, artıq idarəetmə həlqələrinin olmaması və s.

Öz növbəsində kiçik və orta istehsalın inkişafı iqtisadiyyatın sağlamlaşdırılması üçün əlverişli şərait yaradır: rəqabat mühiti inkişaf edir, fəal strukturun yenidən qurulması həyata keçirilir; istehlak sektoru genişlənir. Kiçik müəssisələrin inkişafı bazarın xidmətlər və əmtəələrlə təchizatının yüksəlməsinə, eksport potensialının çoxalmasına, yerli xammal resurslarından daha yaxşı istifadə edilməsinə gətirib çıxarır.

Kiçik müəssisələrin əmək tətbiqi sferasının genişləndirilməsi, yalnız əhalinin işə düzəlməsi üçün deyil, hər şeydən əvvəl, əhalinin sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaradılması, yaradıcı qüvvələrin genişləndirilməsi və sərbəst istehsal güclərindən istifadə edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Eyni zamanda, həcmcə kiçik olan, bəzən bir sahibkara məxsus müəssisə az saylı şəxslər tərəfindən idərə edilir ki, bu da idərəçilikdə süründürməçiliyə əsas vermir.

Respublikamızda fəaliyyət göstərən kiçik müəssisələr ölkə iqtisadiyyatının inkişafında xüsusi rol oynayır. Buna baxmaaraq, bu müəssisələrin fəaliyyəti bir sıra çətinliklərlə üzləşir. Beləki, istehsalın inkişafında xüsusi maliyyə vəsaitinin çatışmaması, hüquqi təminatın qeyri- sabitliyi, məhsul satışı problemi, xammal və material əldə etmək çətinliyi, daxili bazarın zəif qorunması, idxal edilən malların respublika iqtisadiyyatında böyük yer tutması, dövlət orqanlarının kiçik müəssisələrin mühafizəsi üçün xususi qərarlarının olmaması.

Azərbaycanda kiçik biznesin əsas problemlərindən biri kreditləşmədir. Kreditlər ya girov qoyulmaqla, ya da zəmanətə görə verilir ki, çox zaman kiçik müəssisələrin buna imkanları olmur. Kiçik müəssisə ittifaqları, həmçinin xüsui fondlar hazırda həmin müəssisələrə kredit almaq üçün zəmanət vermirlər. Kiçik biznes müəssisələrinə xidməq edəcək xüsui banklar yoxdur. Şəxsi kiçik müəssisələr də kredit ala bilmədiyi üçün başqa müəssisələrlə rəqabət apara bilmir və sıradan çıxırlar.

İqtisadiyyat sahələrində kiçik müəssisələrin inkişafını ləngidən daxili və xarici amillər

mövcuddur. Bunun nəticəsidir ki, Azərbaycanda ildə 20 min kiçik müəssisə yaradılması nəzərdə tutulmasına baxmayaraq, bu göstərici 15 faiz yerinə yetirilmişdr.

Kiçik müəssisələrin inkişafı mülkiyyətin strukturunu dəyişməyə, dövlət

mülkiyyətinin payını azaltmağa, kollektiv mülkiyyətin hesabına genişləndirməy imkan verir. Bu da daha səmərəli istehalata kimi onların əsas fondlar almaq üçün vəsait yığımı olacaqdır.

Hazırda mülkiyyət münasibətlərinin yenidən qurulması belədir ki, respublika müstəqillik əldə etdikdən sonra təsərrüfat fəaliyyətinin yeni formaları meydana çıxır və inkişaf edir. Kiçik müəssisələrə daha çox üstünlük verilir.


Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin