2.İnhisarcılığın ləğvi–iqtisadiyyatın sabitləşməsinin əsas şərti kimi.
Kiçik müəssisələrin inkişafı bizə tədricən iqtisadiyyatda inhisarçılıqdan azad olmağa imkan verir. İnkişaf etmiş kapitalist ölkələrinin sənaye strukturunda kiçik müəssisələr böyük yer tutur.
Təsədüfü deyil ki, dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən müəssisələrin 80-90 faizi, ümumi milli məhsulun 45-50 faizi, eləcə də yeni yaranan iş yerlərinin 70-80 faizindən çoxu kiçik müəssisələrin payına düşür.
«Kiçik biznesin» payına iqtisadiyyatın İngiltərədə - 30%-i, Yaponiyada- 50%-ə yaxını düşür və ümumi milli məhsulun demək olar ki, yarısını və iş yerlərinin artımının üçdə ikisini təşkil edir. «Kiçik biznes» ABŞ ixracatının 20%-ni, İngiltərənin –17%-ni, Yaponiyanın ixracatının isə 35%-ə qədərini təmin edir.
Dünya təcrübəsi göstərir ki, müasir dövrdə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının səmərəli inkişafında kiçik sahibkarlıq fəaliyyəti əhəmiyyətli rol oynayır. Kiçik sahibkarlığın inkişafı mülkiyyətin müxtəlif formalarının meydana gəlməsinə və inkişafına, azad rəqabətə və təşəbbüskarlığa, əməyə həvəsin oyadılmasına, yeni ixtira və ideyaların, eləcədə səmərəli təkliflərin istehsalatda reallaşmasına zəmin yaratmaqla, eyni zamanda inhisarlaşmanın və sosial gərginliyin aradan qaldırılmasına səbəb olur ki, bu da sosial-iqtisadi problemlərin sürətli həllinə kömək etmiş olur.
Hazırda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların strateji istiqamətlərindən biri də məhz kiçik sahibkarlığın inkişafı üçün əlverişli mühitin formalaşdırılması hesab olunmalıdır. Kiçik müəssisələrin sosial-iqtisadi əhəmiyyəti ondadır ki, onlar böyük çeviklik göstərərək bazar konyukturasının dəyişməsinə tez reaksiya verirlər. Buda, kiçik müəssisələrin mobilliyini göstərir. Bu çevikliyi yaradan əsas səbəb onların kiçik ölçüdə olmasıdır. Məhz buna görə də bazarda sərbəst hərəkət etməklə dəyişməkdə olan məhsul təlabatını ödəməyi öz üzərinə götürürlər.
Müasir dövrlərdə Azərbaycan iqtisadiyyatının müxtəlif sferalarında eyni vaxtda iri, orta və kiçik müəssisələr, həmçinin, şəxsi və ailə əməyinə əsaslanan müəssisələr fəaliyyət göstərməkdədir. Müəssisənin ölçüsü sahənin xarakterindən, onun texnoloji xüsusiyyətlərindən və hərəkət effektinin miqyasından asılıdır. Beləki, yüksək kapital qoyuluşu və istehsal həcmi kifayət qədər böyük olan sahələr, həm də böyük həcmli müəssisələr tələb olunmayan sahələr vardır. Bir çox hallarda həmin müəssisələrin kiçik olmasına daha çox üstünlük verirlər.
Müasir iqtisadiyyat üçün istehsalın miqyasına görə mürəkkəb kombinasiyalar xarakterikdir. Məsələn, inhisarçı struktura meyilli olan iri və çoxlu amillərin təsiri altında təşəkkül tapan kiçik müəssisələr mövcuddur.
Kiçik müəssisələr bazarın təlabatına həssasdır. Öz işini az bir vaxtda onun malların istehsalında özünü xüsusilə göstərir.
Dostları ilə paylaş: |