obyektdə təkcə kəmiyyət dəyişikliklərinin deyil, həm də keyfiyyət dəyişikliklərinin olacağına əsaslanır.
Proqnozlaşdırmanın aparılmasına
iki yanaşma mümkündür:
kəşfiyyat (axtarış)
normativ (və ya normativ-məqsədli)
Kəşfıyyat proqnozları dinamika sıralarının təhlil olunması (əvvəlki dövrlərin məlumatlanın öyrənilməsi), hadisənin inkişaf meylinin davam edəcəyi və formalaşması mexanizmi haqqında fərziyyə irəli sürülməsinə əsaslanır.
Kəşfiyyat proqnozları əslində ekstrapolyasiya proqnozlarına uyğun gəlir. Çünki burada ya ekstrapolyasiya, yaxud da statistik modelləşdirmə metodlarından istifadə olunur.
Normativ proqnozlar qarşıya qoyulan məqsəddən asılı olaraq gələcəkdə fəaliyyət göstərməli olan normaların müəyyən edilməsinə əsaslanır.
Əvvəlcə uzaq perspektiv üçün proqnoz verilir, sonra isə daha yaxın dövr üçün proqnoz hazırlanır. Normativ proqnozlardan tələbin proqnozlaşdırılmasında istifadə edilə bilər.
Bu zaman proqnoz insanların fizioloji istehlak normaları nəzərə alınmaqla hazırlanır. Başqa sözlə, mövcud vəziyyətdə istehlakın səviyyəsinə qiymət verilir, sonra hər il məhsullara olan tələbin necə dəyişəcəyi qiymətləndirilir və buna əsasən dövrün axırında onun kəmiyyətinin müvafiq normativə çatacağı müəyyənləşdirilir.