Mövzu 10: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914). Azərbaycan Birinci Dünya müharibəsi illərində (1914-1918). Plan


-ci il Oktyabr çevrilişindən sonra Sovet Rusiyasının Azərbaycanla bağlı siyasəti



Yüklə 148,95 Kb.
səhifə11/12
tarix19.12.2023
ölçüsü148,95 Kb.
#187154
1   ...   4   5   6   7   8   9   10   11   12
X mövzu

1917-ci il Oktyabr çevrilişindən sonra Sovet Rusiyasının Azərbaycanla bağlı siyasəti.
1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevrilişi nəticəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da V.İ.Lenin başda olmaqla sovet diktaturasının əsası qoyuldu.Bundan sonra Azərbaycanda başlayan istiqlaliyyət uğrunda mübarizə 1918-ci ilin may ayında milli dövlətçiliyin bərpası ilə nəticələndi.
Müsavatın sosial bazasını məhv etmək, Azərbaycan milli hərəkatına divan tutmaq üçün bolşeviklər milli qırğından istifadə etdilər. Bakı Sovetinin 1918-ci il martın 15-də keçirilən iclasında S.Şaumyan azərbaycanlıların soyqırımına göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Daşnaksütyun Partiyası və Erməni Milli Şurası bolşeviklərin tərəfinə keçdi.
Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat 16:00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya İçərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus matrosları da azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular.
Martın 31-də “Kərpicxana”, “Məmmədli” azərbaycanlı məhəllələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanlar martın 31-də müqaviməti dayandırdılar. Şəhərin dinc, silahsız müsəlmanəhalisinə qanlı divan tutuldu. Aprelin 2-də gecə keçənədək minlərlə azərbaycanlı öldürüldü. Mart soyqırımında təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında azərbaycanlı əhaliyə qanlı divan tutuldu. Şamaxıda 7 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 72 kənd dağıdılmış, Quba qəzasında 122 kənd yandırılmışdı.
1918-ci ilin sentyabrınadək Bakı quberniyasında 20 mindən çox azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə bu soyqırım zamanı Azərbaycanda 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdir.
Mart soyqırımı Bakı Sovetinin antiazərbaycan siyasətini xalqa göstərdi. Mart faciəsindən sonra bolşeviklər Bakıda siyasi hakimiyyətlərini möhkəmləndirmək üçün:
1) azərbaycanlılara məxsus bütün qəzet və jurnalları bağladılar;
2) şəhər təsərrüfatını bolşeviklərin ixtiyarına keçirdilər;
3) aprelin 20-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər Dumasını buraxdılar;
4) erməni Milli Şurasından başqa, bütün Milli Şuraların fəaliyyətini qadağan etdilər.
1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti deyilən qurum yaradıldı. Əslində “Erməni sovet hökuməti” olan bu qurumun tərkibində cəmi 3 azərbaycanlı var idi. XKS-ə S.Şaumyansədrlik edirdi. Bakı XKS-nin rəhbərliyi Azərbaycanı Sovet Rusiyasının ayrılmaz tərkib hissəsi hesab edir, muxtariyyət ideyasının qəti əleyhinə çıxaraq bunu Azərbaycan millətçilərinin xam xəyalı sayırdı. May ayında bütün köhnə hakimiyyət orqanları ləğv edildi. Fəhlə-kəndli milisi, şəhər, qəza, mahal xalq məhkəmələri yaradıldı, hərbi tribunal təsis olundu, fövqəladə komissiya yaradıldı. Bakı XKS-i Sosialist tədbirləri adı altında neft sənayesini və Xəzər Ticarət Donanmasını milliləşdirdi. Bolşeviklərin milliləşdirmə siyasəti nəticəsində 1918-ci ilin avqust ayınadək “qardaşlıq yardımı” adı ilə əvəzi ödənilmədən Azərbaycandan Sovet Rusiyasına 1 mln. 300 min ton neft və neft məhsulları göndərildi.
Bakını hərbi cəhətdən möhkəmləndirmək məqsədilə V.İ.Leninin göstərişi ilə şəhərə 4 zirehli avtomobil, 13 təyyarə və bir çox hərbi dəstələr göndərildi. 1918-ci ildə Bakı XKS əsgərlərinin sayı18 min nəfərə çatdırıldı ki, bunların da 13 min nəfəri erməni idi.

Yüklə 148,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin