Mövzu 11. Əmək fəaliyyətinin stimullaşdırılması


Əmək haqqı - maddi motivlərin əsası kimi



Yüklə 27,96 Kb.
səhifə3/4
tarix24.11.2022
ölçüsü27,96 Kb.
#70196
1   2   3   4
irie mövzu 11

Əmək haqqı - maddi motivlərin əsası kimi.

Maddi stimullaşdırmada maddi motivlərin özəyini təşkil etməli olan əmək haqqı əsas rola malik olmalıdır. Maddi stimullaşdırmada əmək haqqının müstəsna əhəmiyyəti vardır. Bu stimullaşdırma formasının başlıca mahiyyəti yalnız maddi tələbatın ödənilməsi ilə deyil, həm də onun sosial xassəsi, təbiəti ilə də müəyyən olunur. Onun nəticələri baxımından həm də psixaloji cəhətləri də vardır. Əmək haqqının digər xüsusiyyətlərindən biri onun kəmiyyətcə müəyyən oluna bilməsi ilə bağlıdır, çünki fəhlə başqa stimullaşdırıcı amillərdən fərqli olaraq əmək haqqının konkret səviyyəsinə nəzərən asanlıqla ayrı-ayrı iş yerlərinə, əmək fəaliyyəti növlərinə öz münasibətini bildirə bilər. Bu baxımdan əmək haqqı həm də işçi üçün daha yaxın, daha aydın hiss olunan stimullaşdırılma vasitəsidir. Həm də əmək haqqının sosial, tərbiyəvi əhəmiyyəti də vardır. Fəhlə başqa cəhətlərlə yanaşı əmək haqqının səviyyəsinə nəzərən onun əməyinə verilən qiyməti müəyyən edə bilir. Görünür elə buna görə də xarici firma və şirkətlərdə bu cəhətə böyük əhəmiyyət verilir.
Bazar münasibətlərinin formalaşma mərhələsində əmək haqqı idarəolunmaz bir problemə çevrilmişdir. Bu özünü aşağıdakı istiqamətlərdə təzahür etdirmişdir:

  1. Əmək haqqının artımı istehlak mallarının qiymətinin artımından əhəmiyyətli dərəcədə geri qalır;

  2. Əmək haqqının faktiki artımının əmək fəaliyyətinin, əməyin səmərəliliyinin nəticələri ilə zəif əlaqələri vardır;

  3. Ayrı-ayrı istehsalçıların inhisarçılığı üzündən müəssisələrarası əmək haqqının səviyyəsində böyük fərqlər əmələ gəlmişdir. Bu prosesə təsir etmək üçün dövlət tənzimlənməsi vasitələri kifayət dərəcədə dəqiq deyildir;

  4. Bütün bunların bu və ya digər səbəbləri nəticəsində əmək haqqının hər iki istiqamətində - həm maddi tələbatın ödənilməsi və həm də əmək məhsuldarlığının stimullaşdırılması istiqamətində mənfi nəticələri olmuşdur. Əmək haqqının artımı əmək məhsuldarlığının artımını qabaqladığı bir şəraitdə belə əmək haqqı öz rolunu icra edə bilməmişdir;

  5. Müəssisələrin gəlirləri və əmək haqqı üzərində nəzarət mexanizmi son dərəcə zəifdir;

  6. Əmək haqqının işçi qüvvəsinin təkrar istehsalındakı kəmiyyətcə rolu minimum həddə (20-30%) olduğu bir şəraitdə belə, bir çox müəssisələrdə və sahələrdə istehlak fonduna mənfəətdən ayırmalar 80-90% səviyyəsində olmuşdur. Bu isə yığım fondunu heçə endirmiş, istehsal yığım fonduna böyük zərbə vurmuş və beləliklə də müəssisə və iri sahələrin investisiya fəallığını aşağı səviyyəyə çatdırmışdır;

  7. Əmək haqqı sahəsindəki situasiya həm də onunla kəskinləşmişdir ki, bir çox müəssisələrdə mənfəətdən başqa alınan kreditlər, bir sıra fondlar, hətta istehsalın inkişafı fondunun vəsaiti əmək haqqı fonduna keçirilmişdir;

  8. Əmək haqqı sferasında vəziyyət qiymətin neqativ qaydada formalaşması nəticəsində də kəskinləşmişdir. Bu yalnız qiymətlə, əmək haqqı və ailə gəlirləri ilə bağlı olan aspektlə məhdudlaşmış, həm də qiymət amilinin ardıcıl olaraq istehsal xərclərinin artımının bir növ katalizator rolu oynaması ilə bağlıdır;

  9. Mülkiyyət formalarından asılı olaraq ayrı-ayrı məsələlərdə eyni əmək üçün verilən əmək haqqı arasında, həmçinin mənfəətin həcmi arasında böyük fərqlər əmək haqqının səviyyəsində həddindən artıq heç bir əsası olmayan fərqlərə səbəb olmuşdur.

Əmək fəaliyyətinin stimul növlərindən biri sosial stimuldur. Sosial stimul işçinin özünü təsdiq etməsi tələbatı ilə bağlıdır. Bu həm də onun müəyyən ictimai mövqe tutmaq, hakimiyyət pilləsində oturmaq arzusundan irəli gəlir. Demək stimullaşdırma zamanı idarə subyekti tərəfindən bu cəhət obyektiv şəkildə nəzərə alınmalıdır.
Stimullar içərisində mənəvi stimulların da böyük əhəmiyyəti vardır. Bu işçi tərəfindən onun fəaliyyətinin bəyənilməsi, qiymətləndirilməsi ilə əlaqədardır və ona görə də müxtəlif mənəvi həvəsləndirmə formalarını tələb edir.
Burada yaradıcı stimulun da az əhəmiyyəti yoxdur. Yaradıcı stimul özünü reallaşdırılması, özünü təkmilləşdirilməsi, özünümüdafiəsi ilə əlaqədardır.
Stimullaşdırmanın mühüm növlərindən biri sosioloji - psixaloji stimuldur. Bu stimulun növü əmək kollektivlərindən ünsiyyət tələb edir, digər tərəfdən isə işçi onun vasitəsi ilə özünü təsdiq edir. Ona görə də burada sosioloji - psixaloji iqlim adamlar arasındakı münasibətin formaları, adamların tələbatı və mənafeləri mühüm əhəmiyyət kəsb edir.


  1. Yüklə 27,96 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin