Mövzu 11. Əmək fəaliyyətinin stimullaşdırılması


Əmək fdaliyyəti stimullarımn növləri və stimullaşdırmanın təşkilinə olan



Yüklə 27,96 Kb.
səhifə2/4
tarix24.11.2022
ölçüsü27,96 Kb.
#70196
1   2   3   4
irie mövzu 11

Əmək fdaliyyəti stimullarımn növləri və stimullaşdırmanın təşkilinə olan

tələblər.
Əməyin stimullaşdırılmasının optimallığı birinci növbədə kompleks tələblərin nəzərə alınmasını tələb edir. Bu bir tərəfdən zamanın konkret dövrünün tələblərini, ikincisi əmək kollektivlərinin konkret xüsusiyyətlərini, üçüncüsü hər bir işçinin sosial keyfiyyətini və psixoloji tipini nəzərə almağı zəruri hesab edir. Ona görə də stimullaşdırma üzrə tədbirlər kompleks xarakter daşımalıdır.
Elə etmək lazımdır ki, maddi stimullaşdırma və onun mənası işçi tərəfindən tam aydınlığı ilə dərk olunsun, onun əməyə münasibətinin məqsədyönlü motiv əsasına çevrilə bilsin. Ona görə də burada şəxsi maddi marağın böyük əhəmiyyəti vardır, çünki şəxsi maddi maraqlandırma eyni zamanda işçinin şəxsi məsuliyyətinin artması deməkdir. Bu müasir dövrdə də çox vacib bir maraqlandırma formasıdır. Bəziləri belə hesab edir ki, istehsalın geniş miqyaslı təşkili xarakteri yuxarıda göstərilən maraqlandırma formasının əhəmiyyətini arxa plana çəkir. Əksinə müasir istehsal şəxsi məsuliyyət və beləliklə də şəxsi maraq olmadan inkişaf edə bilməz. Həm də nəzərə almaq lazımdır ki, əməyə şəxsi maraq peşə marağı və əmək intizamı ilə bağlıdır. Sosioloji müşahidələr göstərir ki, əməyə şəxsi maddi və mənəvi maraq oyadan əmək kollektivlərində işin səmərəsi və keyfiyyəti də yüksək olur. Lakin bu heç də digər amillərin rolunun inkar edilməsi demək deyildir.
Stimullaşdırmada başlıca məqsəd insanın əmək davranışını fəallaşdırmaqdan ibarətdir. Bunu isə birinci növbədə işçilərdə müsbət emosiyalar və yüksək hislər yaratmaqla həyata keçirmək olar. Stimullaşdırmada bir sıra tələb və yaxud prinsiplərə əməl olunmalıdır:

  1. ci prinsip - stimullaşdırma iqtisadi, sosial və psixaloji amillərin vəhdətliyinin nəzərə alınması;

  2. ci prinsip - tətbiq olunan stimullaşdırma formalarının əmək kollektivlərində pozitiv mənəvi psixaloji şəraiti təmin etməsi;

  3. cü prinsip - maddi və mənəvi maraqlandırmanın əlaqələndirilməsi və differensiya edilməsi;

  4. cü prinsip - əmək fəaliyyətinin daxili və xarici tənzimləyici stimullaşdırıcılarının optimal əlaqələndirilməsi;

  5. ci prinsip - istehsalın son nəticələrində kollektiv və şəxsi töhvənin tam nəzərə alınması;

  6. cı prinsip - stimullaşdırmada əməyin, peşənin ictimai, sosial reputasiyasının nəzərə alınması;

  7. ci prinsip - sosial ədaləti gözləmə və qiymətləndirmə;

  8. ci prinsip - stimullaşdırmanın səmərəliliyi;

  9. cu prinsip - müəyyənlik və ardıcıllıq;

  10. cu prinsip - stimullaşdırmanın aşkarlığı.

İşçilərin əməyə münasibətlərinin bir sıra cəhətləri və tələbləri vardır. Bununla əlaqədar olaraq stimullaşdırmanın bir xarici təsiredici vasitə kimi öz müxtəlifliyi və xüsusiyyətləri vardır. Eyni zamanda stimullaşdırmanın bir sıra ümumi, necə deyərlər, standart növləri və metodları vardır. Bunlar sosioloji və iqtisadi ədəbiyyatlarda özünün geniş şərhini tapmışdır. Lakin bununla belə ən vacib məsələlərdən biri stimullaşdırma işlərinin sistemləşdirilməsi, konkret əmək şəraitindən asılı olaraq onun forma və sistemləri arasındakı ümumi və fərqli cəhətlərinin aşkara çıxarılması, bir-birinə və konkret əmək fəaliyyətinə təsirinin müəyyən edilməsindən ibarətdir. Burada həm də stimulların vacibliyinə görə qruplara və pillələrə ayrılmasının da az əhəmiyyəti yoxdur. Ona görə də belə qruplaşmalarda, təsnifata ayırmada ən başlıca meyar yenə də tələbat və əməyin məzmunudur.
Tələbat isə məlum olduğu kimi maddi və qeyri-maddi tələbat növlərinə ayrılır və onların da öz növbəsində müxtəlifliyi vardır. Bununla əlaqədar olaraq stimul da maddi və qeyri-maddi stimula ayrılır. Maddi stimul həm pul (əmək haqqı, mükafat, əmək haqqına əlavələr) və həm də qeyri-pul (istirahət və müalicə üçün putyovkalar, mənzil və s.) formasında olur.
Qeyri-maddi stimulların diapazonu daha genişdir. Buna sosial, mənəvi, yaradıcı və sosioloji-psixaloji stimullaşdırma aspektləri daxildir.


  1. Yüklə 27,96 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin