Situasiyalı təhlil SWOT-analiz metodu ilə aparılır: (güclü, zəif tərəflər, imkanlar, təhlükələr).
Məqsəd kimi satışın həcmi: bazar payı, rentabellik səviyyəsi və məqsədə nail olmaq üçün lokal məqsədlər müəyyənləşdirilir.
Marketinq strategiyasının hazırlanması mərhələsində hədəf bazarı (və ya bazarları) seçilir və məhsulun mövqeləşdirilməsi həyata keçirilir, məhsulun növü və ya çeşidi üzrə marketinq strategiyası, yəni alınması üzrə tədbirlərhəyata keçirilir.
Marketinq kompleksinin hazırlanması 4D kompleksi ilə əlaqədar məsələləri əhatə edir. (məhsul, bazar, qiymət, stimul ) .
Büdcənin tərtibi aparılarkən marketinqin xərc,gəlir münasibətləri əhatə olunur. Hər məhsul növü, çeşidinə xərclər və gəlirlər müəyyən edilir.
Satışın həcminin proqnozlaşdırılması mərhələsində müxtəlif iqtisadi-riyazi metodlardan istifadə etməklə tələbatın perspektivləri müəyyən edilir.
Mənfəətin (zərərin) hesablanması mərhələsində hər məhsul növü üzrə məhsul növü üzrə məhsul satışından alınan gəlir və xərc arasında əlaqələr hesablanır.
Nəzarət mərhələsində nəticə qiymətləndirilir, plandan kənarlaşmaların aşkar edilməsi istiqamətləri verilir və düzəliş məsələləri müəyyənləşdirilir.
P. 4. Marketinq planının strukturunu mütəxəssislər fərqli tərtib edə bilərlər. Lakin iqtisadi ədəbiyyatlarda marketinq planının ən çox rast gəlinən strukturu belə əks olunur: müasir vəziyyətin icmalı; marketinqin məqsədi və vəzifələri; marketinqin strategiyası; marketinq proqramı; marketinqin büdcəsi və nəzarət. Müasir vəziyyətin icmalı bölməsində bazar və cari marketinq situasiyası təhlil edilir, müəssisənin hesabat dövründəki fəaliyyəti və plan dövründə onun dəyişmə meylləri, müəssisənin fəaliyyətinə ətraf mühit amillərinin yaratdığı imkanlar və təhlükələr, müəssisənin güclü və zəif tərəfləri izah edilir, rəqiblərin bazar strategiyası təhlil edilir, müəssisənin bazar mövqeyi qiymətləndirilir.
Bu bölmə üç hissədən: məhsullar, bazarlar və rəqiblər yarım bölmələrindən ibarətdir.