Mövzu 12. MarketiNQİn planlaşdirilmasi marketinqin planlaşdırılması, onun forma və metodları Strateji marketinq planlaşdırılması prosesi



Yüklə 344,5 Kb.
səhifə3/3
tarix05.12.2022
ölçüsü344,5 Kb.
#72492
1   2   3
12. Mark.planlaş.

Məhsullar yarım bölməsində - təklif edilən məhsullar, istehlak xüsusiyyətləri, yenilik səviyyəsi, üstünlükləri və çatışmazlıqları, satışın həcmi və bazar payı, qiyməti, satışından gəlirlər, ona çəkilən xərclər, rentabellik, mənfəət və s. göstərilir.
Bazarlar yarım bölməsində - hədəf bazarları, onun tutmu, tipi, xarakteristikası, inkişaf meylləri, alış motivləri və davranış, rəqiblərin məhsullarına münasibəti, bölüşdürmə kanalları və və s. əks olunur.
Rəqiblər yarım bölməsində - rəqiblərin marketinq strategiyası, marketinq kompleksi və s.əhatə olunur.
Marketinqin məqsədi və vəzifələri - müəssisənin qlobal (əsas) məqsəd və vəzifələri, onların yerinə yetirilməsini təmin edən lokal (xüsusi) istiqamətlər müəyyənləşdirilir.
Marketinqin strategiyası bölməsində - bazar situasiyasına uyğun olaraq hazırlanmış marketinq strategiyayası təsvir edilir və dəqiqləşdirilir. Bazarın seqmentləri, hədəf bazarları, bazara çıxma metodları və vaxtı, həmçinin marketinq kompleksi öz əksini tapır.
Marketinq proqramı bölməsində - fəaliyyət istiqamətləri qiymətləndirilir, nəticə ehtimalları müəyyənləşdirilir, məqsədə nail olmaq və marketinq strategiyası üzrə tədbirlər və onun yerinə yetirilmə vaxtı, məsul şəxs, zəruri resursların həcmi göstərilir.
Marketinq proqramı marketinq kompleksinin elementləri: məhsul, qiymət, bölüşdürülmə və satşın həvəsləulandirilməsi üzrə tərtib edilir.
Marketinq büdcəsi bölməsində müəssisə və onun strateji biznes vahidləri, məhsullar üzrə marketinq fəaliyyətinin maliyyələşdirilməsinə, marketinq kompleksinə ayrılan vəsaitlərin məbləği, satışdan gəlirlər və mənfəətin (ziyanın) həcmi göstərilir.
Nəzarət bölməsində - marketinq fəaliyyətinə nəzarət metodları və üsulları, marketinq fəaliyyətinin auditi qaydası müəyyənləşdirilir, planın yerinə yetirilməsi səviyyəsi, kənarlaşmaların səbəbi aşkar edilir və plana düzəlişlər edilir.
P.5. Marketinq planlarının tərtib edilməsində müəssisə və strateji biznes vahidləri çərcivəsində







Yüklə 344,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin