Mövzu 13 Loqopediyanın predmeti, məqsədi və vəzifələri


Loqopediyanın əsas vəzifəsi



Yüklə 18,06 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü18,06 Kb.
#35450
1   2   3   4   5   6
Def.Loq.əsas. Müh.13

Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uşaqların xüsusi təlim –tərbiyə qanunauybunluqlarını təqdim etməkdir. Bu məqsədlə nitq qüsurlarının yaranması və səbəbləri, xarakter və strukturu açıqlanmalıdır. Əldə edilən nəticələrdən nitq qüsurlarının müxtəlif formalarını elmi şəkildə əsaslandırılmış vasitə və üsullarla aradan qaldırmaq yolları işləyib hazırlamaq üçün istifadə edilir.

Loqopediya məktəbəqədər, məktəb və yaşlılar loqopediyası hissələrindən ibarətdir. Loqopediyanın bir sıra tədqiqat metodları və prinsipləri var.

Uşaqlarda nitq patologiyasının pedaqoji cəhətdən araşdırılmasının məzmun və istiqaməti loqopediya elminin metodunu təşkil edən prinsiplərlə müəyyənləşir;

1.Inkişaf prinsipi.

2.Sistemli yanaşma prinsipi.

3.Nitq qüsurlarının psixi inkişafın digər tərəfləri ilə əlaqəli öyrənilməsi prinsipi.

1. Inkişaf prinsipi nitq qüsurlarının yaranmasını təhlil edərək onun inkişaf xəttini araşdırır. Bu prinsipə görə yalnız qüsurun təsvir edilməsi deyil, həm də öyrənilməsi məqsədə uyğundur. Hər hansı bir qüsurun düzgün müəyyənləşdirilmiş genezisi üçün böyük rus alimi L.S.Viqotskinin göstərdiyi kimi inkişafda baş verən dəyişmələrin mənşəyini, bu dəyişmələrin özünü, onların yaranma ardıcıllığını və bu dəyişmələr arasındakı səbəb və nəticələri fərqləndirmək lazımdır. Məsələn: periferik nitq aparatının müəyyən qüsurları (xüsusilə artikulyasiya aparatının) nəticəsində nitq üzvlərinin hərəkət məhdudiyyətləri özünü göstərir. Nitq səslərinin kifayət qədər artikulyasiya edilməsinin çətinliyi müxtəlif tələffüz qüsurlarını meydana gətirir. Artikulyasiyanın qeyri dəqiqliyi sözün səs tərkibinə yiyələnməsini gecikdirir, bu isə öz növbəsində yazılı nitqdə aqrammatizmə səbəb olur.Bundan əlavə, arikulyasiyanın qeyri dəqiqliyi nitqin fəallığını da məhdudlaşdırır. Uşaq ətrafdakıların onu lağa qoymasından çəkinərək özünün ünsiyyət dairəsini məhdudlaşdırır. Bu isə lüğət ehtiyatının həm aktiv, həm də passiv tərəfinin azalmasına gətirib çıxarır.

2. Sistemli yanaşma prinsipi nitq funksiyasının mürəkkəb strukturunu əks edərək, səsli nitqin tələffüz tərəfini, fonematik prosesləri, leksika və qrammatik quruluşunu əhatə edir. Nitq qüsurları nitqin müxtəlif komponentlərinə toxuna bilər. Bəzi qüsurlar yalnız tələffüz proseslərinə toxunub, nitqin heç bir müşayiət edici hallar olmadan aydınlığında əks olunur. Diğərləri dilin fonematik sisteminə toxunaraq yalnız tələffüz qüsurları ilə deyil, həmçinin oxu və yazı pozğunluqlarını yaradan sözün səs tərkibinə yiyələnmə çətinliyi ilə özünü ğöstərirdi. Daha mürəkkəb nitq qüsurları dilin həm fonetika-fonematik, həm də, leksiko-qrammatik tərəfini əhatə edir və nitqin ümumi inkişaf geriliyini meydana gətirir. Məşhur rus pedaqoqu A.E.Levina nitqin ümumi inkişaf geriliyinin 3 səviyyəsini müəyyən etmişdir. Birinci səviyyə tam və ya demək olar ki, tam sözlü ünsiyyət vasitəsi olmaması. Bu səviyyədə nitq inkişafının lüğət ehtiyatı əsasən səs və səs təqlidi komplekslərindən ibarət olub və ətrafdakılar üçün aydın olmayan aksentlərlə müşayət edilən anlaşılmayan nitqdir .Ikinci səviyyə onunla xarakterizə olunur ki, uşaqların nitq imkanları müəyyən qədər çox, ətraf mühitlə ünsiyyət təkcə aksent və sözlərin hecaları ilə deyil, həm də fonetik və qrammatik cəhətdən təhrif olunmuş nitq parçalarından ibarət olur.

Üçüncü səviyyə özündə kifayət qədər inkişaf etmiş, kobud fonetik və leksik-qrammatik qüsurları olmayan, amma fonetik, leksik və qrammatik cəhətcə ayrı-ayrı qüsurları olan danışıq nitqini əks etdirir. Loqopediya burada qanunauyğunluqlara əsaslanaraq dili sistemli şəkildə öyrənir və hər hansı qanunauyğunluqdan kənar halları müəyyənləşdirir.

3. Nitq qüsurlarını psixi inkişafın digər tərəfləri ilə əlaqəsi prinsipi. Məlumdur ki, nitq fəaliyyəti uşağın bütün psixikası ilə onun müxtəlif prosesləri: sensor, intellektual və affektiv iradı sferalar ilə sıx əlaqədə formalaşır və fəaliyyət göstərir. Uşaqda bu və ya digər psixi proseslərin gedişinin özünəməxsus fərdiliyinin açılması anomal uşaqda bu və ya digər nitq qüsurunun baş verməsini başa düşməyə imkan verir. Belə ki, görmənin zəifləməsi, görmə analizatorunun kompensator imkanlarının azalması nəticəsində aleksiya və aqrafiya kimi qüsurlar daha ağır formada keçəcəkdir. Nitq qüsurları və psixikanın bu və ya digər tərəfləri arasında əlaqənn öyrənilməsi, nitq qüsurunun yaranmasında iştirak edən psixi proseslərə təsir etmək yollarını tapmağa kömək edə bilər.

Loqopediyanın tədqiqat metodlarını bir neçə qrupa bölmək mümkündür.


Yüklə 18,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin