Mövzu 13 Loqopediyanın predmeti, məqsədi və vəzifələri



Yüklə 18,06 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü18,06 Kb.
#35450
1   2   3   4   5   6
Def.Loq.əsas. Müh.13

Loqopediya – nitq qüsurları haqqında bir elmdir, xüsusi təlim-tərbiyə metodları vasitəsilə onların aşkara çıxıarılması və qarşısını almaq üçün xüsusi sistemdir.

Bir elm kimi loqopediyanın predmeti – nitqin pozulmasıdır və nitq fəaliyyətinin pozulması olan şəxslərin təlim- tərbiyə prosesidir. Tədqiqat obekti – nitqi qüsurlu insanlardır. Müasir loqopediyann strukturunu aşağıdakı kimi izah rtmək mümkündür: məktəbəqədər, məktəb və böyüklərin loqopediyası. Loqopediyanın əsas məqsədi - elmi əsaslanmış təlim sisteminin araşdırılıması, nitqi qüsurlu şəxslərin, tərbiyə və yenidən tərbiyəsinin, eyni zamanda nitq pozulmalarının aşkar edilməsini təşkil etməkdən ibarətdir. Loqopediyanın bu kimi vəzifələri var:

- nitq qüsurlarının müxtəlif formaları zamanı nitq fəaliyyətinin ontogenezinin öyrənilməsi;

- nitq qüsurlarının özünü birüzə verilməsi səviyyəsi, simptomatikasını və təsirliyini müəyyənləşdirmək;

- nitq fəaliyyəti pozulmuş uşaqların spontan və yönəlmiş dinamikasının araşdırılması;

- nitq qüsurlarının öyrənilməsinin pedaqoji metodlarının işlənilməsi və diaqnostikası;

- inkişafında müxtəlif çatışmazlığı olan uşaqların (intellekt, eçitmə və s.) nitq qüsurlarını və nitqin formalaşma xüsusiyyətlərinin öyrənilməsi;

- nitq pozulmalarının etiologiyası, mexanizminin və simptomatikasının aydınlaşdırılması;

- nitq qüsurlarının sistemləşdirilməsi və qüsurların növlərinin öyrənilməsi;

- nitq qüsurlarının qanunayuğunluqlarını öyrənmək və onların uşağın psixi inkişafına təsir dairəsini araşdırmaq;

- nitq qsurlarının diaqnostikası, aradan qaldırılması üçün prinsip, differensial metod və vasitələrin işlənilməsi;

- nitq qüsurlarının profilaktik metodlarının təkmilləşdirilməsi;

- nitqin inkişaf pozulmaları olan uşaqların xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi;

- nitq qüsurlarının strukturunun, onun psixi inkişafa təsir dairəsinin araşdırılması;

- əhaliyə lazımi loqopedik köməyin təşkil edilməsi;

Qeyd etdiyimiz vəzifələrin müsbət həlli üçün bunlar vcibdir:

- fənləraraı əlaqələrin istifadəsi və nitq qüsurlarını öyrənən mütəxəssislərin birgə iş fəaliyyəti;

- nəzəriyyə və təcrübənin qarşılıqlı əlaqəsinin təmin edilməsi;

- ilkin müayinə və aradan qaldırılma prinsiplərinin həyata keçirilməsi;

- əhali arasında loqopedik biliyin genişləndirilməsi və nitq qüsurlarınn profilaktikası.

Loqopediya pedaqoji elmlərə aid olaraq bir sıra tibbi, pedaqoji və psixoloji elmlərlə sıx bağlıdır .


Yüklə 18,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin