Mövzu: 13. NƏQLİyyat logiSTİkasi plan: logiSTİkanin nəQLİyyata təSİRİ NƏQLİyyat nöVLƏRİNİn təSNİfati



Yüklə 427,5 Kb.
səhifə14/31
tarix01.01.2022
ölçüsü427,5 Kb.
#50576
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
M-vzu-13

TƏSİR EDƏN AMİLLƏR

Material resurslarının tədarükatı və daşınması prosesində, habelə hazır məhsulun istehsalçılar və ya logistik vasitəçilər tərəfindən çoxsəviyyəli logistik kanallar arasında bölüşdürülməsində və məhsulların son təyinat məntəqəsinə çatdırılması işinin təşkilində müxtəlif nəqletmə marşrutlarından və nəqliyyat vasitələrindən istifadə olunur.

Firma və ya müəssisələrin logistik menecerləri hər şeydən əvvəl xüsusi nəqliyyat parkının yaradılması və ya istifadəsi zəruri hesab olunan nəqliyyat vasitələrinin bu və ya digər növünün icarəyə götürülməsi kimi problem məsələni həll etməlidirlər. Məqsədəuyğun - alternativ variantın seçilməsi zamanı menecerlər konkret meyarlar sisteminə əsaslanırlar. Bura bir qayda olaraq aşağıdakılar:


  • xüsusi nəqliyyat parkının yaradılması (icarə və ya nəqliyyat vasitələrinin lizinq xidmətinə götürülməsi) və istismarına çəkilən məsrəflər;

  • yükdaşımalarda iştirak edən nəqliyyat – ekspedisiya, nəqliyyat və digər logistik vasitəçilərə göstərdikləri xidmətlərə görə ödənilən haqlar və onun səviyyəsi;

  • nəqletmənin sürəti (vaxtı);

  • nəqletmənin keyfiyyəti (yüklərin daşınması və saxlanması etibarlılığı) aid edilir.

Xüsusi nəqliyyat parkının yaradılması, nəqliyyat vasitələrinin alınması və bu nəqliyyat parkına xidmət göstərən istehsal – texniki bazanın və nəqliyyat infrastrukturunun formalaşması üçün böyük kapital qoyuluşları tələb olunur. İstehsal - texniki bazanın və nəqliyyat infrastrukturunun formalaşması üçün tələb olunan maliyyə vəsaitləri bu nəqliyyat departamentləri tərəfindən müxtəlif təyinatlı və böyük həcmli yük partiyalarının müntəzəm, keyfiyyətli və etibarlı daşınmasına zəmanət verir. Lakin nəzərə almaq lazımdır ki, iri partiyalarla müntəzəm yükdaşımaları yalnız müxtəlif növ nəqliyyat vasitələri parkına malik firma və ya agentliklər həyata keçirə bilər və bu qeyd olunan göstəricilərin (keyfiyyət, etibarlılıq, daşınmanın maya dəyərinin az olması və s.) yaxşılaşdırıl­masına da məhz bu firma və agentliklərdə nail olunur. Bütün bunlarla yanaşı alternativ seçim çoxlu meyarlar kompleksi nəzərə alınmaqla qiymətləndirilməli və aparılmalıdır.

İstehsalçı müəssisə və firmalar əksər hallarda yükdaşımalar üzrə ixtisaslaşmış nəqliyyat firmalarının xidmətindən istifadə olunmasına daha aktiv formada səy göstərirlər.

Ayrı-ayrı nəqliyyat vasitələrilə nəql edilən logistik yük vahidlərini nəqletmə növləri üzrə aşağıdakı kimi təsnif etmək olar:


  • u n i m o d a l;

  • q a r ı ş ı q;

  • k o m b i n ə l ə ş d i r i l m i ş;

  • i n t e r m o d a l;

  • t e r m i n a l;

  • m u l t i m o d a l.

Təsnifatda verilən bu və ya digər nəqletmə növünün seçilməsi üçün aşağıdakı logistik prosedurların yerinə yetirilməsi tələb olunur:

  • nəqletmə növünün seçilməsi (bəzən logistikaya aid edilən ədəbiyyatlarda daşınmanın üsulları və nəqletmə sistemi adlanır);

  • nəqliyyat növünün və ya bir neçə nəqliyyatın seçilməsi;

  • nəqletmə prosesində iştirak edən əsas və köməkçi logistik vasitəçilərin seçilməsi.

Sadalanan bu prosedurlar logistik sistemin xarici mühitinə qoyulan tələblər (məhdudiyyətlər) nəzərə alınmaqla bir meyar və ya meyarlar sistemi əsasında həyata keçirilir. Logistik sistemin xarici mühitinə qoyulan tələblər (məhdudiyyətlər) bir qayda olaraq mikro və makro mühiti əhatə edən amillər və ya xarici logistik sistemin məqsəd funksiyası ilə şərtləşir. Məsələn, məhsulların fiziki bölüşdürülməsi sistemində tələblər (məhdudiyyətlər) hazır məhsulun daşınması zamanı nəqletməyə, yüklərin kəmiyyət və keyfiyyətcə saxlanmasına, anbarlaşdırma və ya yüklərin bir nəqliyyat vasitəsindən digər nəqliyyat vasitəsinə yüklənməsini həyata keçirən logistik sistemlərin dislokasiyasına yönəldilir.


Yüklə 427,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin