Avtomobil nəqliyyatı. Avtomobil nəqliyyatı mütərəqqi nəqliyyat növlərindən biridir. Bu nəqliyyat növü həm ayrı-ayrı nəqliyyat növləri ilə daşınan yüklərin ilkin və son əməliyyatlarını, həm də yüklərin yaxın məsafəyə kütləvi surətdə daşınmasını həyata keçirdiyindən yükdaşımalarda həlledici rol oynayır. Avtomobil nəqliyyatı bir tərəfdən əlverişliliyi və operativliyi baxımından, digər tərəfdən isə avtomobil yollarının, xüsusilə bərk örtüklü yolların uzunluğunun getdikcə artması ilə əlaqədar olaraq surətlə inkişaf edir. Bu nəqliyyat növü digər nəqliyyat növlərinə nisbətən yüksək səfərbər və çevikdir, yəni yükləri istə-nilən vaxt, istənilən istiqamətə 15 tondan artıq olmamaqla daşınmasını həyata keçirir. Daha doğrusu, avtomobil nəqliyyatı yükləri satıcı müəssisə və ya firmanın anbarından son təyinat məntəqəsinə, yəni «qapıdan qapıya» aparmaq imkanlarına malikdir.
Avtomobil nəqliyyatının mühüm üstün cəhətlərindən biri məhz kiçik partiyalı yüklərin yaxın məsa-fələrə yüksək sürətlə daşınması üçün əlverişli olmasından ibarətdir. Lakin bu nəqliyyat növünün nöqsan cəhətləri də az deyil.Yükgötürmə qabiliyyətinin zəif olması nəticəsində daşıma xərclərinin artması və ətraf mühiti digər nəqliyyat növləri ilə müqayisədə daha çox çirkləndirməsi onun nöqsan cəhətlərin-dəndir.
Avtomobil nəqliyyatının maddi-texniki bazası avtomobil nəqliyyatı vasitələrindən (avtomobillər, qoşqular,yarımqoşqular,yedək və yəhər dartıcıları) avtomobil müəssisələri (firmaları) və avtomobil yollarından ibarətdir.
Dəmir yolu nəqliyyatı kimi avtomobil nəqliyyatı da sərnişin və yük avtomobillərinə bölünür. Yük avtomobillərini yükgötürmə qabiliyyətinə və yük banlarının quruluşuna görə fərqləndirirlər.
Dartıcı avtomobillər qoşquları yedəyə almaq məqsədi daşıyır. Təsərrüfat həyatında istifadə olunan bəzi avtomobillərin tipik nümunəsiə respublikamızda tez-tez rast gəlmək mümkündür.
Yük avtomobilləri yükgötürmə qabiliyyətinə görə aşağıdakı kimi təsnif olunur:
Dostları ilə paylaş: |