Mövzu: 13. NƏQLİyyat logiSTİkasi plan: logiSTİkanin nəQLİyyata təSİRİ NƏQLİyyat nöVLƏRİNİn təSNİfati



Yüklə 427,5 Kb.
səhifə22/31
tarix01.01.2022
ölçüsü427,5 Kb.
#50576
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
M-vzu-13

Tariflərin müəyyənləşdirilməsi istənilən biznes sahəsində olduğu kimi logistikada da qəbul edilən qərarların ən mühümü hesab edilir. Bazarda obyektiv və subyektiv amillərin təsiri altında olan qiymət çox mürəkkəb bir prosesi xarakterizə edir. Bazar konyukturasından asılı qiymətlər istənilən istehsal – kommersiya fəaliyyəti ilə məşğul olan lo­gistik sistemin iştirakçısına seçilən fəaliyyət strategiyası və taktikasının düzgünlüyü baxımından həm böyük mənfəət, həm də əhəmiyyətli dərəcədə ziyan gətirə bilər. Qeyd etmək lazımdır ki, qiymətin əmələ gəlməsi haqqında qərarın qəbul edilməsi prosesi yalnız bir elm sahəsinə deyil, müxtəlif sayda nəzəri yanaşmalar, xüsusilə marketinq və mühasibat uçotu sahəsində iqtisadi bilik və təcrübələrə əsaslanır. İnamlı formada göstərmək olar ki, qiymət qoyulması və ya əmələ gəlməsi nəzərdə tutulan, baxılan məhsulun məqsəd bazarına daşınması və ya reallaşdırılması prosesinə çəkilən məsrəflərlə deyil, bazar konyukturasına əsaslanaraq müəyyənləşdirilir. Lakin bir fakta da xüsusi diqqət yetirmək lazımdır ki, qiymətin qoyulması və ya əmələ gəlməsi istər istehsal sferasında, istərsə də satış bazarında paralel formada baş verir.

Tariflərin qurulmasının əsasını məhsulların daşınmasına çəkilən orta məsrəflər və bu xərclərə edilən əlavələr (mənfəət norması) təşkil edir. Əlavələrin səviyyəsi firmanın qarşısına qoyduğu məqsədlərə əsasən müəyyənləşdirilir və məqsəd kimi müəyyənləşdirilən mənfəət normasına təsir göstərə bilər. Mütəxəssislər göstərirlər ki, əlavələrin faiz dərəcəsi mənfəətin alınması asan olduqda artmağa, iqtisadi böhranlar zamanı isə mənfəətin əldə edilməsi çətinləşdiyindən azalmağa meyl göstərir. Bütün bunlara baxmayaraq qiymətin (tarifin) müəyyənləşdirilməsi üçün tətbiq edilən bu metod bazarın qeyri – müəyyənliyi halında maksimum mənfəət əldə etmək üçün heç də pis vasitə deyil.

Nəqletmə zamanı hər bir logistik xərclər ayrıca götürülmüş formada lo­gistik sistemin ixtiyari mərhələsi üçün qruplaşdırılır və ya differensiallaşdırılır. Məsələn, nəzərə alsaq ki, gömrük belə logistik mərhələlərdən birini təşkil edir, onda onun üçün aşağıdakı məsrəfləri tərkib elementi kimi göstərmək olar:


  • gömrük rüsumu;

  • əlavə edilmiş dəyərdən vergi;

  • aksizlər;

  • gömrük orqanları tərəfindən lisenziyanın verilməsi üçün müvafiq yığımlar;

  • kvalifikasiya attestatlarının verilməsinə görə yığımlar;

  • yüklərin gömrük rəsmiləşdirilməsinə görə yığımlar;

  • məhsulların saxlanmasına görə gömrük yığımları;

  • məhsulların gömrük müşahidəsinə görə gömrük yığımları;

  • informasiya və konsaltinq xidmətinə görə ödəmələr və s.

Son illər Azərbaycan Respublikasında beynəlxalq avtomobil yükdaşıma­larının (İran İslam Respublikası, Türkiyə Respublikası, Rusiya Federasiyası, Gürcüstan Respublikası və s.) həcminin artması nəticəsində bu növ yükda­şımaların düzgün uçotu, məsrəflərin müəyyən edilməsi və proqnozlaşdırılması (planlaşdırılması) xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında yeni iqtisadi sistemin qurulması ölkəmizdə özəlləşdirmənin aparılması və yeni mülkiyyət formalarının meydana gəlməsini obyektiv zəruriyyətə çevirdi. Nəticə etibarı ilə nəqliyyat, xüsusilə avtomobil müəssisələri aparılan iqtisadi islahatların obyektinə çevrildiyindən inzibati - amirlik dövründə mərkəzləşdirilmiş formada fəaliyyət göstərən nəqliyyat xidməti preyskurantları (xüsusilə 13-01-01; 11-01; 11-03 və s. ) özlərinin hüquqi güclərini itirdilər və hal – hazırda tətbiq edilmirlər. Əksər nəqliyyat müəssisələri yüklərin daşınmasına çəkilən ilkin xərclər (yükdaşımaların maya dəyəri) və mənfəətlik normasını nəzərə alınmaqla xüsusi müqavilə tarifləri müəyyənləşdirirlər. Digər nəqliyyat müəssisələri isə tarifləri beynəlxalq unimodal və multimodal yükdaşımalar üçün xarakterik olan sxem üzrə qururlar.




Yüklə 427,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin